СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Tanrıların sirli çantası - bu nədir?

Нажмите, чтобы узнать подробности

Nə üçün planetin müxtəlif yerlərində inşa edilən qədim abidələrdə tanrıların əlində qəribə çanta şəklində bir element var? Axı o uzaq dövrlərdə qitələrarası uçuşlar bir yana qalsın, heç qlobal gəmiçilik də yox idi.

Просмотр содержимого документа
«Tanrıların sirli çantası - bu nədir?»

Tanrıların sirli çantası - bu nədir?

Nə üçün planetin müxtəlif yerlərində inşa edilən qədim abidələrdə tanrıların əlində qəribə çanta şəklində bir element var? Axı o uzaq dövrlərdə qitələrarası uçuşlar bir yana qalsın, heç qlobal gəmiçilik də yox idi. Ümumiyyətlə, son iki onillikdə bəşəriyyət öz real keçmişini bilmir ifadəsinə inam artır. Dünyada getdikcə daha çox kəşflər bəşəriyyətin mənşəyi, qədim mədəniyyətlər və ümumiyyətlə tarixlə bağlı fikirlərimizin düzgünlüyünə şübhə yaradır. Biz yavaş-yavaş tapmacanın parçalarını bir yerə yığırıq. Ümid var ki, tezliklə keçmişimizin tapmacalarına hələ də düzgün cavablar alacağıq. Nə üçün planetdəki demək olar ki, hər bir qədim mədəniyyət birdən-birə piramidalar tikməyə qərar vermişdir? Axı klassik tarixə görə, bu mədəniyyətlər bir-biri ilə tanış da deyillər. Bəs niyə bu qədər piramidalar qəribə şəkildə oxşardırlar? Sanki demək olar ki, bütün qədim sivilizasiyalar eyni planla iş görmüşlər. Belə çıxır ki, min illər əvvəl qədim mədəniyyətlər müxtəlif qitələrdə olmaqla bir-biri ilə hansısa şəkildə bağlı olub? Ən maraqlı və heyrətamiz sirrlərdən biri adətən sivilizasiyanın beşiyi adlandırılan qədim Mesopotamiyaya (İkiçayrası) gedib çıxır. Tədqiqatçıları uşaqlıqdan bizə öyrədilən tarixə şübhə etməyə məcbur edən də məhz buradadır. Beləliklə, qədim şumerlər Anunnaki tanrılarını çox maraqlı əşyalarla təsvir edirdilər. Ancaq qədim Şumer tanrıları arasında tapılan ən maraqlı iki şey var. Bunlar demək olar ki, bütün şəkillərdə rast gəlinən “qol saatları” adlanan saatlardır. Birdə ki, Anunnaki tanrılarından heç birinin ayrılmadığı sirli “tanrıların çantası”da vardır. Maraqlıdır ki, Mesopotamiyadan Amerikaya qədər yer kürəsinin minlərlə kilometrini keçsək, qədim Mayyaların, Azteklərin və digər qədim tanrılarının əlində qəribə bir çanta təsvir edildiyini görərik. Niyə bütün dünyanın qədim sivilizasiyaları “tanrıların çantası”nı eyni şəkildə təsvir ediblər? Amerika, Misir və Qədim Mesopotamiyada sivilizasiyalar niyə əllərindəki sirli əşya ilə öz tanrılarını təsvir edirdilər? Amerika, Misir və Mesopotamiyadakı bütün qədim mədəniyyətlərin eyni tanrılar tərəfindən ziyarət edilməsi mümkündürmü?

Bu sualı tarixçilərə verməyə çalışın.

Başqa bir maraqlı fakt. Anunnakilərin qədim tanrıları demək olar ki, həmişə humanoidlər kimi təsfir olunurdu, baxmayaraq ki, əfsanələrin bir çox xüsusiyyətləri Anunnaki ilə adi insanlar arasında aydın fərqləri göstərir. Qədim tanrıların üzləri həmişə uzun saqqalla göstərilir. Bəlkə o zaman saqqal saxlamaq dəb imiş. Hər halda, açıq sual: niyə? Nə üçün bir-birindən minlərlə mil məsafədə yerləşən qədim mədəniyyətlər öz tanrılarını demək olar ki, eyni şəkildə təsvir etmişlər? Bəs necə ola bilərdi ki, dünyanın bir ucunda qədim şumerlər, digər ucunda isə mayyalar özlərinin çox oxşar tanrılarının əlində çanta çəkməyə qərar vermişlər?

Mezoamerika

Əsrarəngiz olmek sivilizasiyasının yaratdığı La Venta arxeoloji yerində qədim Şumer təsvirlərində gördüyümüz eyni “çanta”nı əlində tutan qədim Mesoamerikan tanrısı Ketsalkoatlyanın təsvir olunduğu daş stun tapılmışdır. Lakin bu, Meksikada oxşar rəsm tapılan yeganə yer deyil. Siz Toltek imperiyasının paytaxtı olaraq öz zirvəsinə çatan mühüm regional mərkəz olan Tulaya maşınla gedə bilərsiniz. Siz orada vaxtilə Toltek məbədinin tavanını örtən nəhəng “atlantislilər” heykəllərini tapacaqsınız. Diqqətlə baxsanız, yenə də onların əlində anlaşılmaz bir obyektin olduğunu görəsəksiniz.

Göbəkli Təpə

Bu yer Türkiyənin cənubunda yerləşir. Göbəkli Təpə planetimizdəki ən qədim meqalitik məbədlərdən biridir. Burada bir-birinə qarışmış nəhəng daş sütunlar qürurla yüksələrək bir sıra halqalar əmələ gətirir və bu gün unudulmuş sivilizasiyaların planeti idarə etdiyi min illik tarixdən bəhs edir. Üç nəhəng daş dairədən ibarət əsrarəngiz məbəd uzaq keçmişdə naməlum səbəbdən qəsdən torpaqla basdırılmışdır. 13 illik qazıntılardan sonra qədim ərazini tədqiq edən arxeoloqlar burada heç bir daş və ya digər bir alət tapa bilməyiblər. O dövrdə ovçu-yığıcı tayfaların inkişafı səviyyəsində olmalı olan qədim bəşəriyyətin planetdəki ən böyük daş tikililərdən bəzilərini necə ucalda bildiyini heç kim başa düşə bilmir. Bu əsrarəngiz “tanrılar çantasının” olması bütün mədəniyyətlərin bir növ bir-biri ilə əlaqəli olduğunu göstərirmi? Niyə onların hamısı öz tanrılarını eyni obyektlə təsvir edirlər? Bu nə deməkdir? O qədim dövrlərdə bir-birindən minlərlə kilometr aralıda yerləşən və okeanlarla ayrılmış sivilizasiyalar arasında hər hansı əlaqənin olması necə mümkün idimi? Bəs qədim şumerlərin təsvir etdiyi Anunnakilərlə Mayya, Aztek, Toltek və Olmekləri ziyarət edən tanrılar əslində eyni tanrılardırsa onda necə?....

Mənbə: https://bit.ly/3qq0BAR

Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

Şəkillər:










Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!