СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Применение новых технологий на уроках литературы

Категория: Литература

Нажмите, чтобы узнать подробности

В статье обосновывается возможности применения новых технологий на уроках литературы

Просмотр содержимого документа
«Применение новых технологий на уроках литературы»

Ədəbiyyat dərslərində yeni təlim texnologiyalarının tətbiqi

Bilal Həsənli

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent


Yeni təlim texnologiyalarından məqsədyönlü istifadə, fəal/interaktiv metodların düzgün seçilməsi, qarşılıqlı əlaqələndirilməsi kurikulum üzrə dərslərdə mühüm tələb kimi qarşıya qoyulur. V sinifdə müəllimin qarşısında qoyulan başlıca vəzifələrin – təlim nəticələrinin və standartlarının yerinə yetirilməsi başlıca olaraq fəal/ interaktiv metodlardan məqsədyönlü istifadə vasitəsilə təmin edilir.

İnteraktiv təlim şagirdlərin biliyi hazır şəkildə deyil, müstəqil, yaradıcı, tədqiqat­çılıq fəaliy­yəti nəticəsində əldə etməsinə əsaslanır. Fəal/interaktiv təlim şagirdlərin fəal idrak fəaliyyəti zəminində və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Dərsdə problemin, tədqiqat sualının müəyyənləşdirilməsi şagirdlərin onun həllinə yönəlmiş fəaliy­yəti nəticəsində təlim materialları dərindən mənimsənilir, fakt və hadisələrin səbəb və nəticə əla­qə­lərini, qanunauyğunluqlarını, müəyyənləşdirmək, nəticə çıxarmaq bacarığı inkişaf etdirirlir.

Ədəbiyyat tədrisi me­to­di­ka­sın­da təlim metodları sisteminin bu fənnin məzmunu, təhsil, inkişaf, tər­biyə vəzifələrindən, şagirdlərin idraki, öyrənmə fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq özünməxsus cəhətləri vardır. Bu və ya digər metodun seçilməsi zamanı öyrənilən materialın xüsusiy­yət­ləri (həcmi, mürəkkəbliyi, çətinlik səviyyəsi), şagirdlərin hazırlığı, həmin metodla materialı mənimsəmək bacarığı və s. nəzərə alınır.

İnteraktiv təlim zamanı şagirdlərdə idraki ma­raq, problemin həlli üçün tədqiqat aparmağa tələbat yara­dıl­malıdır. İstənilən tədqiqat isə ilk növbədə problemli vəziyyətin ya­radılması, öz həllini gözləyən problemin qoyuluşu, tədqiqat sualınıln müəyyənləşdirilməsi ilə başla­nır.

Bu məqsədlə dərsdə birmənalı cavabı olmayan, müxtəlif fər­ziyyələr, ziddiyyətli fikirlər yaradan, maraq doğuran, şagirdi bir növ yol ayrıcında qoyan suallardan istifadə edilir. Tədqiqat sualı şa­girdlər üçün gücçatan səviyyədə olmalı, tədqiqat apar­mağa, bilik və bacarıqları yeni situasiyada tətbiq etməyə imkan ver­məlidir.

Dialoq və əməkdaşlığın təmin edilməsi zəruridir.

Məlumdur ki, ədəbiyyat dərsləri incəsənətin bir növü olan söz sə­nəti ilə ünsiyyət, dialoq dərsləridir. Bu dərslərdə kamil sənət əsə­rinin oxusu, müzakirəsinin doğurduğu emosional əhval-ruhiyyə şagird­lərin yaradıcı fəallığı üçün münbit zəmin yaradır. Şagirdlər idraki problemin həlli üçün tədqiqat apararkən təkcə müəllimlə yox, həm də bir-biri ilə əks-əlaqə yaradır, müəllim- şa­gird, şagird-şagird əməkdaşlığı şəraitində fəaliyyət göstərirlər.

İnteraktiv təlim dərsdə müəllim və şagirdin roluna yenidən bax­mağı tələb edir. Bu dərslərdə şagird tədqiqatçı, müəllim bə­lədçidir.

İnteraktiv metodların tətbiq olunduğu dərsdə şagird təlim pro­sesinin obyekti yox, subyekti, bərabərhüquqlu iştirakçısına çevrilir, bilikləri kəşf edən tədqiqatçı kimi çıxış edir. İnteraktiv təlimdə şagirdin idrak fəaliyyəti tədqiqat xarakteri daşıyır. Onun yeni bilik və bacarıqlara yiyələnməsi tədqiqatın apa­rıl­ması qanunlarına əsaslanmaqla keçirilir. Bu dərslərdə şagirdlərin tədqiqatçılıq, müzakirə olunan məsələdə əsas və ikinci dərəcəli cəhətləri seçmək, başlıca fikri müəyyənləşdirmək, təhlil aparmaq, qruplaşdırmaq, müqayisə etmək, ümumiləşdirmək, nəticə çıxarmaq, təqdim etmək bacarıqları inkişaf etdirilir. Məktəblilər yeni bilik və bacarıqlara şüurlü yiyələnir, onu əvvəl qazanılmış bilik və bacarıq­larla əlaqələndirir, təcrübədə tətbiq edirlər.

Psixoloji dəstək: hörmət və etibar. Şagirdin idrak fəallığının təmin edilməsi dərsdəki mühitdən, qarşılıqlı münasibətlərdən – inam, etibar, hörmət, dəstək yaradılmasından çox asılıdır. Dərs əmək­daşlıq, emosionallıq, qarşılıqlı etimad şəraitində keçirilir, şa­gird­lərin yaradıcı fəaliyyətinin nəticəsi kimi meydana çıxan müx­təlif fikirlərə hörmətlə yanaşılır, onların əsaslandırılmasına diqqət yetirilir.

İnteraktiv təlim üzrə keçilən dərslər induktiv və deduktiv sə­ciyyəli olur. İnduksiya – (induktiv metod) təlimdə xüsusi, konkret hadisələrdən ümumi nəticəyə, qanunauyğunluğa doğru gedilməsi, müşahidə edilmiş faktların ümumiləşdirilməsidir. İnduksiya əsa­sında evristik söhbət təşkil edilir, müşahidələr aparılır.

Deduksiya (deduktiv metod) təlim prosesində yeni biliyin fakta, hadisəyə ümumi baxış əsasında mənimsənilməsi yolu ilə əldə edilməsidir. Yeni biliyin mənimsənilməsi və ya idraki tapşırığın yerinə yetirilməsi prosesi ümumi müddəalardan başlanır və onların xüsusi hallara tətbiqi ilə yekunlaşır.

Fəal/interaktiv dərsin səmərəliliyi müəllimin planlaşdırma və bələdçilik (fasilitasiya) bacarıqlarından asılıdır. Müəllim dər­sin bütün mərhələlərində görüləcək işləri dəqiq plan­laş­dır­malı, ciddi hazırlıq işləri görməlidir.

Dərsdə bələdçi kimi çıxış etmək üçün də müəllim bir sıra bacarıqlara malik olmalıdır. Bununla əlaqədar, müəllimin bütün şagirdləri diqqətlə dinləməsi, əməkdaşlıq şəraitində düşünməyə, təd­qiqatçılıq fəaliyyətinə sövq etməsi, təfəkkürünü stimullaşdır­ması, problemin həllində dəstək verməsi, müxtəlif üsullarla rəğ­bət­lən­dir­məsi, səmimiyyət və ehtiram göstərməsi, tənqidi qeydlərini həssaslıqla çatdırması zəruridir.

İnteraktiv təlim metodları çoxdur. Ədəbiyyat təlimi üçün daha səciyyəvi, dərsdə tətbiq imkanları geniş olan interaktiv metodlar aşağıdakılardır:

Müzakirə

Müzakirə mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və təkliflərin qarşılıqlı mübadiləsidir. Onun əsas vəzifəsi problemi təhlil edərək həlli yolunu tapmaq, düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır. Müzakirə debat üçün hazırlıq mərhələsi kimi aparıla və ya debatla müşayiət oluna bilər. Müzakirə dinləmək, təqdim etmək, sual vermək mədəniyyətini formalaşdırır, şagirdlərin məntiqi və tənqidi təfəkkürünü, şıfahi nitqini inkişaf etdirir.

Müzakirədən əvvəl şagirdlərə (cütlərə, qruplara) müzakirə qaydaları xatırladılır. Müzakirə üçün ziddiyyətli yanaşmalara imkan verən mövzu, ziddiyyətli sual vasitəsilə problem müəyyənləşdirilir. Problem aktual, şagirdlər üçün gücçatan səviyyədə, həll oluna bilən olmalıdır. Şagirdlər problem üzrə tədqiqat aparır, mənbələrlə işləyir, öz mövqelərini dəqiqləşdirir, mülahizələrini əsaslandırmaq üçün dəlillər, faktlar seçir, fikirlərini müzakirə üçün təqdim edirlər.

Müzakirə prosesini inkişaf etdirən suallar vermək və şagirdlərin cavablarını nəzərdən keçirməklə müəllim müzakirəni tənzimləyir. Bu zaman cavabı “bəli” və ya “xeyr” olan qapalı suallar vermək məqsədəuyğun hesab edilmir.

Müzakirədə mövzuya aid “Nə baş verdi? Nə üçün baş verdi? Bu başqa cür ola bilərdimi və necə? Siz bu vəziyyətdə nə edərdiniz? Sizin fikrinizcə, həmin qəhrəman nə hiss etdi? Siz bu şəraitdə necə hərəkət edərdiniz? Sizcə, kim haqlıdır? Nə üçün?” kimi suallardan istifadə olunur.

Fasilələrlə oxu

Əsərin mətni əvvəlcədən hissələrə bölünür. Müəyyən bir hissə müəllim və ya şagirdlər tərəfindən oxunduqdan sonra fasilə edilir, hər bir hissənin məzmununa dair suallar hazırlanır. Birinci hissə oxunduqdan sonra fasilə edilir. Müəllim şagirdlərə oxunmuş hissənin məzmununa dair suallarla müraciət edir::

• Oxuduğunuz parçadan nə öyrəndiniz?

  • Əsərdəki bu sözlərin ( lövhədə yazılır) mənasını necə başa düşürsünüz?

  • Qəhrəmanın hərəkəti nə ilə nəticələndi?

Cavablar dinlənilir və növbəti hissə oxunmağa başlanır. İkinci, üçüncü hissələr də bu şəkildə oxunur və fasilələrdə məzmun üzrə müsahibə aparılır.

Sonuncu hissənin oxusundan sonrakı fasilədə şagirdlərə aşağıdakı məzmunda da suallar verilir:

• Hadisələrin belə bitəcəyini düşünürdünüzmü?

• Qəhrəmanın hərəkətləri, başına gələn hadisə sizə necə təsir etdi?

• Sizcə, qəhrəmanı nə gözləyir?


Proqnozlaşdırılmış oxu


Əsərin məzmununun mənimsənilməsinə həsr olunan dərsdə müəllim əsərdən bir hissəni oxuyur. Əsərin müəyyən hissəsi oxunduqdan sonra şagirdlər hadisələrin sonrakı inkişafı barədə fərziyyələrini öz dəftərlərindəki proqnoz cədvəlində qeyd edirlər.


Əsərin hissələri

Sizcə, nə baş verəcək?

Nə üçün belə düşünürsünüz?

Nə baş verdi? Hadisələr necə davam etdi?

I hissə




II hissə





Müqayisə cədvəli

Müqayisə üçün bir-birinə oxşar, mahiyyət etibarilə yaxın obyektlər (obrazlar, əsərlər, janrlar və s.) götürülür. Müqayisənin tətbiqi zamanı vahid əsas (müqayisə olunan obrazların vətənə münasibəti, dinə, din xadimlərinə münasibəti və s.)gözlənilməli, müqayisə üçün götürülmüş obyektlərin əlamətləri ardıcıl aşkara çıxarılmalıdır.

Obyektlər atasındakı oxşar, yaxud fərqli əlamətlərin ( eləcə də eyni vaxtda hər iki əlamətin) aşkara çıxarılması ilə yanaşı, oxşarləq və fərqlərin izahı, obbyektlər arasındakı əlaqələriun səbəbinin aydınlaşdırılması, nəticə çıxarılması, ümumiləşdirmə aparılması zəruridir.

İki hissəli gündəlik

Əsərin oxusu zamanı şüurlu qavramanı təmin etmək məqsədilə tətbiq olunur. Şagirdlərə ayrılmış vaxt ərzində mətni diqqətlə oxumaq, şeirdə diqqəti cəlb edən, xoşladıqları və ya başa düşmədikləri bənd, beyt, misra, sözləri seçib cədvəlin nümunə bölümünə yazmaq tapşırılır. Şərh bölümündə nümunələrin seçilməsinin səbəbi aydınlaşdırılır. Nəsr, dram əsərlərində isə bu məqsədlə epizod, abzas,cümlə, replika, söz seçilir. Tapşırıq hər bir şagird tərəfindən fərdi şəkildə yerinə yetirilir. Cavablar dinlənilir, müzakirə edilir.



Əsərdən seçilmiş nümunələr


Seçimin səbəbinin şərhi



Əqli hücum


Bu metoda pedaqoji ədəbiyyatda beyin həmləsi, beyində fırtına da deyilir. Dərsdə 5-10 dəqiqə ərzində şagirdlərin öyrənilən mövzu, problemin həlli yolları üzrə müxtəlif ideyaları irəli sürməsi vasitəsi kimi istifadə olunur.

Əqli hücum tətbiq edilərkən müəllim həll olunmalı problemi elan edir. Sual lövhəyə yazılır və ya şifahi şəkildə verilir. Şagirdlər vaxt itirmədən problemlə bağlı yığcam şəkildə müx­təlif ideyalar, təkliflər irəli sürürlər. Söylənilən bütün mülahizə­lər heç bir şərh verilmədən, tənqidi münasibət bildirilmədən lövhədə qeyd olunur. Сонра тящлил, müzakirə мярщяляси эялир. Müxtəlif ideyalar qiymətləndirilir, lehinə və əleyhinə fikirlər söylənilir. Şa­gird­lər müzakirə olunan problemin həlli üçün faydalı hesab et­dikləri ideyaları seçirlər.


Söz assosiasiyaları


Söz assosiasiyaları dərsin əvvəlində, sonunda, şifahi və yazılı formada tətbiq edilə bilər. Mövzunun öyrənilməsinin əvvəlində söz assosiasiyalarının tətbiqi məktəblilərin bu məsələ barədə biliklərini müəyyənləşdirmək məqsədi izləyir. Dərsin sonunda isə söz assos­ia­si­­ya­­ları vasitəsilə şagirdlərin artıq mənimsəmiş olduğu yeni biliklər üzə çıxarılır.

Bu məqsədlə mövzu ilə bağlı əsas söz (sözlər) lövhəyə yazılır. Şagirdlərə tapşırılır ki, həmin sözün onlarda yaratdığı assosiasiya­ları (bu sözü eşitdikdə, gördükdə ağıllarına gələn digər sözləri) desinlər və ya dəftərə yazsınlar.

Şagirdlərin 1-2 dəqiqə ərzində mövzu üzrə əsas sözlə bağlı söy­lə­diyi (dəftərə yazdığı) sözlər lövhəyə yazılır. Bu sözlər əlaqə­lən­di­ril­mək, ümumləşdirilməklə yeni mövzunun əsas məqsədləri ilə bağlı fikir, ideya formalaşdırılır. Həmin ideya, fikir əsasında yeni mate­rialın öyrənilməsinə başlanılır.


İNSERT (interaktiv qeydetmə sistemi)

Bu iş üsulu şagirdləri mövzunun, problemin fəal şəkildə dərketməyə sövq edir. edir. Belə ki mətn şagirdlərə paylanılır və onun üzərində işarələr sistemindən istifadə etməklə qeydlər aparılır.

Şagirdlər müəllimin tapşırığı ilə mətni oxuyur, onun üzərində bu və ya digər cümlə, fikir, abzas, hissə ilə bağlı müvafıq şərti işarələr qoyurlar:

nV" - bilirəm

"-" - ziddiyyətli informasiya

"+" - yeni informasiya

"?"- aydın deyil.

Beləliklə həmin işarələrin köməyi ilə mətnin necə qavranıldığı, anlaşılan, qəbul edilən, yeni, maraqlı sayılan və ya başa düşülməyən, ziddiyyətli informasiya müəyyənləşdirilir. Təkrar oxu, müzakirə zamanı müvafiq işarələrə istinad etməklə şagird məsələyə münasibət bildirir, uğurlu və ya ziddiyyətli məqamları qeyd edir, öz mülahizələrini əsaslandırır,

Mətn üzrə iş zamanı aparılmış qeydlər toplanaraq cədvəl şəklində də əks etdirilə bilər.



v


-


+


?

4

6



5

3



Venn diaqramı


Venn diaqramından öyrənilən əsərləri, nəzəri anlayışları, ədəbi qəhrəmanları və s. müqaisə etmək, onların oxşar və fərqli cə­hət­lərini müəyyənləşdirmək məqsədilə istifadə olunur. Bu zaman şa­gird­lərin əvvəl mənimsəmiş olduğu biliklər aktuallaşdırılır, qiy­mət­lən­dirmə bacarığı formalaşdıırılır. Müqayisə aparmaq üçün kə­si­şən dairələr çəkilir, hər dairədə müqayisə olunan əsərlər, məsələlər qeyd edilir. Şagirdlərə nəyin müqayisə olunacağı və dairələrdə ox­şar və fərqli cəhətlərin necə qeyd olunacağı başa salınır. Fərqli cə­hətlər sağ və sol tərəfə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olu­nur.



BİBÖ

BİBÖ (nəyi bilirik, nəyi bilmək istəyirik, nəyi öyrəndik və nə­yi öyrənməliyik) şagirdlərin əvvəlki biliyi, təcrübəsi ilə yeni biliklər ara­sında əlaqə yaratmağa imkan verir, mövzu, problem barədə dü­şün­məsini stimullaşdırır. Şagirdlərə BİBÖ-nün mahiyyəti və məzmunu haqqında məlu­mat verilir, hansı mövzular üzrə əlaqə yaradılacağı müəyyən­ləş­diri­lir.

Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı böl­mələri qeyd edir: “Nəyi bilirik”, “Nəyi bilmək istəyirik”, “Nə öy­rəndik və hələ nələri öyrənməliyik”.






Cütlər və ya qruplar mövzu barəsində əvvəlki biliklərinə dair qeydlər aparırlar. Mətn oxunduqdan sonra müəllim ikinci sütundakı suallara qayıdır, əgər mətndə sualların cavabları verilibsə, onları üçüncü sütunda qeyd etməyi tapşırır.

Şagirdlərin qeydləri dinlənilir, məqsədəuyğun sayılan cavablar müvafiq sütunda qeyd edilir. Şagirdlər əvvəlki biliklərini (birinci sü­tunda qeyd edilənləri) yeni öyrəndikləri biliklərlə (yeni öy­rə­ni­lən­lər sütunundakı məlumatla) müqayisə edir, nəticə çıxarırlar.


Debatlar


Debat zamanı mübahisə edən, müzakirə aparan tərəflər bir-birlərini deyil, üçüncü tərəfi (din­lə­yicini, tamaşaçını) inandırmağa, ona təsir göstərməyə çalışır. De­bat­da çıxış edən hər iki tərəfin qarşısında duran başlıca vəzifə öz möv­qeyini əsaslandırmaq, haqlı olduğunu sübut etməkdir. Bunun üçün ilk növbədə inandırıcı dəlillər tapılması, əks tərəfin irəli sür­düyü dəlillərə tənqidi yanaşılması, onların əsaslandırılmış şəkildə tək­zib edilməsi zəruridir.

Bu zaman üçüncü tərəf - dinləyici onu daha çox inandıran tə­rəfin mövqeyini qəbul edir, öz seçimində ona üstünlük verir. De­bat­lar üçün seçilən mövzu aktual, maraqlı olmalı, çıxış edənlər fakt və sübutlarla danışmalı, müxtəlif səciyyəli suallardan istifadə etməli, öz­lərinin inandırmaq məharətini göstərməlidir.


Layihələrin hazırlanması


Layihələr məktəblilərin seçilmiş mövzuda müəyyən vaxt ərzin­də müstəqil şəkildə tədqiqat aparmasını nəzərdə tutur. Layihə üzərində işin vaxtı dəqiqləşdirilir, şagirdlərə tövsiyələr, məs­ləhətlər verilir. Məsələn, müharibə mövzusunda əsərlərin tədrisi zamanı şagirdlərə düşmənlə döyüşdə əsir düşmüş insanlarla ailə üzv­ləri arasında əlaqə yaradılmasına dair, müharibə zamanı döyüşən tərəfləri beynəlxalq humanitar hüquqa əməl etməyə vadar edən təkliflərdən ibarət layihə işləyib hazırlamaq təklif oluna bilər.

Problem konkret olmalıdır. Müəllim və şagirdlər birlikdə layihə üzərində işin başlama və başa çatma müddətini, istifadə olunacaq əyani vasitələri (ədəbiyyatlar, mənbələr, təsviri vasitələr və s.) bunları əldə etmək yollarını, iş formalarını (fərdi yoxsa, qrup şəklində) müəyyən edirlər. İş prosesində müəllim suallara cavab verə və ya yol göstərə bilər. İşin icrasına isə şagirdlər özü cavabdehdir. Tədqiqatın nəticəsi hesabat, xəritə, illüstrasiya, fotoşəkillər cədvəllər, qrafiklər, formasında ifadə oluna bilər.


Şaxələndirmə (klaster)


Şaxələndirmə vasitəsilə şagirdlər mövzu haqqında düşünməyə, mövzuya, əsas anlayışa aid söz assosiasiyaları tapmağa sövq edilir. Şagirdlərin mövzu ilə bağlı əvvəlki bilikləri nəzərdən keçirilir, yeni assosia­siyalar yaradılır, biliklər sistemləşdirilir, söz ehtiyatı zən­ginləşdirilir.

Bu məqsədlə şagirdlərə tanış olan mövzu ilə bağlı əsas söz və ya ifadələr lövhəyə yazılır. Şagirdlər bu anlayışla əlaqədar söz və ya ifadələri söyləyirlər. Əsas sözdən başlayaraq hər növbəti söz əlaqəli olan digər sözlə xətlərlə birləşdirilir. Vaxt bitəndən sonra alınan şaxələndirmə müzakirə edilir, ümumiləşdirmə aparılır.

Bu üsuldan mövzunun öyrənilməsinin əvvəlində şagirdlərin bu haqda nə bildiklərini aydınlaşdırmaq, həm də dərsin sonunda təzə nə öyrəndiklərini aşkara çıxarmaq məqsədi ilə istifadə edilə bilər.



















Rollu oyun


Rollu oyunun mahiyyəti hər hansı bir problemə müxtəlif nöq­teyi-nəzərdən yanaşmalardan ibarətdir. Şagirdlər (qruplar) müxtəlif rolları öz üzərlərinə götürür və hər hansı bir hadisəni bu mövqe­lərdən qiymətləndirirlər. Bu üsul şagirdlərə hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə başqalarının gözu ilə baxmaq imkanı verir.Məsələn, şagirdlər müəllimin tapşırığı ilə əsərin qəhrəmananının hərəkətlərinə hakim, vəkil, zərərçəkmiş, şahid, müəllim, valideynkimi fərqli münasibət bildirə bilər.

Bu metod şagirdlərin yalnız birbaşa təcrübəsindən deyil, həm də təqlid edilmiş təcrübədən öyrənə bilməsinə əsaslanır. Təqlid fəaliyyət və hadisələrin bərpa etməklə yaradılmasıdır. Əsas məqsəd şagirdlərə fərqli fikir, maraq və motivasiyaları olan həmyaşıdlarını başa düşməkdə kömək etmək üçün tanış olmayan şərait yarat­maqdan ibarətdir. Bu baxımdan rollu oyunlar şagirdlərə özləri və ətrafdakılar haqqında məlumat əldə etməyə, problemə digər adamın gözü ilə baxmağa, vərdiş halını almış stereotiplərdən uzaqlaşmağa və yeni davranış modellərinə yiyələnməyə imkan verir.

Ziqzaq

Metodik ədəbiyyatda “ziqzaq” əvəzinə “zəncirvari oxu və öyrənmə” termininin işlədilməsi də münasib sayılır. Bu üsul mətnin məzmununun qısa müddət ərzində şagirdlər tərəfindən mənimsənilməsinə imkan yaradır. Şagirdlər dörd nəfərlik əsas qruplara bölünür. Qruplardakı şagirdlər yenidən 1-dən 4-dək sayırlar. Hər qrupdakı eyni rəqəmli şagirdlərdən yeni qrup (ekspert qrupu) yaradılır. Əsərin mətni qrupların sayı qədər hissələrə bölünür və ekspert qruplarına verilir. Ekspert qrupları onlara verilən hissəni oxuyur, ”Mən əsas qrupa başlıca olaraq nəyi çatdıracağam?” sualına cavab verir. Qrupların daxilində müzakirə, müsahibə aparılır, onun hər bir üzvünün mətnin məzmununu tam qavradığı dəqiqləşdirilir.

Ayrı-ayrı ekspert qruplarında müxtəlif iş növlərindən (oxunmuş hissə üzrə təəssüratların yazılması, plan tutulması, məzmunun müxtəlif formalarda – yığcam, geniş, yaradıcı nağıl edilməsi) istifadə oluna bilər. Ekspert qruplarda iş başa çatdıqdan sonra hər bir şagird pzünün əvvəlki qrupuna - əsas qrupa qayıdır və hər ekspert öyrəndiklərini digərlərinə çatdırır. Müəllim məzmunun dəqiq çatdırıldığını yoxlamaq üçün suallar verə bilər.








İnteraktiv təlim zamanı təqdimat mühüm əhəmiyyət kəsb edir. Məktəblilər tədqiq etdikləri məsələ barədə əldə olunan nəticələri sinif qarşısında müxtəlif formalarda (çıxış, yazı işi, rollar üzrə oyun və s.) təqdim edirlər.

Təqdimat zamanı şagird problemin mahiyyəti ilə bağlı fikir­lərini aydın, səlis şəkildə çatdırmalıdır. Mövzu, problem dəqiq şərh edil­məli, informasiya-kommunikasiya vasitələri, illüstrasiyalar, foto­­şəkillər, musiqidən məharətlə istifadə olunmalıdır.

Təcrübə göstərir ki, interaktiv təlim şəraitində şagirdlərin fəaliy­yətinin təşkilinin müxtəlif formalarının – frontal, qrup şək­lində, cütlərlə və fərdi işin uzlaşdırılması daha səmərəlidir.

Təlim qrupu – hər hansı təlim tapşırığını yerinə yetirmək və ya təlim məqsədinə nail olmaq üçün qarşılıqlı əlaqədə və bir-birinə hörmət etməklə kollektiv şəkildə işləyən şagirdlərdir. Təlim qrup­larında rollar aşağıdakı kimi bölüşdürülür: Aparıcı (nümayəndə) qrupun işini təş­kil edir, bütün üzvlərin müzakirə prosesində fəal iş­tirakına çalışır, mövzudan yayınmağa yol vermir, bütün əhəmiy­yətli fikir­lərin qeydə alınmasına nəzarət edir.

Qrup üzrə tapşırığın yerinə yetirilməsinə konkret vaxt ayrılır və bu, şagirdlərə bildirilir. Qrupun üzvləri əlbir fəaliyyət zamanı bir-birinin işinə nəzarət edir, yardım göstərir. Müəlim bütün qruplara eyni münasibət bəsləməli, zərurət yaranarsa, məsləhətlər verməlidir.

Qruplara eyni və ya müxtəlif tapşırıqlar verilir. Məsələn, yeni mətnin məzmunu üzrə eyni tapşırıq verilərkən mətni bitkin hissələrə ayırmaq, həmin hissəyə ad vermək, məzmununu yığcam nağıl etmək tapşırılır. Müxtəlif tipli tapşırıq kimi hər qrupa ayrı-ayrı obrazların səciyyələndirilməsi həvalə oluna bilər.

Cütlərlə iş zamanı məktəblilər tapşırıqlar üzərində cütlərə ayrılaraq (adətən öz parta yoldaşı ilə və ya yerini dəyişərək digər şagirdlə birlikdə) işləyirlər. Bu zaman məktəblilər qarşıya qoyulan suala cavab tapmaq üçün bir-birinə kömək edir, fikir mübadiləsi aparır, bir-birinin cavabını qiymətləndirir.

İnteraktiv dərslərdə frontal (bütün siniflə) iş formasından da geniş istifadə edilir. Bu iş formasında sinfin bütün şagirdlərinin sual və ya tap­şı­rıq­lar üzrə kollektiv işə cəlb edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, bir çox tədqiqatçıların haqlı oldaraq qeyd etdiyi kimi, ədəbiyyat təliminin məktəb təcrübəsində özünü doğrultmuş, uzun illərin sınağından uğurla çıxmış ənənəvi metodlarından yeri gəldikcə istifadə olunmalıdır. Məsələn, müasir ədəbiyyat dərslərini ənənəvi yaradıcı oxu metodunun tərkib hissəsi olan, kurikulumda alt standart kimi qeyd olunan ifadəli oxusuz təsəvvür etmək qeyri-mümkündür. Bu baxımdan ədəbiyyat təliminin yaradıcı oxu, evristik, tədqiqatçılıq, reproduktiv (bərpaedici) kimi faydalı metod­lar­ından istifadə bir sıra hallarda zəruridir və müəllim onlardan interaktiv metodlarla üzvi vəhdətdə istifadə etməlidir.


Скачать

© 2023, 90 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!