СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi

Нажмите, чтобы узнать подробности

Şagirdlәrin proqnozlar vermәk, tәxmin etmәk bacarıqlarının

inkişaf etmәsi ilә yanaşı söz ehtiyatı artır, zәnginlәşir. Hәm

şifahi, hәm yazılı nitqlәri inkişaf edәrәk formalaşır.

  Tədqiqatçılıq bacarıqları inkişaf edir. Mətni oxuyarkən rast

gəldikləri yeni söz söz birləşmələrini asanlıqla başa düşür

anlayırlar.

Просмотр содержимого документа
«Oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi»

” Oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi”           Sinif: 3D              Müəllim: Mustafayeva Rəsmiyyə    Mövzu: Kərpickəsən qocanın hekayəti

Oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi”

 

Sinif: 3D

Müəllim: Mustafayeva Rəsmiyyə

Mövzu: Kərpickəsən qocanın hekayəti

Oxudan əvvəl:   Strategiya:  Bilmədiyin sözlərin mənasını anlamağa çalış,  Söz ehtiyatını artırmaq,  Sual-cavab.

Oxudan əvvəl:

 

Strategiya:

Bilmədiyin sözlərin mənasını anlamağa çalış,

Söz ehtiyatını artırmaq,

Sual-cavab.

Cütlərlə iş   Lüğəti təqdim etmək, söz ehtiyatını artırmaq   “ Zəhmətə qatlaşmaq”, “alnıaçıq”, “üzüağ”, “başqasının gözündə ucalmaq” söz və ifadələrini izah et.

Cütlərlə iş

 

Lüğəti təqdim etmək, söz ehtiyatını artırmaq

 

Zəhmətə qatlaşmaq”, “alnıaçıq”, “üzüağ”, “başqasının gözündə ucalmaq” söz və ifadələrini izah et.

Bu tapşırığı yerinə yetirərkən izahlı lüğətdən və ipaddən istifadə edirik.  Әhәmiyyәti:    Şagirdlәrin proqnozlar vermәk, tәxmin etmәk bacarıqlarının inkişaf etmәsi ilә yanaşı söz ehtiyatı artır, zәnginlәşir. Hәm şifahi, hәm dә yazılı nitqlәri inkişaf edәrәk formalaşır.  Tədqiqatçılıq bacarıqları inkişaf edir. Mətni oxuyarkən rast gəldikləri yeni söz və söz birləşmələrini asanlıqla başa düşür və anlayırlar.

Bu tapşırığı yerinə yetirərkən izahlı lüğətdən və ipaddən istifadə edirik.

Әhәmiyyәti:

Şagirdlәrin proqnozlar vermәk, tәxmin etmәk bacarıqlarının

inkişaf etmәsi ilә yanaşı söz ehtiyatı artır, zәnginlәşir. Hәm

şifahi, hәm dә yazılı nitqlәri inkişaf edәrәk formalaşır.

Tədqiqatçılıq bacarıqları inkişaf edir. Mətni oxuyarkən rast

gəldikləri yeni söz və söz birləşmələrini asanlıqla başa düşür

və anlayırlar.

 Kərpickəsən kişinin hekayəti  Şam şəhərində qoca bir kişi yaşayırdı. Palçıqdan kərpic kəsib satmaqla dolanırdı. Öz işinin mahir ustası idi. Onun kəsdiyi kərpiclər çox möhkəm olurdu. Bir sözlə, qoca olsa da, çörəyini minnətsiz qazanırdı. Geyməyə bir şey tapmayanda yaşıl otlardan özünə köynək toxuyurdu.  Qızmar bir yay günündə kərpickəsən qoca tərini silə-silə palçıq qarışdırırdı. Bu zaman yoldan keçən cavan bir oğlan qocanın necə əziyyət çəkdiyini görüb dedi  – Ey qoca, sən niyə belə ağır zəhmətə qatlaşırsan? Yaşlı adamsan, özünə yazığın gəlsin. Bu qədər əziyyətin qabağında qazandığın bir qarın çörəkdir. O çörəyi kimdən istəsən, səndən əsirgəməz.  Qoca bir anlığa əl saxlayıb diqqətlə cavanı süzdü. Bir qədər acıqlı səslə dedi:  – Deyirsən, özümə yazığım gəlsin?! Mən o zaman yazıq olaram ki, gəlib sənin qarşında bir parça çörək üçün əl açım! Bu əziyyəti ona görə çəkirəm ki, alnıaçıq, üzüağ yaşayım. Qolunda az-çox gücü olan adamın başqasına əl açması şərəfsizlikdir. Şərəfsizlik isə ölümdən betərdir.  Qocanın sözləri cavana təsir etdi. O, dediklərindən peşman oldu. Şərəflə yaşayan bu qoca onun gözündə ucaldı. Hörmətli bir insana çevrildi. O, qoca kərpickəsənə ədəblə baş əydi və yoluna davam etdi.      Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması əsasında  Strategiya:  Bildiklərinlə oxuduqların arasında əlaqə yarat.   Bu zaman hekayə xəritəsindən istifadə edirik. Mətn ikinci abzasa qədər oxunur. Suallar verilir. Sonra isə şagirdlər “Məkan” və “Zaman”bölməsində mətnin birinci abzasındakı məlumatları qeyd edirlər. Digər abzaslar oxunduqca müvafiq bölmələrdəki məlumatlar qeyd olunur. Bu proses oxu zamanı boyunca davam edir.

Kərpickəsən kişinin hekayəti

Şam şəhərində qoca bir kişi yaşayırdı. Palçıqdan kərpic kəsib satmaqla dolanırdı. Öz işinin mahir ustası idi. Onun kəsdiyi kərpiclər çox möhkəm olurdu. Bir sözlə, qoca olsa da, çörəyini minnətsiz qazanırdı. Geyməyə bir şey tapmayanda yaşıl otlardan özünə köynək toxuyurdu.

Qızmar bir yay günündə kərpickəsən qoca tərini silə-silə palçıq qarışdırırdı. Bu zaman yoldan keçən cavan bir oğlan qocanın necə əziyyət çəkdiyini görüb dedi

Ey qoca, sən niyə belə ağır zəhmətə qatlaşırsan? Yaşlı adamsan, özünə yazığın gəlsin. Bu qədər əziyyətin qabağında qazandığın bir qarın çörəkdir. O çörəyi kimdən istəsən, səndən əsirgəməz.

Qoca bir anlığa əl saxlayıb diqqətlə cavanı süzdü. Bir qədər acıqlı səslə dedi:

Deyirsən, özümə yazığım gəlsin?! Mən o zaman yazıq olaram ki, gəlib sənin qarşında bir parça çörək üçün əl açım! Bu əziyyəti ona görə çəkirəm ki, alnıaçıq, üzüağ yaşayım. Qolunda az-çox gücü olan adamın başqasına əl açması şərəfsizlikdir. Şərəfsizlik isə ölümdən betərdir.

Qocanın sözləri cavana təsir etdi. O, dediklərindən peşman oldu. Şərəflə yaşayan bu qoca onun gözündə ucaldı. Hörmətli bir insana çevrildi. O, qoca kərpickəsənə ədəblə baş əydi və yoluna davam etdi.

Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması əsasında

Strategiya:

Bildiklərinlə oxuduqların arasında əlaqə yarat.

Bu zaman hekayə xəritəsindən istifadə edirik. Mətn ikinci abzasa qədər oxunur. Suallar verilir. Sonra isə şagirdlər “Məkan” və “Zaman”bölməsində mətnin birinci abzasındakı məlumatları qeyd edirlər. Digər abzaslar oxunduqca müvafiq bölmələrdəki məlumatlar qeyd olunur. Bu proses oxu zamanı boyunca davam edir.

Oxudan sonra:  Strategiya:  Yenidən oxu Oxuduğumuz mətn yenidən oxunur.  Əhəmiyyəti:  Bu strategiyadan istifadə etdikdə şagirdlər tərəfindən mətndəki hər hansı sözü və söz birləşmələrini səhv oxunubsa və ya mətndəki əsas mənanı əks etdirən sözü nəzərdən qaçııbsa, həmin söz və söz birləşmələri yada salınır və möhkəmlənir.  Cədvəl və qrafiklərə nəzər sal.  Bu strategiyanın yerinə getirilməsi zamanı aşağıdakı iş vərəqindən istifadə edirik.

Oxudan sonra:

Strategiya:

Yenidən oxu

Oxuduğumuz mətn yenidən oxunur.

Əhəmiyyəti:

Bu strategiyadan istifadə etdikdə şagirdlər tərəfindən mətndəki hər hansı sözü və söz birləşmələrini səhv oxunubsa və ya mətndəki əsas mənanı əks etdirən sözü nəzərdən qaçııbsa, həmin söz və söz birləşmələri yada salınır və möhkəmlənir.

Cədvəl və qrafiklərə nəzər sal.

Bu strategiyanın yerinə getirilməsi zamanı aşağıdakı iş vərəqindən istifadə edirik.

Şagirdlər başlıqlara uyğun olaraq oxu zamanı dinlədikləri mətnin ardıcıllığını yada salaraq əvvəl, sonra və axırda baş verənləri müvafiq hissələrdə yazılı şəkildə ifadə edirlər.    Əhəmiyyəti:   Şagirdlәrdә cümlə qurmaq, ardıcıllığı izləmək, hәm dә ümumilәşdirmә aparmaq bacarıqları inkişaf etdirir. Hәmçinin mәtnin tez, düzgün, şüurlu mәnimsәnilməsinə kömək edir.
  • Şagirdlər başlıqlara uyğun olaraq oxu zamanı dinlədikləri mətnin ardıcıllığını yada salaraq əvvəl, sonra və axırda baş verənləri müvafiq hissələrdə yazılı şəkildə ifadə edirlər. 
  •  
  • Əhəmiyyəti:
  •  
  • Şagirdlәrdә cümlə qurmaq, ardıcıllığı izləmək, hәm dә ümumilәşdirmә aparmaq bacarıqları inkişaf etdirir. Hәmçinin mәtnin tez, düzgün, şüurlu mәnimsәnilməsinə kömək edir.
Bu iş vərəqindən istifadə etməklə oxunmuş mətndə şagirdlər tərəfindən oxunan mətnin necə qarşılandığını öyrənmək olar.

Bu iş vərəqindən istifadə etməklə oxunmuş mətndə şagirdlər tərəfindən oxunan mətnin necə qarşılandığını öyrənmək olar.

Şəkil:   Təşəkkürlər

Şəkil:

Təşəkkürlər