СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Yer üzü 240 min il göydən gələn 8 padşah tərəfindən idarə olunub

Нажмите, чтобы узнать подробности

P.S. Şumer padşahlarının siyahısı mütəxəssislərə heyrətamiz sirrlər açıb. Bu necə mümkündür? Bəs birdən?).

Просмотр содержимого документа
«Yer üzü 240 min il göydən gələn 8 padşah tərəfindən idarə olunub»


Yer üzü 240 min il göydən gələn 8 padşah tərəfindən idarə olunub


(P.S. Şumer padşahlarının siyahısı mütəxəssislərə heyrətamiz sirrlər açıb. Bu necə mümkündür? Bəs birdən?).

Şumer şəhərlərinin yerləşdiyi indiki İraq ərazisində tapılan bir çox inanılmaz artefaktlardan bir neçəsi - Şumer Padşahları Siyahısı maraqlıdır. Bu siyahı, əvvəllər şumer dilində yazılmış qədim əlyazmadır. Kitabədə Şumerin (indiki İraqın cənubu) bütün hökmdarlarının adları sadalanır. Şumer və qonşu sülalələr, onların hökmranlıq etdikləri dövrlər və paytaxtlarının yerləri kitabədə sadalanır. Artefaktın unikallığı ondadır ki, siyahı həm mifik prenastik hökmdarları, həm də tarixdə həqiqətən mövcud olanları birləşdirir. Şumer sivilizasiyasının mənşəyi haqqında hələ də mübahisələr gedir. Lakin arxeoloji sübutlar aydın göstərir ki, eradan əvvəl IV minilliyə qədər şumerlər təxminən on iki şəhər dövləti təşkil edə bilmişlər. Tipik bir Şumer şəhəri divarla əhatə olunurdu və içəridə Şumer dini ilə əlaqəli çoxpilləli piramida məbədi olan - ziqqurat yerləşirdi. Sakinlərin evləri qamışdan və ya gil kərpicdən tikilirdi. Şumerlər Dəclə və Fərat çaylarının lil sularından kənd təsərrüfatı məqsədləri üçün suvarma kanalları yaratmağı bacarırdılar. Əsas Şumer şəhər dövlətləri Eridu, Ur, Nippur, Laqaş və Kiş idi. Lakin onların ən böyüyü Uruk şəhəri olmuşdur. Uruk, ətrafında on kilometrlik müdafiə divarı olan və təxminən 40-80 min nəfər əhalisi olan inkişaf etmiş ticarət şəhəri idi. Onun inkişafı eradan əvvəl 2800-cü ildə öz zirvəsinə çatmışdır. Çox güman ki, Uruk o zaman dünyanın ən böyük şəhəri olmuşdur. Şübhəsiz ki, şumerlər bəşəriyyətin gələcək inkişafına əhəmiyyətli təsir göstərmişlər. Yeri gəlmişkən, onlar şəhər sivilizasiyasının baniləri olublar. Mesopotamiya bölgəsindəki bütün qədim kəşflər arasında Şumer Padşahları Siyahısı ən sirlisidir. Şumer dilindəki qədim mətn təxminən eradan əvvəl III minilliyə aiddir və bütün Şumer padşahlarının, onların sülalələrinin, dövrlərinin və hakimiyyət yerlərinin siyahısı bu kitabədə var. Bu artefakt hökmdarları sadalamaqla yanaşı, keçmişin bəzi hadisələrini də xatırladır. Məsələn, Böyük Daşqın və mütəxəssislərin sadə nağıl kimi qəbul etdikləri Gilqameş dastanları haqqında da burada məlumat verilir.

Şumer padşahlarının siyahısı mütəxəssislərə heyrətamiz sirrlər açıb.

Uzun illərdir ki, vaxtilə Mesopotamiyanın müxtəlif bölgələrində elm adamları Şumer Padşahları Siyahısının surətlərini toplayırlar. Bu siyahı uzaq keçmişdə planetimizi səkkiz (bəzi mənbələrə görə on) böyük padşahın necə idarə etdiyini



ətraflı təsvir edir. Bu padşahlar ümumilikdə 241 min 200 il hökmranlıq etmişlər. Yazılarda onların hamısının göydən endiyi də göstərilir.

Çoxlarının inanmaqda çətinlik çəkdiyi inanılmaz bir hekayə:

“Səltənət göydən enəndən sonra hakimiyyətə Eriduqa gəldi. Eriduqda Alulim padşah oldu və 28 min 800 il padşahlıq etdi. Alalqar daha sonra 36 min il hökmranlıq etdi. Sonra hakimiyyət Bad Tibiraya keçdi. Orada Enmenluanna 43 min 200 il padşahlıq etdi. Bundan sonra En-Menqalana 28 min 800 il, çoban Dumuzid isə 36 min il hökmranlıq etdi. Sonra Bad-Tibira devrildi və hakimiyyət Laraqa keçdi. Laraqada En-Sipadzidana 28 min 800 il padşahlıq etdi. Sonra hakimiyyət En-Mendurananın 21 min il hökm sürdüyü Zimbirə keçdi. Daha sonra hakimiyyət Ubara-Tutunun 18 min 600 il hökm sürdüyü Şuruppaqa keçdi. Beş şəhərdə səkkiz padşah ümumilikdə 241min 200 il hökmranlıq etdilər. Sonra dünyanı daşqın basdı”.

Bu necə mümkündür?

Mütəxəssislər cavabın çox sadə olduğuna inanırlar: siyahıya həm tarixdən əvvəlki, həm də mifoloji sülalə hökmdarları daxildir. Başqa sözlə desək, Şumer Padşahlarının Siyahısından bəziləri əslində öz dövründə hökm sürmüş, on minlərlə il hakimiyyətdə olmuş digərləri isə sadəcə olaraq qədim salnaməçilərin uydurmaları idi. Amma maraqlı olan budur ki, məhz bu səkkiz padşah haqqında onların göydən gəldiyi deyilir. Yəni, uzun müddət ancaq başqa dünyadan hardansa bizə uçaraq gələnlər hökmranlıq etmişdir. Digər maraqlı məqam isə odur ki, siyahılarda planeti bürüyən Böyük Daşqın zamanı onların padşahlıqlarının sonunu təfərrüatlı şəkildə təsvir edir. Orada da açıq-aydın təsvir olunur ki, daşqın bitdikdən sonra Yerə yeni sirli hökmdarlar gəlib və min illər boyu hökmranlıqlarını davam etdiriblər. Bəlkə bu uzunömürlülər mifik varlıq deyil, həqiqətən mövcud olmuşlar? Unutmayın ki, onilliklər boyu Böyük Daşqın ideyasının özü ekspertlər arasında gülüş və cəhalət ittihamlarına səbəb olmuşdu və indi biz bunun baş verdiyinə dair getdikcə daha inandırıcı sübutlar tapırıq. Beləliklə, Şumer Padşahlarının Siyahısı mifləri və hadisələrin əsl xronologiyasını qarışdırdığı nəzəriyyəsinə gəldikdə, bu gün bəzi elm adamları da buna şübhə etməyə başlayırlar. Siyahıda səkkiz padşahın, onların hökmranlıq müddətlərinin, adlarının və mənşəyinin - göydən enmiş tanrıların qeyd edilməsi çoxlarını təəccübləndirir: “Məgər Şumer Padşah Siyahısında mifik çaşqınlıq olmadan hələ də real tarixi hadisələrin yer alması mümkündürmü?” Bəs, həqiqətən, minlərlə il əvvəl, müasir tarixdən əvvəl, planetimizi başqa bir dünyadan olan səkkiz padşah idarə etsəydi? Onlar 240 min ildən çox burada olublar və sonra nədənsə Kainatın dərinliklərinə qayıdıblar. Əbəs yerə deyil ki, insanda belə güclü transsendensiya hissi var. Haradasa genetik səviyyədə belə bir inanc var ki, bizdən daha yüksək, daha ağıllı



və daha inkişaf etmiş biriləri vardır. Hiss olunur ki, bizi burada tərk etsələr də, onlar yenidən qayıda bilərlər.

Bəlkə də heç belə deyil və bunlar sadəcə mifdir?

Mənbə: https://bit.ly/457lakk

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu-

Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).




Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!