СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

5000 illik mətni deşifrə edənə 1 milyon dollar mükafat

Нажмите, чтобы узнать подробности

5000 illik mətni deşifrə edənə 1 milyon dollar mükafat

Qədim mətni oxu və mükafatı qazan…

 

Просмотр содержимого документа
«5000 illik mətni deşifrə edənə 1 milyon dollar mükafat»

5000 illik mətni deşifrə edənə 1 milyon dollar mükafat

Qədim mətni oxu və mükafatı qazan…

Dünyanın ən qədim şəhər sivilizasiyalarından birinin yaratdığı yazı 150 ildir ki, dilçilərin baş ağrısına səbəb olur. Bu yazı ilk dəfə indiki Pakistan ərazisindəki qədim Harappa şəhərində sirli bir daş möhürün üzərində aşkar edilmişdir. Nəhayət kodu sındırmaq ümidi ilə səlahiyyətlilər, “Hind vadisi məktubu”nu (IVS) deşifrə edə bilən adama 1 milyon dollar mükafat elan etdilər. “Harappa yazısı” kimi də tanınan bu yazı (IVS), təxminən 5300 il əvvəl Hindistanın şimalında və Pakistanda yaranmış Hind vadisi sivilizasiyası tərəfindən yaradılmışdır. Möhkəmlənmiş şəhərləri ilə tanınan bu Tunc dövrü mədəniyyəti müəmmalı şəkildə yoxa çıxana qədər bir neçə əsrlər boyu çiçəklənmişdir və arxeoloqlara bu qədim insanların necə yaşadığı və ya necə yoxa çıxmaları barədə bir neçə ipucu buraxmışlar. Yazı1875-ci ildə Hindistan Arxeoloji Tədqiqatının qurucusu ser Aleksandr Kanningem tərəfindən tapılmışdır. Daş lövhədə iki ulduz tərəfindən müşayət edilən iki öküz və altə oxumaq mümkün olmayan simvol təsvir edilmişdir. Kanningem bu simvolları “mütləq hind yazısı deyil” adlandırmışdı. O vaxtdan bəri, hər birində heyvan təsviri və qısa simvollar ardıcıllığı olan bir neçə min belə artefakt aşkar edilmişdir. Tipik olaraq dörd-altı simvoldan ibarət olan bu mətnləri zəhlətökən dərəcədə qısa olduğuna görə şərh etmək çətindir - heç bir uzun yazı tapılmamışdır. Misir heroqlifləri kimi digər qədim yazı sistemlərindən fərqli olaraq, “IVS” mətnini digər tanınmış dillərlə əlaqələndirmək üçün istifadə edilə bilən “Rozetta Daşı” kimi məlum çoxdilli artefaktlarda tapılmır. Lakin tapılan nümunələrin hamısı kiçik saxsı qabların və ya ticarətdə istifadə olunan daş möhürlərin üzərində olduğu üçün onların məzmununun mənəvi anlayışlardan çox məişət fəaliyyətləri və alqı-satqıları ilə bağlı olduğunu güman etmək olar.Tədqiqatçıların kodu sındırmasını gözləməkdən yorulan Hindistanın Tamil Nadu əyalətinin baş naziri Mutxuvel Karunanidxi Stalin “arxeologiya mütəxəssislərini qane edəcək şəkildə məktubu deşifrə edən şəxslər və təşkilatlar üçün 1 milyon dollar pul mükafatı” elan edib. Ümid odur ki, bu təşviq 2023-cü ildə başlanmış və eranın 79-cu ildə Pompey ilə birlikdə vulkan püskürməsi nəticəsində dağıdılan Herkulanumadan yanmış kitabələrdəki qədim mətnin deşifrə edilməsi üçün oxşar mükafatlar təklif edən “Vezuvi Çağırışı” kimi uğurlu olacaqdır. Herkulanuma vəziyyətində, mətn məlum bir dildə - latın dilində idi, lakin püskürmə nəticəsində yaranan istilik nəticəsində kömürləşdikdən sonra oxunmaz hala düşmüşdü. Müsabiqənin elan olunduğu bir il ərzində baş mükafat süni intellektdən istifadə edərək vərəqlərə zərər vermədən mətni yenidən qurmaq iştirakçılar komandas nail olub. Onlar yeməyin ləzzətləri haqqında fəlsəfi düşüncələri ehtiva edən bir parçanı oxuya biliblər. Əgər Mutxuvel Karunanidxi Stalinin müsabiqəsi öz qalibini taparsa, o, 5000 il əvvəl minoslular tərəfindən yaradılmış sirli “Xətti A” sistemi də daxil olmaqla, bir çox qədim həll olunmamış mətnləri deşifrə etməyə yönəlmiş digər vətəndaş elmi təşəbbüslərini ruhlandıra bilər. Krit adasındakı bu əfsanəvi Tunc dövrü sivilizasiyası tez-tez Avropanın ilk savadlı mədəniyyəti kimi xatırlanır, lakin onun yazısı açılmamış qalır. Planetin digər tərəfində, Pasxa adasındakı taxta artefaktlarda tapılan “ronqo-ronqo” işarələri hər hansı məlum yazı sisteminə bənzəməməsi ilə dilçiləri çaşdırır. “240 səhifəlik Voyniç əlyazması” dünyada deşifrə edilməmiş mətnin ən məşhur nümunələrindən biridir. Bu sirli kitabın təxminən 500 il əvvəl Avropada yazıldığı güman edilir və o, astronomiyadan botanikaya qədər hər şeyi əhatə edir, lakin heç kim orada tam olaraq nə yazıldığını bilmir.

Mənbə: https://bit.ly/3WBhy8U

Daha ətraflı:

https://sinxronfenler.blogspot.com/2025/01/5000-illik-mtni-desifr-edn-1-milyon.html