СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Qətran Təbrizinin”Divan”ı Azərbaycan tarixində mühüm qaynaqdır.

Категория: История

Нажмите, чтобы узнать подробности

Böyük keçmişə və qədim mədəniyyətə malik olan Azərbaycan xalqının ictimai-bədii təfəkkür tarixinin görkəmli nümayəndələrindən biri də Qətran Təbrizidir. O, təkcə Azərbaycanda deyil, bütün Yaxın Şərqdə qüdrətli bir sənətkar kimi tanınmış, hələ öz sağlığında böyük şöhrət qazanmışdır. Q.Təbrizi XI əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Onun əsərləri tarixin bütün ağır sınaqlarından çıxaraq, zəmanəmizə qədər gəlib çatmışdır.

Просмотр содержимого документа
«Qətran Təbrizinin”Divan”ı Azərbaycan tarixində mühüm qaynaqdır.»


Qətran Təbrizinin”Divan”ı Azərbaycan tarixində mühüm qaynaqdır.

Bu bir həqiqətdir ki, bir ölkənin və bir xalqının tarixi, o ölkə və o xalq haqqında nə deyə bilərsə, hər bir tarixçi də o ölkə və onun sakinləri haqqında təxminən eyni şeyi deyə bilər.

Böyük keçmişə və qədim mədəniyyətə malik olan Azərbaycan xalqının ictimai-bədii təfəkkür tarixinin görkəmli nümayəndələrindən biri də Qətran Təbrizidir. O, təkcə Azərbaycanda deyil, bütün Yaxın Şərqdə qüdrətli bir sənətkar kimi tanınmış, hələ öz sağlığında böyük şöhrət qazanmışdır. Q.Təbrizi XI əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Onun əsərləri tarixin bütün ağır sınaqlarından çıxaraq, zəmanəmizə qədər gəlib çatmışdır. Q.Təbrizinin əsərləri ədəbi mahiyyətindən başqa, bir də şairin yaşadığı dövrün bir sıra mühüm hadisələrini öyrənməyə kömək edir. Q.Təbrizi Gəncədə Şəddadilərin sarayında, Təbrizdə Rəvvadi Vəhsudanın və oğlu Məmlanın xidmətində olmuş, qəsidələrinin əksəriyyətini bu hökmdarlara ithaf etmişdir. Qətran Təbrizi o zaman Azərbaycanda baş vermiş tarixi hadisələrin canlı şahidi olmuşdur. Onun şerlərində dövrün tarixinə, dövlət məsələlərinə, hökmdarların fəaliyyətinə, Azərbaycan şəhərlərinə, oğuz-səlcuq türklərinin yürüşlərinə dair bir sıra nadir, qiymətli məlumatlar vardır ki, bunları digər tarixi qaynaqlarda əldə etmək mümkün deyildir.

Q.Təbrizi təqribən 1012-ci ildə Təbriz şəhərindən 12km.aralıda yerləşən Şadiabad (Pinəşalvar) kəndində anadan olmuşdur. Cavan ikən Gəncə şəhərinə gəlmiş və burada qüdrətli bir sənətkar kimi tanınmışdır. XI əsrin 40-cı illərində doğma Təbriz şəhərinə qayıtmış və təqribən 1088-ci ildə burada vəfat etmişdir. Şairin ədəbi irsi lirik şerlər toplusu olan “Divan”dan və “Ət-təvasir”adlı farsca lüğətindən ibarətdir.

Qətran Təbrizinin yaşadığı dövrdən bu günə qədər elə bir məxəz və ya ədəbiyyat tarixinə rast gəlmək olmaz ki, orada şair haqqında fikir söylənilməmiş, yaxud şerlərindən nümunələr gətirilməmiş olsun. Şairin həyat və yaradıcılığının öyrənilməsi məsələsi Avropa şərqşünaslarının da diqqətini cəlb etmişdir. XIX əsrin axırlarından başlayaraq məhşur ingilis şərqşünasları Şarl Rio, Eduard Braun və Denison Ross öz əsərlərində Təbrizinin şerlərindən nümunələr vermişlər. Azərbaycan ədəbiyyatşünaslarından görkəmli alimimiz mərhum Həmid Araslı “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”ndə Q. Təbrizinin həyat və yaradıcılığı haqqında məlumat vermişdir. H.Araslı haqlı olaraq qeyd edir ki, Q.Təbrizinin şerlərinin mövzusu əsas etibarilə Azərbaycan xalqının tarixi ilə əlaqədardır.

Görkəmli Azərbaycan tarixçisi mərhum M. X. Şərifli “IX əsrin II yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri” adlı elmi əsərində Q. Təbrizinin tarixi hadisələr haqqında verdiyi məlumatlardan geniş surətdə istifadə etmişdir ki, bu da təqdirəlayiqdir.

Q.Təbrizinin həyat və yaradıcılığı haqqında BDU-nun müəllimi mərhum Firuz Sadıqzadə dissertasiya yazmış və bir çox maraqlı elmi məqalələr nəşr etdirmişdir. Fikrimcə Q.Təbrizinin şerlərini tarixi qaynaq kimi öyrənilməsi müasir dövrdə qarşıda duran mühüm vəzifələrdən biri olmalıdır. Qətran Təbrizinin “Divan”ı bu gün Azərbaycan tarixini tədris edən tarix müəllimlərimiz üçün də əhəmiyyətlidir. Ümumiyyətlə,Azərbaycan tarixinin tədrisi prosesində, o cümlədən ədəbiyyat fənninin tədrisində “Q. Təbrizi və Azərbaycan tarixi”movzusunda iş aparmaq daha məqsədəuyğun olardı. Şair öz dövrünün mühüm tarixi hadisələrinə toxunur. Q.Təbrizinin yaşayıb-yaratdığı dövrdə Azərbaycanda Sacilər, Salarilər, Şirvanşahlar, Rəvvadilər, Şəddadilər kimi dövlətlər mövcud idi. Çox vaxt bu sülalələrdən olan hökmdarlar arasında hakimiyyət uğrunda rəqabət və çəkişmələr baş verirdi. Şairin şerlərində dövlət xadimləri mədh edilsə də, bu mədhnamələrdə Təbrizi öz mühitinin ictimai məsələlərinə toxunurdu. Şair həmişə dostluq, ədalət və insanpərvərlik tərafdarı kimi çıxış etmişdir. O, Azərbaycan hökmdarları arasında barışıq üz verib, dostluq şəraiti yarananda həddindən artıq fərəhlənib, sevinir və bu kimi hadisələri ürəkdən alqışlayırdı. Azərbaycan hökmdarlarını həmişə dostluğa və birliyə çağırırdı, ölkədə vahid, qüdrətli bir dövlət yaratmağı, xarici basqınlardan müdafiə olunmağı,iqtisadi cəhətdən qüvvətlənməyi zəruri hesab edirdi.

Şair xarici düşmənlərə qarşı birgə müqavimət göstərməyi məqsədəuyğun və zəruri hesab edərək, hakimiyyət başında duranların diqqətini bu məsələyə cəlb etməyə çalışırdı.

XI əsrin ortalarında Arran hökmdarı Əbülhəsən Əli Ləşkəri, Təbriz hakimi əmir Vəhsudan və Tiflis hakimi əmir Əbdülfəzl Cəfərlə dostluq və ittifaq yaratmışdılar. Q.Təbrizi bu işi ürəkdən alqışlayırdı və bunu ölkənin istiqlaliyyətini və iqtisadi yüksəlişini möhkəmlətmək, əhalinin rihafı uğrunda ən mühüm bir məsələ kimi qiymətləndirmişdir. Q.Təbrizinin şerlərindən aydın olur ki, Ləşkəri gürcü və erməni hakimləri ilə dəfələrlə döyüşmüş və həmişə də qələbə çalmışdır. Lakin gürcü və erməni tarixlərində bu hadisələr təsvir edilməmişdir. Səbəb budur ki, bir qayda olaraq, orta əsr gürcu və erməni tarix yazanları öz feodallarının məğlubiyyətləri haqqında heç vaxt məlumat vermək istəməmişlər. Qətran Təbrizinin şerləri Azərbaycan-Gürcüstan münasibətlərini öyrənmək üçün əvəzsiz tarixi sənəddir.

Beləliklə, Azərbaycan tarixinin müəyyən dövrünü araşdırıb, aydınlaşdırmaq üçün Q.Təbrizinin “Divan”ı ən dəyərli qaynaqdır və tarixi hadisələri, Azərbaycan hökmdarları arasında olan müxtəlif münasibətləri, xarici basqınlara qarşı mübarizə məsələləri bu əsərdə olduqca dolğun təsvir edilmişdir.

Qətran Təbrizinin şerlərində vətənin hər bir guşəsi yüksək iftixar hissi ilə tərənnüm edilmişdir. Azərbaycan tarixinin tədrisi prosesində Q.Təbrizinin əsərlərindən tarixi qaynaq kimi istifadə etmək şagirdlərin əxlaqi-estetik tərbiyəsinə böyük təsir edər, onlarda vətənsevərlik, humanistlik və dostluq hisslərini daha da gücləndirmiş olardı.



Əsədov Seyyub Əsəd oğlu – Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, ”Təhsil və Zaman“ qəzeti 31 mart 2013 № 6 Q. Təbrizinin “ Divan” ı Azərbaycan tarixində mühüm qaynaqdır adlı məqalədən


1



Скачать

© 2016, 1905 12

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!