СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Şumerlər haqqında maraqlı kitab

Нажмите, чтобы узнать подробности

Şumer mədəniyyəti Yer üzündə ən qədim mədəniyyət hesab edilir. Təxminən 6 min il əvvəl meydana gələn bu mədəniyyətin daşıyıcılarının kimliyi mübahisə pretmeti olmuş, lakin bir çox görkəmli tarixçi ailmlər bu xalqın qədim türk xalqı olduğunu faktlarla sübut etmişlər.   

Просмотр содержимого документа
«Şumerlər haqqında maraqlı kitab»

Şumerlər haqqında maraqlı kitab



“Onun çörəyi olanda duzu olmur.
Duzu olanda çörəyi olmur...”.

Qədim şumer zərb-məsəli: 


Şumerlərlə bağlı mövzularla maraqlananların hamısına bu kitabı oxumağı məsləhət görürəm. V. Y. Koneles “ Göydən enənlər və insanları yaradanlar” M.,1996 (rus dilində). (В.Ю.Конелес “Сошедшие с небес и сотворившие людей” М.1996).

Kitabın adı ilk baxışdan maraqlı olmasa da kitab, şumeroloq - alim tərəfindən yazlmışdır (Onların dünyada sayı o qədər də çox deyildir təqribən 300 nəfər).

Kitab bədii əsər deyil, amma çox yaxşı oxunaqlıdır və mixi yazılar da olduqca yaxşı tərcümə edilmişdir.

Müasir dövrdə şumeroloqlar sıxışdırılır, çünki, “Əhdi - Ətiq” in birinci hissəsi “Varlıq” qədim Şumer eposunun dəyişdirilmiş tərtibatından başqa bir şey deyil...

Kitabı oxuduqca, mixi kitabələrin tərcümələri ilə tanış olduqca qədim şumerlərin gündəlik həyatı, ictimai quruluşu, adət - ənənələri, onların bir xalq kimi malik olduqları elm, təhsil, səhiyyə, kənd təsərrüfatı, və həyatın digər bütün sahələri barədə məlumat əldə edirsən. Anlayırsan ki, onlar gürdüklərini yazmış, lakin heç də həmişə bəzi məsələləri elmi-texniki baxımdan dərk edə bilmədikləri üçün tam izah edə bilməmişlər.

Şumer mədəniyyəti Yer üzündə ən qədim mədəniyyət hesab edilir. Təxminən 6 min il əvvəl meydana gələn bu mədəniyyətin daşıyıcılarının kimliyi mübahisə pretmeti olmuş, lakin bir çox görkəmli tarixçi ailmlər bu xalqın qədim türk xalqı olduğunu faktlarla sübut etmişlər. 
Bəzi alimlər bu xalqın ən qədim sivilizasiya olduğunu qəbul etsə də, onların hansı irqə mənsub olmaları məsələsində razılığa gəlmək istəmirlər. Bir sözlə şumerlərlə bağlı hadisələr sirli olaraq qalır.
Məhz ilk yazı və metal işləmə sənətinin şumerlərlə bağlı olduğu heç şübhəsizdir. İlk araba təkəri, ilk dulusçuluq çarxının da bu qədim xalq tərəfindən kəşf edildiyi artıq sübut edilmişdir. Lakin şumerlər özlərindən sonra çoxlu sirr qoymuşlar və bu sirrlər yenicə öyrənilir. Bu işdə isə şumer mixi yazılarının öyrənilməsi, oxunması tədqiqatçıların dərin marağına səbəb olmuşdur. 
Birincisi, qədim şumerlər üçqat say sistemindən istifadə edirmişlər. Halbuki belə say sistemindən hazırda müasir komputer texnologiyalarında istifadə olunur. İkincisi, qədim şumerlərə qızıl bölgü prinsipi məlum imiş, onlar Fibonaççi nömrələrindən istifadə etmiş, riyaziyyat, astronomiya, cərrahiyyə, kimya, kənd təsərrüfatı, dərman hazırlama, tibb səhələrinə aid dərin biliklərə malik olmuşlar. İlk sabun qayıran, ilk pivə hazırlayan da şumerlər olmuşlar. Əminliklə söyləmək olar ki, qədim şumerlər müasir sivilizasiyaya çox yaxın olan elmi biliklərə malik imişlər. Üçüncüsü, şumerlərdə yüksək inkişaf etmiş siyasi sistem mövcud olmuşdur. Qədim şumerlərdə demoktarik hökumət, münsiflər institutu, vətəndaşların hüquqlarının qorunması qanunları var idi. Yaddan çıxarmaq olmaz ki, onların (şumerlərin) yaşadığı dövrdə nə Qədim Yunanıstan, nə də ki, Qədim Roma olmamışdır. Çoxlu gil lövhələr üzərində qədim şumerlərə məxsus atalar sözləri, zərb-məsəlləri, şeirləri, kiçik hekayələri zəmanəmizə qədər gəlib çatmışdır. Ən maraqlı hadisələrdən biri də budur ki, gil lövhə üzərində məktəb şagirdlərinə məxsus yazılar və bu yazılar üzərində müəllimin düzəlişləri də zəmanəmizə gəlib çatmışdır. 
Arxeoloji qazıntılar sübut etmişdir ki, ilk dəfə şumerlər kərpic sobaları yaratmış və kərpic bişirmişlər. Şumerlər möhtəşəm məbədlər, gözəl və yaraşıqlı saraylar tikməyi bacarırmışlar. Hətta o dövrə aid qızıl mədənlərinin qalıqları da tapılmışdır. Bütün bunlar sübut edir ki, qədim şumerlər yüksək mədəni inkişafa malik imişlər. 
Şumer mixi yazılarında Günəş ətrafında 12 planetin dövr etməsi, eləcə də Yupiter və Mars planetləri arasında mövcud olan Nibiru planeti haqqında məlumatlara rast gəlinir. Mixi yazılı mənbələrində məlumat verilir ki, Nibiru planetinin ellipsvari trayektoriyası olmuş və 3600 ildə bir dəfə Günəş sistemində görünərmiş. 
Yeri gəlmişkən, NASA alimlərinin hesablamalarına görə Nibiruya bənzər planet 2100 - 2158-ci illər arasında Yerin yaxınlığından keçəcək. Bundan başqa, dünya astronomları bu yaxınlarda kəşf etmişlər ki, Kainatda belə planetlər bir-neçədir və onların orbitləri Nibiru kimidir. Eləcə də qədim şumer mixi yazılarına görə müəyyən edilmişdir ki, 4 milyard il bundan əvvəl Günəş sisteminin görüşünü dəyişən böyük bir fəlakət baş vermişdir. Bu fəlakət nəticəsində bütün planetlərin öz oxu ətrafında fırlanması trayektoriyası dəyişmişdir. 
Şumer mixi yazılarında “anunak”lardan (“göydən enənlər”dən) söhbət açlır və bu barədə “İncil”də də qeyd olunur. Şumer qaynaqlarında (mixi yazılarda) onların yaşı 360.000 yer ili göstərilir. Bu “ göydən enənlər”də təqribən kişilərinin boyu 5 metr, qadınların isə 4 metr olduğu bildirilir. Deməli onlar nəhəng olmuşlar. Bilirsiniz maraqlı nədir ? - onların qarasaçlı olması... 
Qədim şumerlərin çoxlu miqdarda qızıl çıxarmaları haqqında fərziyyələr müxtəlifdir. Belə ki, iddia olunur ki, şumerlər qızılı çıxararaq Nibiru planetinə göndərmişlər....Qeyd edim ki, bu cür oxşar texnologiyalardan müasir kosmik layihələrdə də istifadə edilir. Amma kosmik cihazların hazırlanmasında...bu da maraqlıdır. ..Şumer əfsanələrində qeyd edilir ki, “anunakilər” Yer kürəsində 150 min il ərzində qızıl çıxartmışlar. Lakin yadplanetlilərlə münaqişə yaranmış və onlar istədiklərinə nail ola bilməmişlər. Gil lövhələrin oxunması zamanı o da müəyyən edilmişdir ki, “göydən enənlər” sonradan Yer üzündə özlərinə köməkçilər - insanlar yaratmışlar. .... Qaynaqlara görə, bütün bunlar birdən-birə yox tədricən, təkamül yolu ilə baş vermişdir. Şumer əfsanələrində qeyd olunduğu kimi, beləliklə Homo Sapiens (ağıllı insan) meydana gəlmişdir. Ancaq “göydən enənlər” insana özləri kimi uzun ömür verməsələrdə, boy barədə bunu demək olmaz... tarixdən məlumdur ki, Qədim Misir hökmdarı Exnatonun boyu 4,5 metr, onun arvadı Nefertitinin isə boyu 3.5 metr olmuşdur.... Bizim zamanəmizdə Qədim Misirdə arxeoloqlar 7(yeddi) yaşlı uşağa aid qəbir aşkar etmişlər. Uşağın boyu 2,5 metr olmuşdur. Bu arxeoloji tapıntı hazırda Qahirə muzeyində saxlanılır. 


Hesab edirəm ki, şumerlərin türk xalqı olmasına heç bir şübhə olmasa da, bu mədəniyyətin yenidən öyrənilərək araşdırılmasına, şumerlərin dünya mədəniyyətinə verdikləri töhfələr haqqında yeni-yeni araşdırmalara ehtiyac olub və olacaqdır.





Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi




Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!