СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Статья по теме : "ƏSL MÜƏLLİM NECƏ OLMALIDIR?!"

Нажмите, чтобы узнать подробности

Просмотр содержимого документа
«Статья по теме : "ƏSL MÜƏLLİM NECƏ OLMALIDIR?!"»

Əsl müəllim necə olmalıdır?

Əsl müəllim öz peşəsini sevməlidir. Eyni zamanda peşəsi ilə bağlı yetərli biliyi olmalı, bu sahədə özünü daim inkişaf etdirməyi bacarmalıdır. Görkəmli rus pedaqoqu K.D.Uşinskinin də dediyi kimi “Müəllim nə qədər ki, oxuyur, öyrənir, o yaşayır, o, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür”.

Əgər müəllim şagirdlərin rəğbətini və diqqətini qazanmaq istəyirsə, dərslərini maraqlı və özünəməxsus qurmalıdır,hər bir şagirdə diferensial yanaşmalıdır.

Sinifdə hərəkət və davranışlarını vaxtında və dəqiq müəyyənləşdirməlidir ki,  sagird-müəllim münasibətini formalaşdıra bilsin. Pedaqoji texnikaya yiyələnmək müəllim peşəkarlığı üçün vacib kriteriyalardandır. Pedaqoji texnikaya malik olan müəllim öz peşəsini ustalıqla, peşəkarcasına və səriştəli şəkildə həyata keçirməyi bacaran müəllimdir. Şagirdə dərsi öyrənməyin faydalı olduğunu inandırmalıdır. Şagirdə izah etdiyi dərsi lakonik və anlaşılan dildə danışmalıdır.Dərs mövzularını şagirdlərin qabiliyyət və anlayış səviyyələrinə görə başa salmalıdır. Elə olmadığı təqdirdə şagirdlər dərsi başa düşmədikləri üçün şikayətlənərək, dərsə eləcə də müəllimə qarşı laqeyd və həvəsiz olacaqlar.Müəllim-şagird-valideyn üçbucağını necə formalaşdırmaq lazımdır ki, uğurlu nəticələr əldə etmək mümkün olsun.Dərslərdə şagirdlərin daha çox sevdiyi və aktiv olduğu metodlardan (sual-cavab, qruplar formasında yarış, cütlərlə iş,layihə işi,müzakirə və s.)  faydalanmaq lazımdır, çünki bu zaman şagirdlər dərsə daha çox maraq,həvəs və diqqət nümayiş etdirirlər.Şagirdlər çox vaxt hörmət bəslədikləri müəllimləri özlərinə nümunə bilirlər, buna görə də, müəllimlər məktəbdən kənar davranış və hərəkətlərinə mütləq diqqət etməyi, yaxşı  nümunə olmağı bacarmalıdırlar.