СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Qədim tarixi torpağımız: Zəngəzur

Категория: История

Нажмите, чтобы узнать подробности

Zəngəzur Azərbaycanın ən qədim və tarixi torpağıdır. Zəngəzur XIX - XX əsrlərdə tarixən Cənubi Qafqazda heç vaxt yaşamamış, lakin Azərbaycanı parçalamaq üçün məqsədyönlü şəkildə bura köçürülən ermənilərin əlinə keçmişdir.

Просмотр содержимого документа
«Qədim tarixi torpağımız: Zəngəzur»



Seyyub Əsəd oğlu Əsədov, Şirvan şəhər T.Bağırov adına

11№ -li tam orta məktəbin

tarix müəllimi, bakalvr, [email protected],

055-340-86-67; 050-354-82-73

Qədim tarixi torpağımız: Zəngəzur

Açar sözlər: Azərbaycan tarixi, Qədim Azərbaycan torpağı, Zəngəzur, erməni vəhşilikləri, dağıdılmış tarixi abidələr, tarixi həqiqətlər.

Key words: history of Azerbaijan, the ancient land of Azerbaijan, Zangezur,

armenian atrocities, destroyed historical monuments, historical facts.

Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz gələcək nəsillər üçün yol açmalıyıq (Heydər Əliyev). (M.Urud, 2005: 3).

Zəngəzur Azərbaycanın ən qədim və tarixi torpağıdır. Zəngəzur XIX - XX əsrlərdə tarixən Cənubi Qafqazda heç vaxt yaşamamış, lakin Azərbaycanı parçalamaq üçün məqsədyönlü şəkildə bura köçürülən ermənilərin əlinə keçmişdir. Müxtəlif illərdə ermənilər Rusiya imperiyasının dəstəyi ilə faktiki olaraq Zəngəzuru ələ keçiriblər. Əsrlər boyu bu ərazilərdə yaşayan Azərbaycan türkləri Zəngəzurdan deportasiya ediliblər. Onların əksəriyyəti indiki Azərbaycan Respublikası, Türkiyə, bir hissəsi İran və digər dövlətlərin ərazisində sığınacaq tapıblar. Tarixi mənbələrdə, eləcə də müxtəlif səyyahların qeydlərində Zəngəzurun qədim zamanlardan türklərin məskəni olduğu təsdiqlənir. XVIII əsrdə Zəngəzur mahalı ərazisinin böyük hissəsi Qarabağ xanlığının, digər hissəsi isə Naxçıvan və İrəvan xanlıqlarının tərkibində idi. XX əsrin əvvəllərində Zəngəzurda 1700-dən çox Azərbaycan kəndi olmuşdur. Zəngəzur mahalı 1918-20-ci illərdə AXC-nin ərazisi kimi Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ quberniyasının tərkibinə daxil idi. 1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Zəngəzur Azərbaycanın tərkibində ayrıca inzibati ərazi oldu. Erməni silahlı - quldur dəstələrinin 1905-1920-ci illərdə törətdiyi qırğınlar nəticəsində bu mahalda orada yaşayan yarım milyona yaxın Azərbaycan türkü öldürülmüşdür. Həmin illərdə Zəngəzurda 115 kənd yer üzündən tamamilə silinmişdir. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da AK(b)P Siyasi Büronun iclasında qəbul edilmiş qərar əsasında həyata keçirildi. 1933-cü ildə Ermənistan SSR ərazisi rayonlara bölündü və Zəngəzurun adı dəyişdirilərək Qafan, Gorus, Qarakilsə və Mehri rayonları yaradıldı. 1988-ci ildə ilkin türk torpaqlarında yaşayan azərbaycanlılar doğma Zəngəzurdan, həm də bu gün müasir Ermənistana məxsus olan tarixi Azərbaycan torpaqlarından - Göyçədən, Dərələyəzdən, İrəvandan və Vedidən qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri Zəngəzurdan qaçmağa məcbur edildikdən sonra ermənilər Azərbaycan türklərə məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidəsini dağdaraq məhv etmişlər. Azərbaycanda “Zəngəzur” sözünü eşitməyən adam, yəqin ki, yoxdur.“Zəngəzur” sözü Naxçıvan, Şirvan, Qarabağ, Borçalı və s. mahalların adları qədər qədim, ümumişlək, bir qədər də kövrəklik gətirən, xatirələrə qaytaran sözdür. Hamı bilir ki, Zəngəzur Azərbaycan torpağıdır, hamı bilir ki, Zəngəzurun əzəli sakinləri biz - Azərbaycan türkləri, bizim ata-babalarımız olmuşlar. Ancaq təəssüflər olsun ki, bizim Zəngəzur haqqında bilgilərimiz bu beş-üç kəlmədən çox deyildir (M. Urud, 2005:15). Təəssüflər olsun ki, biz Zəngəzurun tarixini, bu qədim torpağın Azərbaycanın taleyində vaxtilə necə mühüm rol oynadığını kifayət qədər bilmirik. 1920-ci ildə Zəngəzuru Ermənistana “bağışladıqdan” sonra hansısa bir sehrli çubuğun hökmü ilə hər şeyi birdən yaddan çıxarıldı. Ötən 100-150 ildə ən gözəl torpaqlarımızı - Göyçəni, Zəngəzuru, İrəvanı, Borçalını, Dərbəndi itirdik. Yerin, ərazinin adı onun tarixi, kimə məxsusluğu haqqında çox şey deyir. Məlum olduğu kimi, Zəngi tayfaları tarixdə görkəmli qoşun başçıları və dövlət xadimləri ilə məşhur olan bir türk tayfasıdır. Zəngilər eranın əvvəllərində daha geniş areala səpələnməyə başladılar. Zəngilər məskunlaşdıqları yerlərdə öz adları ilə bağlı şəhərlər, kəndlər salmağa, öz adlarını çaylara, dağlara, dərələrə verməyə başladılar. Zəngəzur sözü başdan-başa, daşlı, qayalı yer, daşların qala divarları kimi düzüldüyü ərazi mənasını verir. Əslində Naxçıvanda, Ərdəbildə, Zəngəzurda, Qarabağda vaxtı ilə Azərbaycanın heç bir sərhəd, heç bir bölgü olmayan bütöv əraziləri, zaman-zaman bir-biri ilə qaynayıb-qovuşmuş, qohumlaşmış türk ellərinin ata-baba torpaqları olmuşdur. Bu torpaqlar arasında sərhədlər sonradan süni çəkilmişdir. Əgər xanlıqlar dövründə bu sərhədlər şərti xarakter daşıyırdısa, 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsi Azərbaycanı iki yerə bölməklə, həm də Rusiyanın himayəsinə keçmiş şimal torpaqlarımızı quberniyalara ayıraraq tarixi əlaqələri, ənənələri qırmağa, birliyimizi sarsıtmağa, isti münasibətlərimizi soyutmağa çalışmışdır. Lakin bu parçalanma xalqımızın nə dilinə, nə dininə, nə də ki, mədəniyyətinə təsir edə bilməmişdir.

Sovet hakimiyyəti dövründə Zəngəzur azərbaycanlıları ümummilli lider Heydər Əliyevin həmişə diqqətində olmuşdur. H. Əliyevin birbaşa göstərişi ilə 1974-cü ildə Zəngəzuru Bakı ilə birləşdirən Sisyan-Bakı avtobus xətti açılmışdı. H. Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü olarkən də Zəngəzuru unutmamış, bu bölgənin geosiyasi əhəmiyyətini, gələcəkdə Azərbaycanın həyatında mühüm rol oynaya biləcəyini nəzərə alaraq Bakı ilə Naxçıvanı birləşdirəcək transregional avtomobil magistralının çəkilməsi barədə SSRİ Nazirlər Sovetinin qərarının verilməsinə nail oldu. Prezident H. Əliyevin 22 avqust 2001-ci ildə imzaladığı “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması haqqında” Fərmanı qaçqın soydaşlarımıza dövlət qayğısının bariz nümunəsidir. Fərmanda göstərilir ki, XX əsrdə müxtəlif dövrlərdə 2 milyona yaxın soydaşımız öz tarixi vətənindən zorla köçürülmüş, etnik təmizləmə siyasətinin qurbanına çevrilmişdir. Xalqın yaddaşı Vətən Azərbaycanı özünə dogma bilənlərdən başlayır. Yalnız onu deyə bilərəm ki, Zəngəzur istedadlı, savadlı, çalışqan və mübariz Azərbaycan türklərinin diyarı olmuşdur və olaraq da qalacaqdır. Zəngəzur Azərbaycandır!

İstifadə olunmuş ədəbiyyat və internet resursları

1.Musa Urud. Zəngəzur. (Elmi-publisistik nəşr) Bakı, 2005

2.Qarabağnamələr (II kitab). Bakı, 1991

3. https://proza.ru/2022/02/21/305

4. https://1905.az/ru/гёйча-зангезур-иреван-исторически/

5. http://wikiredia.ru/wiki/Зангезур


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Похожие файлы

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!