СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Об учете инклюзивности в процессе обучения

Категория: Литература

Нажмите, чтобы узнать подробности

В статье даны педагогические рекомендации по организации обучения инклюзивных детей в школе

Просмотр содержимого документа
«Об учете инклюзивности в процессе обучения»

2


Təlim prosesində inklüzivliyin nəzərə alınmasına dair


Son illərdə ölkəmizdə inklüziv təhsil – sağlamlıq imkanları məhdud olan uşaqların təhsili sahəsində ardıcıl və sistemli iş aparılması təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Dövlətimizin humanist mövqeyi belədir ki, sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyət həyatında tam və səmərəli şəkildə fəaliyyət göstərmələri üçün bütün maddi-texniki, mənəvi, sosial- pedaqoji maneəiər aradan tamamilə qaldırılmalıdır. Bu, həm də eynəlxalq insan hüquqları normalarına cavab verən bir mövqedir.

2006-cı ilin dekabrın 13-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiya əlilliyi olan insanların digər hüquqları kimi, təhsil hüquqlarının da bir çox tərəflərini əhatə edir. Konvensiyanın təhsil hüququnu təsbit edən 24-cü maddəsinə görə, əlilliyi olan şəxslər bərabər şəraitdə təhsil almalıdır və dövlətlər onların bütün səviyyələrdə birgə təhsil sistemini və həyatı boyu təhsil sisteminə çıxış imkanlarını dəstəkləməlidirlər. Təhsil almaq hüququnu həyata keçirərkən iştirakçı dövlətlər əlillərin əlilliyə görə ümumi təhsil sistemindən kənarda qalmamasını və əlillərin digər insanlarla eyni əsaslarla öz yaşayış yerlərində inklüziv, keyfıyyətli və ödənişsiz təhsil almaq imkanına malik olmasım təmin etməlidirlər.

Ölkəmizdə aparılan islahatlar təhsilin beynəlxalq prinsip və standartları ilə uyğunlaşmaq məqsədini daşıyır. Bu prinsiplərdən biri də təhsilin humanitarlaşması və insan hüquqları standartları ilə uyğunlaşmasıdır. BMT- nin İnsan Hüquqları Konvensiyasına görə, bütün uşaqlar üçün bərabər təhsil almaq imkanlarının yaradılması və əlil uşaqlarm cəmiyyətə inteqrasiyası dövlətlərin üzərinə düşür. Artıq təhsilin məqsədlərindən biri də əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasını stimullaşdırmaq və onu reallığa çevirmək çıxış edir. İnklüziv təhsilin əsas prinsipi kimi birgə təhsil alan uşaqlarm cəmiyyətdə də birgə yaşaması çıxış edir.

Bu baxımdan Ulu Öndər Heydər Əliyev tərəfindən 2001-ci ildə imzalanmış “Sağlamıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanunu humanist mahiyyət kəsb edən, minlərlə uşağın həyat yolunu işıqlandıran mühüm dövlət sənədidir. Bu mühüm qanunda qarşıya qoyulan vəzifələrin reallaşdırılması məqsədilə “Azərbaycan Respublikasının xüsusi qayğıya ehtiyacı olan ( sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı” təsdiq edilmişdir. Proqramın icrası bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması və onların təhsil ala bilmələri üçün maneəsiz mühit aradılmasını təmin edir.

Ölkəmizdə inklüziv təhsilin reallaşması üçün bir sıra layihələr həyata keçirilir. Proqrama uyğun olaraq, bütün təhsil pillələri üzrə inklüziv təhsilin təşkili, təhsil müəssisələrinin və tədris proqramlarınm sağlamlıq imkanları məhdud uşaqların ehtiyaclarına uyğunlaşdırılması üçün müvafıq tədbirlər görülməsi, inklüziv təhsilin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və təkmilləşdirilməsi, sağlamlıq imkanlan məhdud şəxslərin təhsilə cəlb olunması və sosial inteqrasiyasının vacibliyi barədə maarifləndirmə işinin aparılması və s. tədbirlərin həyata keçirilməsi üzrə ardıcıl iş aparılır.

İnklüziv təhsil proqramının iböyük uğurla həyata keçirilməsində Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Heydər Əliyev Fondu tərəflndən sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum, müəyyən mənada cəmiyyətin diqqətindən kənarda qalan uşaqlann təhsilinin təşkili, onlarm təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasıntn möhkəmləndirilməsi istiqamətində məqsədyönlli işlər görülmüş, sağlamlıq imkanlart məhdud uşaqlar üçün internat məktəbləri və xüsusi məktəblər əsaslı təmir edilmiş və ya yenidən qurulmuşdur. Bununla yanaşı, həmin müəssisələr müasir tələblərə cavab verən inventar və avadanhqla təchiz edilmişdir.

İnklüziv təhsil, ölkəmizdəki sağlamlıq imkanları məhdud olan, eləcə də də kimsəsiz, valideyn himayəsindən məhrum, çətin tərbiyə olunan, davranışında problemlər olan, zərərli vərdişlərə meyl edən, təhsildən kənarda qalan, hüquqları pozulan, zorakılığa məruz qalan bütün uşaqların təhsilə cəlb edlməsini təmin edir. Həmin uşaqların bir qismi beynəlxalq təcrübəyə uyğun olaraq, öz yaşıdları ilə birlikdə ümumtəhsil məktəblərində, böyük əksəriyyəti isə lazımi texniki şərait yaradılmış, inkişafetdirici təlim materialları, reabilitasiya yönümlü avadanlıqlarla təmin edilmiş, hər bir uşağın psixo-fıziki imkanlarmın nəzərə alındığı, özünəməxsus təlim-tərbiyə sisteminə malik xüsusi təhsil müəssisələrində oxuyur.

Təcrübə göstərir ki, sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətin daha dəyərli üzvlərinə çevrilməsinə yardım etmək probleminin həlli həmin uşaqlarda kollektivin təsiri nəticəsində özünə inam hissinin yaranmasına gətirib çıxarır və nəticə etibarilə uşaqlar özlərini xəstə, problemli kimi deyil, cəmiyyətin bərabər hüquqlu üzvü kimi hiss edir, uşaqlarda kollektivçilik davranışı formalaşır, müstəqil həyata, cəmiyyətə inteqrasiyaya hazır olurlar. Səhhətində problem olmayan uşaqlarda isə tolerantlıq, başqalarının problemlərini başa düşmək və onlara yardım etmək hissi formalaşdırılır.

Sağlamlaıq imkanları məhdud olan uşaqların digər uşaqlarla eyni hüquqlara malik olması, eyni sinif otaqlarında təhsil alması, dərslərdə bərabər iştirak etməsi onların ictimai və emosional inteqrasiyasına şərait yaradır, gələcəkdə onların məşğulluq kimi problemini də aradan qaldırmış olur. İnklüziv təhsil proqramı xüsusi qayğıya ehtiyacı olan uşaqların öz potensial təhsil, yaradıcılıq imkanlarını dəstəkləyir, onları digər normal uşaqlarla bərabərhüquqlu edir. Sağlamlıq imkanları məhdud olan uşaqlar digər həmyaşıdları ilə birlikdə böyüdükdə və dərs prosesində birgə iştirak etdikdə, onlar bir-birinə qarşı daha böyük anlaşma və hörmət hissini özlərində inkişaf etdirirlər.

Qeyd etmək lazımdir ki, inklüziv təhsilə cəlb olunan bu müəllimlər və müəllim köməkçilərinin xüsusi təhsili olanlar hələ kifayət qədər deyildir. Müəllimlərin bir qisminin xüsusi pedaqogika üzrə bilikləri qənaətləndirici səviyyədə deyil, Bu vəziyyəti düzəltmək məqsədilə müəllimlər üçün xüsusi treninq, seminarlar, kurslar təşkil etmək lazımdır, Onlar sağlamlıq imkanları məhdud olan uşaqlarınfərdi xüsusiyyətlərini bilməli, təlim-tərbiyə işini təşkil etməyin metodikasına yiyələnməlidir.

İnklüziv təlimin əsasını hər bir şagirdə fərdi yanaşma ideyası təşkil edir. İnklüzilik - sağlamlıq imkanları məhdud olan uşaqlarda özünə inam yaratmaqla yanaşı, onlara digər yaşıdları ilə eyni məktəbdə təhsil almaq şəraitinin yaradılmasıdır. Bu baxımdan təlimi diferensiallaşdırarkən xüsusi təlimə ehtiyacı olan şagirdlərlə iş texnologiyasının nəzərə alınması mühüm amildir.

İnklüziv təhsil bütün uşaqların hər hansı bir sahədə güclü və zəif cəhətlərindən asılı olmayaraq, məktəb kollektivinin bərabərhüquqlu üzvünə çevrilməsini nəzərdə tutur. Yeni təlim prinsipləri imkanları məhdud olan uşaqların ümumi təhsil mühitinə inteqrasiya etmələrini və ümumi proqram əsasmda təhsil almalarını tələb edir. İnklüziv təlimin əsasını hər bir şagirdə fərdi yanaşma, hər bir uşağın tələbatların ödənilməsi ideyası təşkil edir. Hər bir şagird təlimdə uğur qazanması üçün tələb olunan psixoloji yardım, diqqət və qayğı ilə əhatə olunmalıdır.

Bu məqsədlə elmi ədəbiyyatda və məktəb təcrübəsində inklüziv təhsil keyfıyyətinin aşağıdakı meyarları əsas götürülür:

1. Korreksiya işinin yüksək səviyyədə təşkili;

2. Uşağın normal tədris fəaliyyətinə qoşulması;

3. İnklüziv təhsilə cəlb olunmuş uşaqlarla işin müvafıq təhsil ocağında aparılması üçün şəraitin yaradılması;

4. Tədris prosesində tərbiyə amilinin diqqətdə tutulması;

5. Müəllim və müəllim köməkçisi tərəfındən tədris fəaliyyətinin təşkili və idarə olunması;

6. Şagirdlərin inteqrativ təlimə qoşulmasının təmin edilməsi.

Məktəblə yanaşı, ailə, valideynlər inklüziv təhsilin, sağlamlıq imkanları məhdud olan uşaqların təlim-tərbiyəsində mühüm rol oynayır. İnkluziv təhsilin hansı səviyyədə həyata keçirilməsi, uğurları valideynlərin fəallığından çox asılıdır. Hər bir valideyn öz uşağnın sağlamlıq imkanlarının məhdud olmasından ümidsizliyə qapılmamalı, inklüziv təhsil ideyalarını dəstəkləməli, yeni yanaşmanın həyata keçirilməsinə öz töhfəsini verməlidir. Valideynlər məktəbin təlim-tərbiyə fəaliyyətində fəal iştirak etməli, uşaqların keyfiyyətli təhsil almalarına yardım göstərməlidir.

Ədəbiyyat


1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu. //Kurikulum.2013 N 1.

2. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il, 24 oktyabr tarixli Sərəncamı. “Azərbaycan qəzeti. 25 oktyabr 2013-cü il. N 41 (8558) .

3. Korreksion pedaqogikanm müasir məsələləri. ARTPİ. Bakı, “Mütərcim”, 2012. 316 səh.

  1. S.Qasımov, E.Kərimova, İ.Sultanova, T.Ağayeva. İnklüziv təhsil. Müəllimlər, tərbiyəçilər, tibb işçiləri və psixoloqlar üçün vəsait. Bakı-2006.

  2. http://az.wikipedia.org/wiki/İnkuliziv_təhsil

  3. http://www.kelaminfo.az/article/a-6331 .html





Скачать

© 2022, 83 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!