Fənn: AZƏRBAYCAN DİLİ sinif VIII Mövzu:
CÜMLƏNİN
HƏMCİNS ÜZVLƏRİ
HƏMCİNS ÜZVLƏR HAQQINDA NƏLƏRİ BİLMƏLİYİK?
1.Həmcins üzvlər nəyə deyilir?(tərif)
2.Həmcinsliyin şərtləri hansılardır?
3.Həmcins üzvlər bir-birinə necə bağlanır?
4.Həmcins üzvlər hansı bağlayıcılarla bağlandıqda durğu işarəsindən istifadə edilmir?
5.Həmcins və qeyri-həmcins təyinlər nədir?
6.Eyni sözlərin təkrarı həmcins üzv sayılırmi?
7.Həmcins üzvlərdə ümumiləşdirici və yekunlaşdırıcı sözlər nədir?
8.Ümumiləşdirici sözlərdə hansı durğu işarələrindən və necə istifadə edilir?
9.Həmcins üzvlərdə hansı şəkilçilər və hissəciklər necə ixtisar edilir?
10.Xəbərin həmcins mübtədalarla üzlaşması qaydaları hansılardır?
Поместите здесь в
аш текст
Həmcins üzvlər -cümlədə eyni üzvlə bağlı olub,eyni suala cavab verən bərabərhüquqlu cümlə üzvlərinə deyilir.
HƏMCİNS ÜZVLÜLÜYÜN ŞƏRTLƏRİ
Cümlədə eyni üzvlə bağlılıq
Cümlədə eyni suala cavab vermə
Qrammatik formaca eynilik
Bərabərhüquqluluq
QEYD : bu şərtlərin hamısı birlikdə həmcinsliyi təmin edir.
HƏMCİNS ÜZVLƏRDƏ BAĞLAYICI VASİTƏ VƏ ÜSULLAR
HƏMCİNS ÜZVLƏRDƏ BAĞLAYICI VASİTƏLƏR
tabesizlik bağlayıcıları
intonasiya
bağlayıcı ilə
durğu işarəsi və bağlayıcı ilə
durğu işarəsi ilə
HƏMCİNS ÜZVLƏRDƏ ƏLAQƏLƏNDİRMƏ ÜSULLARI
YADDA SAXLA ! Həmcins üzvlər və,ilə bağlayıcıları ilə bağlandıqda durğu işarəsindən istifadə olunmur.
TƏYİNLƏRİN HƏMCİNSLİYİ Təyinlər digər cümlə üzvlərindən fərqli olaraq,həmcins və qeyri-həmcins ola bilir.
HƏMCİNS TƏYİNLƏR
QEYRİ- HƏMCİNS TƏYİNLƏR
Qeyri- həmcins təyinlər isə təyinlə- nənə birbaşa aid olmayıb təyini təyin etmələ onunla yanaşma əlaqəsinə girən, sadalama intonasiyası ilə bağ- lana bilməyən qeyri-bərabər hüquqlu təyinlərdir.
Həmcinc təyinlər birbaşa təyinlə- nənə aid olmaqla aralarında sada- lama intonasiyası(vergül və ya bağ- layıcı) işlənən bərabərhüquqlu təyin- lərdir.
Məsələn:
Məsələn:
1.Məclisə gözəl və göyçək qızlar gəlmişdi.
1. Qırmızı yaylıqlı qadın susdu.
2.Dənizin sahilində qırmızı, yaşıl, sarı işıqlar sayrışırdı.
2. Həmin o gözəl məktəb binasını deyirəm.
Yadda saxla! Cümlədə emosionallıq, ifadəlilik məqsədilə təkrar edilən sözlər həmcins üzv sayılmır. Belə sözlər ədəbiyyatda bədii ifadə vasitəsi olub təkrir adlanır.
Könlümün sevgili məhbubu mənim
Vətənimdir, Vətənimdir, Vətənim. (A.Səhhət)
Dur, ağlama, sil gözlərinin yaşını, tap can
Üsyan yarat, üsyan yarat, üsyan yarat üsyan!
Zəncirləri qırmaq o böyük haqq yolu tapmaq,
Üsyanladır, üsyanladır, üsyanladır ancaq!
(C. Rüstəm)
HƏMCİNS ÜZVLƏRDƏ ÜMUMİLƏŞDİRİCİ VƏ YEKUNLAŞDIRICI SÖZLƏR
- Ümumiləşdirici söz-həmcins üzvlərin hamısına aid olan və onları ümumiləşdirən cümlə üzvüdür.
- Ümumiləşdirici söz həmcins üzvlərdən həm əvvəl, həm də sonra gələ bilər.Ümumiləşdirici söz həmcins üzvlər- dən əvvəl gəldikdə ondan sonra qoşa nöqtə, həmcins üzvlərdən sonra gəldikdə isə ondan əvvəl tire qoyulur.
Məsələn:
Hər yerdə: məktəbdə,xəstəxanada,bağçada dizinfeksiya işləri aparılırdı.
Evdə,həyətdə, küçədə —hər yerdə onu axtarırdılar.
Ümumiləşdirici sözlərdə bağlayıcılardan istifadə. Yekunlaşdırıcı söz.
- Bəzən ümumiləşdirici sözlərdən sonra yəni,məsələn tabesizlik bağlayıcıları da işlənir.Bu halda bağlayıcıdan əvvəl vergül, sonra isə qoşa nöqtə qoyulur.
Məsələn : Ağac növləri ,yəni: şam,fistiq,göyrüş,qapı üçün yararlıdır.
Mən bir çox dilləri ,məsələn: rus,ingilis, alaman, ərəb,fars
dillərini də bilirəm.
- Yekunlaşdırıcı söz-həmcins üzvlərdən sonra, ümumiləşdirici sözdən əvvəl işlənən «bir sözlə» tipli ara sözlərdir.Bu halda həmcins üzvdən sonra tire,yekunlaşdırıcı sözdən sora vergül qoyulur.
Məsələn : Kitabı,dəftəri,qələmi,pozanı –bir sözlə, çantanı bura gətir.
HƏMCİNS ÜZVLƏRDƏ ŞƏKİLÇİLƏRİN VƏ HİSSƏCİKLƏRİN İXTİSARI
Dilə ahəngdarlıq,rəvanlıq və yüngüllük gətirmək məqsədilə həmcinc üzvlər- dəki qrammatik şəkilçilərin, hissəcik və qoşmaların sonuncu saxlanılmaqla əvvəlkilər ixtisar oluna bilir.
Şəkilçilərin ixtisarı:
1.Hal şəkilçiləri : Kitab(ı) və telefonu götürməyi unutma.
2.Cəm şəkilçiləri: Dağ(lar),daş(lar) və dərələr suya möhtacdır.
3.Mənsubiyyət şəkilçiləri: Ata(m),ana(m),bacı(m) və qardaşım bizə gəldilər.
4.Şəxs şəkilçiləri: Mən,ilk növbədə, ata(yam), müəllim(əm) və qardaşam.
Hissəciklərin ixtisarı : idi,imiş.
O yazar(dı) və oxuyardı.
O, mağarada bitkilərlə qidalanır(mış) və tənha ömür sürürmüş.
Qoşmaların ixtisarı : ilə,üçün,ötrü.
Sən atan(la) və ananla get, mən də sonra gələcəyəm.
Atam (üçün), anam (üçün) və bacım üçün hədiyyə aldım.
XƏBƏRİN HƏMCİNS MÜBTƏDALARLA UZLAŞMASI
- Həmcins mübtədalardan biri I şəxsin təki və ya cəmi ilə ( mən və ya biz ) ifadə olunubsa xəbər I şəxsin cəmində olur.
- Həmcins mübtədalardan biri, I şəxs olmadıqda II şəxsin təki və ya cəmi ilə( sən və ya siz ) ifadə olunubsa xəbər II şəxsin cəmində olur.
- Həmcins mübtədalar III şəxsdə olan sözlərlə (o,onlar,sürücü, pişik,dəftər və s.) ifadə olunubsa xəbər həmcins mübtədalarla kəmiyyətə görə uzlaşa da bilər,uzlaşmaya da:
-Həmcins mübtədalar insan anlayışı bildirdikdə xəbər cəmdə olur;
-Həmcins mübtədalar heyvan anlayışı bildirdikdə xəbər təkdə də, cəmdə də olur;
-Həmcins mübtədalar cansız əşya bildirdikdə xəbər təkdə olur.
Yadda saxla : Cansız varlıq adları şəxsləndirildikdə-canlandırıldıqda kəmiyyətə görə uzlaşma pozulmur.
Məsələn : Dağ lar və daş lar dilə gəldi l ər.
DİQQƏTİNİZƏ GÖRƏ SAĞ OLUN !
Şirvan şəhəri, 1 №li tam orta məktəb-xüsusi lisey
Əliyev
Rəfail
Şıxəli oğlu
Əməkdar müəllim,
«Ən yaxşı müəllim» ,Təhsildə inkişaf və innovasiyalar üzrə
II Qrant müsabiqələrinin qalibi