Babil tanrıları
E.ə. II minilliyin başlanğıcında qədim Babil şəhər-dövləti güclənir və bütün İkiçayarasını (yunanca; Mesopotamiya) öz hakimiyyəti altında birləşdirir. Qədim yunanlar bu şəhəri Vavilion adlandırmışlar. Akkad dilində şəhərin adı Bab-ili(Tanrının qapısı) yazılırdı.Bu dövlət öz ətrafında müxtəlif tayfaları birləşdirdiyindən birlik çox da uzunmüddətli olmadı lakin, dünya tarixində əhəmiyyətli iz buraxdı. Babil tanrıları, qədim din və mifologiya gələcək imperiyaların mədəniyyətinə və planetimizin bütün ərazisinə təsir göstərmişdir. Babil tanrıları İştar, Nibiru, Marduk və digər tanrılar bir çox elmi diskussiyalara səbəb olmuşdur. Babil dini, şəhər mədəniyyəti və həyatı bütün insanlığın inkişafına təsirsiz ötüşməmişdir.
Qədim Babil-keçmiş və gələcək.
Babil dövlətinin paytaxtı Babil şəhəri İkiçayarasının düz ortasında, Dəclə və Fərat çaylarının kəsişdiyi yerdə yerləşirdi.Qədim Babil və Şumer svilizasiyasının biri-birindən min kilometrlərlə məsafədə yerləşən şəhər və qəsəbələrini birləşdirən ən mühüm ticarət yolları məhz Babildən keçirdi. Bu qədim şəhər özünün ən qüdrətli dövrünü padşah Hammurapinin hakimiyyəti dövründə(e.ə.1792-1750) yaşamışdır. Qədim Babilə şöhrət gətirən Hammurapi müdrik siyasətçi, diplomat və eyni zamanda həm də, bacarıqlı tacir, təşkilatçı və görkəmli sərkərdə olmuşdur. Bəşər tarixində ilk yazılı qanunlar külliyatının hazırlanması məhz onun adı ilə bağlıdır. XX əsrin əvvəllərində arxeoloqlar tərəfindən aşkar edilmiş iki metrlik daş sütunda 282 maddədən ibarət dünyada ən qədim qanunlar toplusu onun adından yazılmışdı.Hammurapi dövründə böyük inkişaf tapan dövlətdə ideologiya və dində əsaslı dəyişikliklər tələb olunurdu və bunu Hammurapi yaxşı dərk edirdi. Maraqlıdır ki, Şumer tanrı və ilahələri babillilərin yeni panteonunda öz adları və obrazları olduğu kimi qoruyub saxlanılmışdır. Bəzi Babil ilahə və tanrılarına iki adla müraciət edilirdi, bunlardan biri qədim Şumerlərin verdiyi ad, digəri isə babillilərin verdiyi ad idi. Çox nadir hallarda köhnə, Şumer ilahələrinə yeni adlar verilirdi. Lakin eyni zamanda orijinal adlar böyük bir mədəni və elmi həyatın təməli olan panteonda qorunurdu. Nümunə üçün göstərim ki, babillilərdə sevgi və məhsuldarlıq ilahəsi İnnin, əvvəllər İştar, ana-ilahə sayılırdı.Obrazları deyil adları dəyişdirilmiş tanrılardan ulduzlar ilə əlaqəli tanrı Larsa Utu, Şamaş,Ninqirsu tanrısı isə Ninurta adı ilə əvəz edilmişdi. Bunlar Babil təqvimini təcəssüm etdirirdilər. Mənşəyinə görə bu tanrılar Babil cəmiyyətlərinin qoruyucuları hesab edilirdilər. Məsələn, Nannar tanrısı Ur şəhərinin, Nunurta isə Laqaş şəhərinin müdafiəçiləri idi.
Babil tanraları: qədim panteonun hökmdarları
Babil panteonunda ən ali yerdə ilahi üçlük hesab edilən Anu, Enil və Bel dururdu. Sonradan onlara Ea da əlavə olundu. Bu tanrılar yer üzündə, yerin altında və göydə olan hər şeyi idarə edirdilər.Anu göy üzünə hökm edər və babillilər üçün Baş tanrı sayılırdı, Bel yerə hökm edərdi, Enil və Ea isə yerin və dənizilərin altındakı hərəkətləri idarə edən tanrılar idi. Babil mifologiyası bu güclərin bölünməsi ilə fəxr etməlidir. Qədim hindu miflərində - mayya, astek və inklərdə də babillilərdə olduğu kimi dünya belə güclər arasında üç hissəyə bölünmüşdü. Hindistan bütpərəstlərində isə belə bölgü olmamışdır. Anu Göy üzünün tanrısı və Bay adlanan Yer tanrısının atası sayılırdı. Bay bütün quru sahələrin hökmdarı idi. Bir çox tanrılar onun oğulları hesab olunurdu. Babil əfsanələrində deyilir ki, tanrılar Anunun bütün əmrlərinə sozsüz əməl edir və çətin anlarda kömək üçün ona müraciət edərmişlər. Həm də qədim əfsanələrə görə, Anu təkcə bütün dünyanın yaradıcısı deyil, həm də Babil təqviminin banisi olmuşdur. Babil panteonunun Baş tanrısı Anunu təhbəl tanrı da adlandırmaq olar, ona görə ki, özü heç vaxt bir iş görmür, digər tanrılara əmr və göstərişlər verərmiş.
Böyük üçlüyün ikinci üzvü Bel(Bay) adlanan tanrı idi. Onu Yer üzünün hökmdarı adlandırırdılar.Onun əmrləri də yerinə yetirilərdi, lakin o, mütləq hakim deyildi. Bel hərəkətləri barədə Anuya hesabat verməli idi. Babil, qədim Şumer dünyası öz qayda-qanunları ilə yaşayırdı. Babil padşahları hakimiyyətə Belin razılığı ilə gələ bilərdilər, Belin razılığı olmadan heç kim hökmdar ola bilməzdi. Bundan başqa, demək olar ki, bütün qədim Babil tanrıları və insanları Belin güc və hakimiyyəti qorxusu altında yaşayırdılar. Bel Babilin baş tanrısı, yer üzünün hökmdarı kimi xalqın taleyinə qərar vermək, kimin yaşamalı olduğunu, kimin nə vaxt öləcəyini təyin edərdi. O, havanı idarə edirdi. Bel tarla və əkinlərə çox lazım olan yağışı göndərir və həmçinin kəndləri, şəhərləri, qəsəbələri vuran qoyan qasırğaları idarə edərmiş. Babil dini Beli iki xarakterli, iki ruhlu bir tanrı kimi qələmə verirdi (Xeyir və Şər).
Beldən fərqli olaraq Babil panteonunda üçüncü yerdə duran Enil və ya Ea yaxşı xasiyyətli tanrı idi. Qədim Babil mətnlərində o, sellərin qarşısını alan tanrı kimi təsvir edilir. Əfsanələrə görə, Ea dəniz, göl və çayların dibində yaşayırdı. Dəniz, göl və çayların tanrısı olan Eaya bir çox titul və adlar verilmişdir. Hesab edilir ki, Ea həyat və məhsuldarlıq sahələrinə, sənətkarlıq və sənətkarlara, həmçinin qiymətli metallara himayadarlıq edərdi.
Babil dini- təbiətin və Günəşin gücünün təzahürüdür.
Babil mifologiyasında İştar, Şamaş və Sin adlanan daha digər böyük üçlük olan tanrılar da olmuşdur. Sin Ay tanrısı idi. O, həyat qapısına nəzarət edən Şamaş və İştarın atası idi. Öz funksiyası baxımından Sin bütün bitki aləminin rəhbəri idi. Babillilərin inancına görə Sinin istəyi ilə məhsullar bar gətirər, ağaclar boy atar, bağlar çiçəklənərdi. Sinin üzərində heç kim hakim deyildi və o, heç kimə hesabat vermirdi. Ancaq böyük Anu ondan üstün idi və Sin ancaq ondan qorxardı. Sin padşah tacında, Ay- para formasında, ona tabe olan tanrılar isə Yerin peykləri kimi təsvir edilir. Şumer xalqının qədim dini yazılarında qeyd olunur ki, Şamaş Günəş və əkinçilik tanrısı Sinin oğludur. Atasından aşağı mərtəbədə yer tutmasına baxmayaraq onu sadə xalq çox sevərmiş. Qədim dini mənbələrdə Şamaş Yer üzünün himayəçisi kimi təsvir olunur.O, öz işığı ilə yer üzünün hər bir yerini, hətta ən qaranlıq hissəsini də işıqlandıra bilərmiş. Babil dininə görə Şamaş təvazökar, ədalətli bir tanrı olmuşdur. Baxmayaraq ki, Şamaş hakim tanrıların şurasında birbaşa iştirak etmirdi, Belin köməkçisi kimi ona da əhəmiyyətli işlər tapşırılırdı (millət vəkili). Babil dini inanclarında Şamaş lider mövqeyinə sahib olmasa da, xalqın sevgisi sayəsində Babil mofologiyasında qabaqcıl yer tutmağı bacarmışdır.
Qədim Babil-mifoloji inqilablar şəhəri
Babil dövləti çox yaşamasa da, mühüm hadisələrlə tarixin yadadşında qalıbdır. İnsanlar üzərində hakimiyyət böyük Anunun əlindən tanrı Mardukun əlinə keçdi. İlk əvvəllər Marduka Günəş tanrısı kimi, taxıl məhsullarının himayəçisi kimi ibadət edilirdi. Qədim Babildə həm də onu arxitektura himayəçisi kimi qəbul edirdilər. Əfsanələrə görə, Marduka verilmiş bilik sayəsində şəhər memarları Babili inşa etmişdilər. Qədim Babilin kiçik bir qəsəbədən tədricən İkiçayarasının mərkəzinə çevrilməsi Mardukun vəziyyətinə də təsir etdi. Artıq Mardukun çiyinləri üzərinə daha məsul işlər qoyuldu.Yeni hekayələrdə Marduk kainatın yaradıcısı drakon Tiamatın hissələrindən yaradılan baş tanrıya çevrilir. Babil təqviminin hazırlanması da onun adına bağlanılır. Marduk haqqında hekayələrdə təkcə onun mənşəyi barədə olan hekayələr dəyişdirilməyir. Marduk yenə də əvvəlki kimi dənizlərin, göllərin və çayların himayədarı Eanın oğlu hesab edilirdi. Bu da ondan irəli gəlirdi ki, Qədim Babil elə bir yerdə yerləşirdi ki, Günəş sübh tezdən sudan qalxar və axşamçağı da suya qərq olardu.
Ana İştar- qayda-qanun ilahəsidir
Qədim vaxtlarda İnniku adlandırılan ilahə Babil dövründə İştar adı ilə tanıdılmış və İkiçayarasında əsas ilahələrdən biri kimi qəbul edilmişdir. Doğum ilahəsi olan İştar ən əhəmiyyətli qadın ilahələrindən birincisi idi. Babil mifologiyasında xüsusi yer tuturdu. Dünyanın və yerin ilahəsi sayılan İştarın talehinə çox mühüm sınaqlar düşmüşdür. Bir tərəfdən o, tanrıların və insanların anası kimi tanınır, digər tərəfdən isə əri ilə yola getməyən və öz həyat yoldaşını seçə bilməyən bir ilahə kimi qələmə verilir. Bu ilahənin də Babil təqviminin yaranmasına rolu əlavə edilmişdir. Lakin ilahə həm də şəhvət ilahəsi kimi də tanınmışdır.Yerin ilahəsi olan İştar qeyri-müəyyən hərəkətləri ilə də tanınır. Əfsanələrdə qəddar və təhlükəli İştar öz ərlərindən birini ölümə göndərir, sonra peşman olur və onun dalınca yeraltı dünyaya yollanır. Bu məlumat İştar haqqında olan bir məlumatdır. Qədim Şumer əfsanələrində elə hekayələrə rast gəlmək olar ki, orada İştarın səhər ulduzunun (Zöhrənin) sədaqəti, aydın günü haqqında məlumatlar əldə etmək olar. Babil əfsanələrində, hekayə və miflərində taleh və insan haqqında təqvimlər, ilahə xasiyyəti və cənnət qızı, xalqın sevdiyi İştarı təmsil və tərənnüm edən yazılara da rast gəlmək olar. İştarın üçüncü, daha nadir rast gəlinən bir xüsusiyyəti də vardır (P.S.Üçü birində təcəssüm edilən məxluqa Babil mifologiyasında ilk dəfə rast gəlinir) o, döyüşçülərin ilahəsidir, anadır, ox və yayla silahlanmışdır.Türk-amazonka döyüşçü qadınalrı kimi. İştara həsr edilən Qədim Babil mahnılarının birində deyilir:“Mən döyüşçülərin başçısıyam, məhsul yığımına çağırıram”. Bu yazının bir mənasıda o demək idi ki, ciddi və müharibə ilahəsi həm də, məhsuldarlıq, bolluq ilahəsi kimi tanınırmış. Çox guman ki, burada İştar öz ərini ölümə göndərən qısqanc bir qadın deyil, yeri gəlsə ərinin yerinə işləyən, zəhmət çəkən qadın obrazında təsvir edilir (1941-1945-ci illər müharibəsini yadınıza salın.Vətənə xeyir verən və döyüşə yollanan ərlərinin yerinə çalışan qadınları). Qədim mixi yazılar, Babil təqvimi və digər arxeoloji tapıntılar sübut edir ki, İştar obrazında olanlar kişi və qadın birliyinə əsaslanırmış. Bu söz qədim babillərdə Dumuz adlanırmış.“Dumuz” sözü tərcümədə “qırmızı” və ya “gənc budaq” demək imiş. Bu sözün mənşəyi isə bu günə qədər hələ də tam aydınlaşdırılmamışdır.
Qeyd etmək lazımdır ki, Şumerlərin dinində qadın ilahələr panteonda kişi hökmdarlar hakimiyyətə gəldikdən sonra da hörmətlə xatırlanmışlar. Ancaq İştar hər iki (Xeyir və Şər) xüsusiyyətini saxlamışdır. Padşah Hammurapinin dövründə İştara hörmət və ehtiram göstərilmişdir. Onun şərəfinə məbədlər tikilmiş və dualar oxunmuşdur. Amma İştarla birgə eyni zamanda ilk adı İnniku olan ilahəyə də ehtiram göstərilmişdir. Zaman keçdikcə, hökmdar hakimiyyəti gücləndikcə ilahələr öz ərlərinin köməkçilərinə çevrildikcə onların rolu azalır və ancaq tək bircə İştar Zöhrə ulduzutək göydə parıldamaqda davam edir...

Qaynaq: https://neo-ezoterika.ru/(şəkillər mayax.ru-ya məxsusdur)
Rus dilindən tərcümə etdi: Əsədov Seyyub Əsəd oğlu -Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi