СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

О необходимости творческого подхода к организации уроков литературы

Категория: Литература

Нажмите, чтобы узнать подробности

В статье обосновывается неоюходимость творческого подхода учителя к организации и проведению уроков литературы

Просмотр содержимого документа
«О необходимости творческого подхода к организации уроков литературы»

ƏDƏBİYYAT TƏLİMİNİN TƏŞKİLİNƏ YARADICI YANAŞMANIN ZƏRURİLİYİNƏ DAİR


Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında ölkəmizdə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi prioritet istiqamət kimi qeyd edilir. Strategiyada sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac olması xüsusi vurğulanır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruri sayılır. Strategiya keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün müəyyənləşdirilmiş strateji istiqamətlərdə genişmiqyaslı tədbirləri nəzərdə tutur.

Təhsilin inkişafı strategiyasında qarşıya qoyulan hədəflərə çatmaq üçün ümumtəhsil məktəblərində ədəbiyyat təlimində yeni yanaşmalar, paradiqmalar, innovativ texnologiyalardan istifadə mühüm vəzifə kimi qarşıda durmaqdadır. Təlim prosesinə yeni yanaşma öz əksini ilk növbədə fənn kurikulumu üzrə ədəbiyyat dərslərinin təşkilinə yaradıcı münasibətdə tapmalıdır. Bu baxımdan yeni yanaşma özündə Təhsil Strategiyasında təhsil sistemi qarşısında qarşıya qoyulan aşağıdakı vəzifələrin yerinə yetirilməsini ehtiva etməlidir:

– məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
– milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq;
– sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və əlavə təhsili təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

Müasir təlimin metodoloji konsepsiyası şagirdlərdə idraki, informativ-kommunikativ və psixomotor bacarıqların formalaşdırılmasına xidmət edir. Təlim materiallarının mə­nimsənilməsi və müvafiq fəaliyyət növ­lərinin tətbiqi üç əsas metodoloji mər­hələyə bölünür: mövzu ilə bağlı əvvəlki biliklərin aktuallaşdırılması; yeni biliyin mənimsənilməsi; bilik və bacarıqların tətbiqi, dəyərlən­di­ril­mə­si. Bu zaman aşağıdakı fəaliyyət istiqamətləri əsas götürülür: problemin həlli, mühakimə yürütmə və əsaslandırma, ünsiyyət, tədqiqetmə, tətbiqetmə, təqdimetmə.

Məktəb təcrübəsində kurikulum üzrə dərsliklərin və metodik vəsaitlərdən istifadə məsələsinə yaradıcı yanaşmalı, bütün sual və tapşırıqlar, metodik tövsiyələr üzrə iş aparılması məq­sədi qar­şıya qoyulmamalıdır. Müəllim dərs üçün müəyyənləşdirdiyi təlim məq­səd­lərindən (standartlar və təlim nəticələrindən), konkret sinfin şagirdlərinin hazırlıq səviyyəsindən çıxış edə­rək əsərin məzmununun öyrənilməsi, təhlili zamanı dərs­lik­dəki hansı sual və tapşırıqlardan istifadə edəcə­yini dəqiq­ləşdirməli, lazım gələrsə, ixtisarlar aparmalı, əlavələr etmə­lidir.

Təlim prosesinə yaradıcı yanaşma öz əksini dərsin inteqrativliyində- fəndaxili və fənlərarası inteqrasiyada da tapır. Fənlərarası inteqrasiya, ilk növbədə, VII sinifdə tədris olunan müxtəlif fən­lər üzrə alt standartların əlaqəli reallaşdırılmasında özünü göstərir. Bun­dan əlavə, ədəbiyyatın incəsənətin bir növü olması onun digər növlərlə – musiqi, rəssamlıq, heykəltəraşlıq, kino, teatr ilə əlaqələrindən dərsdə bəhrə­lənməyə imkan yaradır. Eyni zamanda ədəbiyyat fənninin Azərbaycan dili, xarici dil, tarix, coğrafiya və s. fənlərlə əlaqələri diqqət mərkəzində saxlanılmalıdır.

Ədəbiyyat kurikulumu inteqrativ səciyyəli olduğu üçün bütün möv­zular üz­rə fəndaxili inteqrasiyanın reallaşdırılması da yaradıcı yanaşma tələb edir. Dərslikdə təlim material­larının problem – mövzu üzrə qruplaşdırılması hər bölmə üzrə əsərlərin məzmunu üzrə işin və təhlilinin qarşılıqlı əlaqədə aparıl­ması üçün zəmin yaradır. Eyni zamanda fəndaxili inteqrasiyanın real­laşdırılması baxımından şifahi və yazılı ədəbiyyat nümunələrinin möv­zu, problem, obrazlar baxımından müqayisəli öyrənilməsi, janrlar üz­­rə əlaqə imkanları da diqqət mərkəzində saxlanılmalıdır. Ədəbiyyat dərs­lərində nitq inkişafı üzrə hər iki iş növünün –şifahi və yazılı nitqin inkişafı üzrə işlərin inteqrasiyasının reallaş­dı­rılması da təbii və məntiqlidir.

Fəndaxili inteqrasiyanın digər mühüm yolu məzmun standartlarının inteqrativ şəkildə reallaşdırılmasıdır. Belə ki, ədəbiyyat fənn kuriku­lu­munda bütün məzmun standartları arasında təbii əlaqə vardır. Fəndaxili və fənlərarası inteqrasiyanın təlim prosesində məqsədyönlü şəkildə reallaşdırılması dərsin elmi özəyini möhkəmləndirir, yeni biliyin, bacarıqların dərindən və şüurlu mənimsənilməsini təmin edir.

Ədəbiyyat dərslərində fəal/interaktiv təlim texnologiyalarından yaradıcı is­ti­­fadənin zəruriliyi ilə bağlı müddəalar Təhsilin inkişafı üzrə Dövlət Stra­tegiyasının və fənn kurikulumun tələblərinə uyğun olaraq tətbiq edilən mühüm yenilikdir. Bədii əsərlərin ideya-məzmununun, sənətkarlıq xü­su­siy­yət­lə­ri­ni şagirdlərin dərindən, şüurlu qavraması, əsərin məz­munu və təhlili üzrə mü­za­kirələrdə tədqiqatçılıq fəaliyyəti göstərmələri ədəbiyyat dərslərindəin fəal/interaktiv təli­m texnologiyalarından yaradıcı istifadə olunmasından asılıdır. Yeni təlim texnologiyalarından istifadə edən müəllim müəllim bədii əsərin məzmunundan, orada qaldırılan prob­lem­lər­dən çıxış edərək müasir ədəbiyyat dərslərinin “həyati bacarıq”, “mənə­viy­yat” və “dialoq” dərslərinə çevrilməsinə nail olmalıdır. Bu isə öz növbəsində mü­əl­limdən ədəbiyyat fənn kurikulumunu dərindən bil­mə­yi, oradakı yeni təlim kon­­sep­­si­yasını öz iş təcrübəsində real­laşdırmaq üçün yara­dıcı və təşəb­büskar fəaliyyət gös­tərməyi tələb edir.

Ədəbiyyat müəllimi çoxsaylı fəal/interaktiv təlim metodlarından is­ti­fadə zamanı bilavasitə ədəbiyyat təlimi üçün səciyyəvi olan metod­lardan istifadəni diqqət mərkəzində saxlamalıdır. Bu və ya digər metod təlim materialının xarakteri, dərsin təlim nəticələri və s. əsas götürül­məklə seçilir. Qabaqcıl ədəbiyyat müəllimlərinin kurikulum üzrə dərslərinin təcrübəsi bir daha sübut edir ki, bədii əsərin məz­munu üzrə iş zamanı fasilələrlə oxu, proqnozlaşdırılmış oxu, ikihissəli gün­dəlik, söz assosiasiyaları, insert (interaktiv qeydetmə sis­temi) metod­larından is­ti­fadə müsbət nəticə verir. Bu metodlardan bəziləri (məsələn, fasilələrlə oxu və s.) tənqidi təfəkkürün inkişafında mütaliə və yazı (TTİMY) tex­nolo­giyalarına aid edilir.

Eyni zamanda bədii əsərlərin öyrənilməsi prosesində məktəb təcrü­bəsində sınaqdan çıxmış metodlardan da imtina edilməməlidir. Təcrübə göstərir ki, şagirdlərin yaradıcı fəallığının təmin edilməsi baxımından əhəmiyyətli olan ənənəvi təlim metodlarından (ifadəli oxu və s.) inte­rak­tiv təlim metodları ilə əlaqəli istifadə müsbət nəticə verir.

Müəllimlərimiz artıq kurikulum üzrə ədəbiyyat dərslərinin təş­kilində müəyyən təcrübə qazanmışlar. Odur ki, kurikulum üzrə ayrı-ayrı siniflər üçün dərsliklər və metodik vəsaitdə verilmiş dərs nümunələrinə, eləcə də fəal/interaktiv dərsin quruluşunu əks etdirən cədvəldəki tövsiyələrə təlim prosesində yaradıcı yanaşılmalıdır. Dərs dediyi sinfin hazırlıq səviyyəsindən, mövzu ilə bağlı qarşıya qoy­duğu məqsədlərdən çıxış edərək, metodik tövsiyələrdən bəhrələnməklə müəllim öz fəal/ interaktiv dərs nümunələrini yaratmalıdır.

Ədəbiyyat təliminə yeni yanaşma təlimin diferensiallaşdırılmasını nəzərdə tutur. Diferensial təlim müxtəlif öyrənmə və düşüncə tərzinə malik olan şa­gird­lərə əhəmiyyətli hesab ediləni öyrətmək və mənimsəməni təmin et­mək üçün tətbiq olunan yanaşmadır. Tə­li­min di­fe­ren­siallaşması za­ma­nı müəllim bu üsullardan istifadə edə bi­lər:

1) Yeni mövzunu təqdim edərkən həm şi­­fahi üsul­dan, həm də əyani vasi­tələrdən istifadə;

2) Kiçik qrup halında şagirdlərə təkrar izahat ve­­rilməsi (bu üsulun tətbiqinə sinfin güclü şagirdlərini də cəlb etmək olar);

3) Təlim materialının şagirdlərin qavrama səviyyəsinə uyğun olaraq, bir neçə variantda hazırlanması;

4) Bilik və bacardıqlarını nümayiş etdirmək üçün müxtəlif təqdimat yollarından (şifahi və yazılı cavablar, oyun və s.) istifadə;

5) şa­girdlərin fərdi və ya kiçik qruplarla fəaliyyəti üçün şə­raitin yaradılması və s.

Dərslikdəki müxtəlif tipli sual və tapşırıqlar (bərpaedici və yaradıcı, açıq, yarımaçıq, qapalı suallar) təlim prosesində diferensial təlimin təmin olun­masına, şagirdlərin fərdi xüsusiyyətlərini, qavrama səviy­yəsini nəzərə almağa imkan yaradır.

Diferensial təlim texnologiyaları həm tipik, həm də xüsusi təhsilə eh­ti­yacı olan şagirdlərin na­i­liy­yət­lə­ri­nin yüksəldilməsi üçün müasir döv­­rün ən mütərəqqi və səmərəli ya­naş­ma­la­­rın­dan hesab olunur. Dife­rensial tə­limin alt komponenti olan in­klüziv təlimin əsasını hər bir şa­girdə fərdi ya­naşma ideyası təşkil edir.

İnklüzivlik sağlamlıq imkanları məhdud olan uşaqlarda özünə inam yaratmaqla yanaşı, onlara digər ya­­şıdları ilə eyni məktəbdə təhsil al­maq şəraitinin yaradıl­masıdır. Xüsusi yanaşmaya ehtiyacı olan, şa­girdlərə diqqət göstərilməsi, onların qa­bi­liy­yət­lə­ri­nin inkişaf etdiril­mə­si çox vacib amil­dir.

İnklüzivlik təkcə fərqli inkişaf xüsusiyyətləri olan uşaqlara deyil, həm­çinin digər xüsusiyyətləri ilə ya­şıd­la­rın­dan fərqlənən uşaqların da yuxarıda sadalanan məqsədlərə çatmalarına yardım edir. Özəl həyat tər­zi sü­rən, təhsildə fərqli maraq və qavrama qabiliyyəti nümayiş etdi­rən uşaqlarla da işləyərkən müəllim bilik və bacarıqların müxtəlif for­ma və va­ri­ant­lar­da çatdırılmasına çalışmalıdır.

ƏDƏBİYYAT

  1. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. Azərbaycan müəllimi qəzeti.25 okt 2013. N 41 (8558).

  2. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı. http://www.edu.gov.az/view.php?lang =az&menu= 73&id=9964

  3. Azərbaycan Respublikasında ümumi təhsilin milli kurikulumu. Bakı, 2006.

  4. Heydər Əliyev: Təhsil, bilik, məktəb. A.Naxçıvanlının red.ilə. Bakı:Müəllim,2006.

  5. Krouford A., Vendi Soul E., Metyu S., Makinster C. Düşünən sinif üçün öyrətmə və öyrənmə üsulları. Bakı, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, 2012.

  6. Ümumi təhsilin fənn standartları. (I-XI siniflər) Bakı: Mütərcim, 2012.




Скачать

© 2022, 77 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!