СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Qəribə Qədim Roma ənənələri

Нажмите, чтобы узнать подробности

Yazını oxuyanlar Qədim Romanın qəribə ənənələrinin bir qismi ilə tanış ola bilərlər.

Просмотр содержимого документа
«Qəribə Qədim Roma ənənələri»

Qəribə Qədim Roma ənənələri



















1.Qədim Romada dövlət cinayətkarlarına ölümdən sonra xüsusi bir cəza tətbiq olunurdu - yaddaş lənəti. Cinayətkarın varlığına dair hər hansı əhəmiyyətli dəlil - heykəllər, divarlar və qəbir daşları, qanunlarda və salnamələrdə istinadlar - mərhumun xatirəsini silmək üçün məhv edilməli idi. Hətta cinayətkarın bütün ailə üzvləri məhv edilə bilinərdi.

2.Qədim Roma ictimaiyyəti qanlı tamaşaları təkcə qladiator döyüşlərində deyil, adi teatr tamaşalarında da sevirdi. Aktyor tamaşa zamanı ölməli idisə, onu son anda ölümə məhkum edilmiş və elə səhnədə öldürülən cinayətkar əvəz edə bilərdi.

3.Qədim Romada ən möhtəşəm bayram Saturnali idi - Yulian təqvimi ilə dekabrın 17-də başlayan kənd təsərrüfatı tanrısı Saturnun şərəfinə keçirilən bayram idi. Bu gündə çoxlu sayda qul azadlıq əldə edə bilərdilər. Bəzi mənbələrə görə, onlar sahibləri ilə bayram süfrəsi arxasında nahar edə bilərdilər, digər mənbələrə görə, əvvəlcə qullar nahar edir, hətta sahibləri onlara süfrədə qulluq edirdilər. Hər halda qulluqçular mətbəxi tərk edirdilər. Həmçinin bu bayramda qulların cəzadan qorxmadan sahiblərini sərbəst şəkildə tənqid etmək hüququ da var idi.

4.Qədim Romadakı qladiator arenalarının yaxınlığında heyvan piyi və qladiator tərini xüsusi köşklərdə almaq olardı. Qadınlar bu maddələrdən kosmetika kimi istifadə edirdilər.

5.Roma küçələri çox vaxt orada məskunlaşan sənətkarların və ya tacirlərin adını daşıyırdı. Məsələn, şəhərdə sandallar küçəsi var idi - sandal geyimləri üzrə mütəxəssislər üçün küçə (vicus Sandalarius) adlanırdı. Romanın küçələrində nə çiçək, nə də ağac əkilmişdi: sadəcə olaraq, onlara yer yox idi. Romalılar tıxacları İsanın doğulmasından çox əvvəl tanıyırdılar. Küçədə atlı hərbi hissə getsəydi, süvari, piyadaları yerlə sürükləyə və hətta döyə bilərdi.

6.Roma vətəndaşlarının səbəbsiz intihar etməsinə icazə verilmirdi. Vətəndaş onu bu addımı atmağa vadar edən səbəbləri göstərməklə Senata ərizə yazmalı idi. Əgər senatorlar bu səbəbləri qənaətbəxş saysa idilər, ərizəçiyə pulsuz zəhər verilirdi.

7.Qədim Roma məbədi Vestada Müqəddəs Od daim qorunurdu. Əvvəlcə o, kahin-vestallar tərəfindən qorunurdu. Hər zaman kahinlər təvazökar həyat sürməli idilər; onun pozulması ciddi şəkildə cəzalandırıldı. Hesab edilirdi ki, Roma bir vestalın edam edilməsi kimi bir günahı öz üzərinə götürə bilməz. Buna görə də, formal olaraq ölüm cəzası olmayan kiçik bir yemək ehtiyatı ilə diri-diri basdırmaqla cəzalandırıldılar.

8. Qədim Romada maraqlı bir feminist bayramı var idi - Yaxşı qadın tanrının müqəddəs mərasimi. Soylu xanımlar zəngin bir evdə toplanardılar və kişiləri yada salan bütün xatırlatmalarını oradan çıxardardılar: rəsmlər, kişi təsvirində heyvan şəkilləri və əlbəttə ki, kişilərin özlərini. Çıxarılması mümkün olmayan hər şeylərin üzəri parça ilə örtülərdi. Kişilərdən kimsə ora getməyə cəhd edərdisə, onu ölüm gözləyirdi.

9. Qədim Romada teatrın böyük təlxəyi arximus zadəgan insanların dəfn mərasiminə dəvət olunurdu. Kortejdə arximus düz tabutun arxasında gedirdi və onun vəzifəsi mərhumun jest və davranışlarını təqlid etmək idi. Effekti artırmaq üçün aktyor mərhumun paltarını geyinə və onun obrazı olan maska ​​taxa bilərdi.

10: Roma bayramları çox da xoş bir mənzərə deyildi. Qədim Romalılar əlləri ilə yemək yeyirdilər. Varlı vətəndaşların yeməkdən sonra saçları əllərinə silinən xüsusi qulları var idi. Otağın ölçüsündən və ziyarətçilərin sayından asılı olmayaraq masa cilalanırdı. Bir günbəz digərindən yastıq və parçalarla ayrılırdı. Şərab və yeməklə isinən camaat daim tərləyir, soyuqdəyməmək üçün üzərlərinə xüsusi plaşlar geyinindilər.

11.Yalnız hərbi əsirlər qladiator olmurdu, həm də pul qazanmaq istəyən hər bir azad vətəndaş da qladiator ola bilərdi. Qladiator olmaq üçün and içməli və özünü “qanuni olaraq ölü” elan etməli idi. Ancaq qladiatorla yatmaq, hətta evli qadınlar arasında belə, utancverici deyildi.

İstifadə edilmiş internet resurs: https://www.facebook.com/profile.php?id=100063985031464

Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).