СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Примерный поурочный план урока по куррикулуму посвященный анализу стихотворения

Нажмите, чтобы узнать подробности

В статье предлагается примерный план урока литературы по анализу поэтических произведений. В разработке поурочного плана  учтено требования куррикулума ( новой учебной программы)  по литературе.

Просмотр содержимого документа
«Примерный поурочный план урока по куррикулуму посвященный анализу стихотворения»

Şeirin təhılili üzrə dərsin icmal nümunəsi


Standartlar

Təlim nəticələri

1.2.3. Şifahi və yazılı ədəbiyyat nümunələrində bədii təsvir vasitələrinin (epitet, təş­beh) rolunu aydınlaşdırır.

Şeirin təsir gücünün artmasında bədii təsvir vasitələrinin rolunu aydınlaşdırır.

1.2.4. Bədii nümunələrin mövzu və ideyasını aydınlaşdırır, münasibət bildirir.

Şeirin ideyasını aydınlaşdırır, münasibət bildirir.

2.2.1. Müzakirələrdə söylənilən fikirlərə münasibətini bildirir.

Şeirlə bağlı müzakirələrdə söylənən fikirlərə münasibət bildirir.


Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi.

İş forması: kiçik qruplarda iş, bütün siniflə birgə iş.

Metod və priyomlar: əqli hücum, müsahibə, problemin həlli.

Təchizat: dərslik, iş vərəqləri.


Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi əsasında müəyyənləşdirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur.

Motivasiya, problemin qoyuluşu. Bu mərhələni fərqli variantlarda təşkil etmək mümkün olsa da, dərslikdəki “Düşünün” başlıqlı sual (Doğma yurda həsr olunmuş əsərlər üçün oxşar cəhətlər nə ola bilər?) əsasında müsahibənin aparılması və tədqiqat sualının müəyyənləşdirilməsi vaxta qənaət baxımından daha məqsədəuyğundur.

Tədqiqat sualı: Ə. Cavadın “Azərbaycan! Azərbaycan!” şeirinin yüksək dəyərləndirilməsinə səbəb, sizcə, nədir?

Şagirdlərin fikirləri – fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeydlər aparılır.

Tədqiqatın aparılması. Tədqiqat sualının aydınlaşdırılması üçün fərqli təlim metodlarından, iş formalarından istifadə etmək mümkündür. Dərslikdəki “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı suallardan istifadə olunması bütün hallar üçün məqsədəuyğundur.

1.Şeirin, demək olar, bütün bəndlərində Azərbaycan təbiətinin gözəllikləri xatırladılır. Bunun səbəbini necə izah edərsiniz?

2. Ölkəmizin zəngin təbii sərvəti, nemətləri şeirdə bircə-bircə sadalanır. Şair bunu nə məqsədlə edir, onun niyyəti nədir?

3. “Qorxun yoxdur, düşmanın var” misrasına diqqət yetirin. Şairi haqlı

saymaq olarmı?

4. Əsərdəki başlıca fikir – ideya nədir?

Kiçik qruplarda iş forması seçilərsə, şagirdlər məlum üsullardan birinin tətbiqi ilə qruplara bölünür. Hər qrupa iş vərəqi təqdim olunur. Tapşırığın icrası üçün ayrılan vaxt elan edilir. Hər qrupun və qrup üzvlərinin fəaliyyətini müşahidə edən müəllim ehtiyac yara­nanda şagirdlərə istiqamət (suallarla, fərqli nümunələr nümayiş etdirməklə, qazanılmış bilikləri xatırlatmaqla və s.) verir.

Tapşırığın icrası bütün qrupların “əsərlə bağlı açıqlamalar” mətni ilə tanışlığını nəzərdə tutur: “Bu şeir ədəbiyyatımızda “Azərbaycan” adlı onlarca əsərin yazılmasına səbəb olmuşdur. Onun maraqlı məzmunu, ölməz ideyası şairləri həmişə cəlb etmiş, bu mövzuda əsər yazmağa ruhlandırmışdır. “Azərbaycan! Azərbaycan!” şeirini oxuduqca oradakı ahəngi, axıcılığı duydunuz. Şair bu ahəngi yaratmaq üçün bir-biri ilə səsləşən (tələffüz edərkən bir-birinə oxşayan) sözlərdən istifadə etmişdir. Bu sözlər qafiyə adlanır. Yuxarıdakı bənddə işlənmiş qarlı, ormanlı, barlı həmqafiyə sözlərdir. Ahəng yaradan vasitələr çoxdur. Bunlardan biri misradır. Şeirdə hər sətir misra adlanır. Misraların birləşməsindən şeirin bitkin parçası – bənd yaranır. Misralar məzmunca bir-biri ilə əlaqəli olduğu kimi, bəndlər də məzmunca bağlı olur.” İş vərəqləri fərqli məzmunda hazırlana bilər.

I qrup

Dərsliyinizdəki “Əsərlə bağlı açıqlamalar” mətnini oxuyun, tapşırığa cavab hazırlayarkən öyrəndiklərinizdən istifadə edin.

Tapşırıq:

1. Şeirin, demək olar, bütün bəndlərində Azərbaycan təbiətinin gözəl­likləri xa­tır­la­dılır. Bunun səbəbini necə izah edərsiniz?

2. “Əsərin əsas ideyası doğma təbiətin gözəlliyinə diqqəti cəlb etməkdir” fik­ri­ni doğru saymaq olarmı? Fikrinizi əsaslandırın.









II qrup

Dərsliyinizdəki “Əsərlə bağlı açıqlamalar” mətnini oxuyun, tapşırığa cavab hazırlayarkən öyrəndiklərinizdən istifadə edin.

Tapşırıq:

1. Ölkəmizin zəngin təbii sərvəti, nemətləri şeirdə bircə-bircə sadalanır. Şair bunu nə məqsədlə edir, onun niyyəti nədir?

2. “Əsərin əsas ideyası vətənimizin zəngin təbii sərvəti, nemətləri barədə təsəvvür yaratmaqdır” fikrini doğru saymaq olarmı? Fikrinizi əsaslandırın.


III qrup

Dərsliyinizdəki “Əsərlə bağlı açıqlamalar” mətnini oxuyun, tapşırığa cavab hazırlayarkən öyrəndiklərinizdən istifadə edin.

Tapşırıq:

1. “Qorxun yoxdur, düşmanın var” misrasındakı fikrə görə şairə haqq qazandırmaq olarmı?

2. “Əsərin əsas ideyası diqqəti ölkəmizin qüdrətli olmasına cəlb etməkdir” fikrini doğru saymaq olarmı? Fikrinizi əsaslandırın.


IV qrup

Dərsliyinizdəki “Əsərlə bağlı açıqlamalar” mətnini oxuyun, tapşırığa cavab hazırlayarkən öyrəndiklərinizdən isti­fadə edin.

Tapşırıq:

1. “Əsərin əsas ideyası vətənə sonsuz məhəbbətin ifadəsidir” fikrini doğru saymaq olarmı? Fikrinizi əsaslandırın.

2. Bu fikri doğru sayırsınızsa, şairin buna necə, hansı bədii təsvir vasitələrinin köməyi ilə nail olduğunu aydınlaşdırın.



İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra qazanılmış məlumatın mübadiləsi həyata keçirilir. Hər qrupun bir üzvü – lideri öz işlərinin nəticələrini şərh edir. Çıxış edənlərə digər qrupların üzvləri suallar verir, cavabla razılaşmadıqda əlavələr edir, öz mövqelərini əsaslandırmağa çalışırlar. Bu mərhələ məlumatın müzakirəsi mərhələsi ilə qovuşur. Müzakirədə cavablardakı nöqsanların aradan qaldırılmasına, fikirlərin əlaqələndirilməsinə xüsusi önəm verilir.

“Tətbiq, Müzakirə. Yaradıcı iş” başlığı altında verilmiş aşağıdakı tapşırıqlar şagirdlərin mövzu üzrə qazandığı bilikləri yaradıcı tətbiqini sövq etmək niyyəti izləyir: 1.Digər fənlərdən, eləcə də müxtəlif mənbələrdən topladığınız məlumat əsasında ölkəmizin nadir təbii sərvətlərinin adını və yerləşdikləri bölgələri

müəyyənləşdirin. 2. Azərbaycana həsr olunmuş məşhur mahnılardan birinin bəstəçisinin və ən yaxşı ifaçısının adını müəyyənləşdirin. Həmin nümunəni seçməyinizin səbəbini aydınlaşdırın.

Müzakirə zamanı şagirdlərin digər fənlər, müxtəli mənbələr üzrə qazandıqıqları biliklərdən istifadə etmələri, mövzu üzrə bacarıqlarını müstəqil tətbiq etmələri diqqət mərkəzində saxlanılır.

Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması. Müzakirə başa çatdıqdan sonra qrup işlərinin nəticələri ümumiləşdirilir. Çıxarılmış nəticələr fərziyyələrlə, tədqiqat sualı ilə müqayisə edilir.

Qiymətləndirmə. Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədəuyğundur.

Qiymətləndirmə meyarları:

Aydınlaşdırma

Münasibətbildirmə

I səviyyə

II səviyyə

III səviyyə

IV səviyyə

Şeirin təsir gücü­nün artmasında bədii təsvir vasitələrinin rolunu aydın­laş­dır­maqda çətinlik çəkir.

Şeirin təsir gücünün artmasında bədii təs­vir vasitələrinin ro­lu­nu suallar ver­mək­lə, müəllimin kö­mə­yi ilə aydın­laş­dırır.

Şeirin təsir gücünün artmasında bədii təsvir vasitələrinin rolunu əsasən aydınlaşdırır.

Şeirin təsir gücünün artmasında bədii təsvir vasitələrinin rolunu rolunu aydınlaşdırır.

Şeirin ideyasını aydınlaşdırmaqda, münasibət bildirməkdə çətinlik çəkir.

Şeirin ideyasını aydınlaşdırır, suallar və müəllimin köməyi ilə münasibət bildirir.

Şeirin ideyasını aydınlaşdırır, əksər hallarda münasibət bildirir.

Şeirin ideyasını aydınlaşdırır, münasibət bildirir.

Şeirlə bağlı müzakirələrdə söylənən fikirlərə münasibət bildirməkdə çətinlik çəkir.

Şeirlə bağlı müzakirələrdə söylənən fikirlərə qismən münasibət bildirir.

Şeirlə bağlı müzakirələrdə söylənən fikirlərə əsasən münasibət bildirir.

Şeirlə bağlı müzakirələrdə söylənən fikirlərə münasibət bildirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın (“Vətən insan üçün niyə əzizdir?” mövzusunda yığcam esse yazın) evdə yerinə yetirilməsini şagirdlərə xatırladır.