DÖVLƏT BÜDCƏSİ HAQQINDA HƏR ŞEY !..
“ ELEKTRON TƏHSİL” müsabiqəsi-2015
“ HƏYAT BİLGİSİ VƏ MALİYYƏ SAVADLILIĞI”
Nominasiya:
“ MALİYYƏ SAVADLILIĞINA AİD ƏN YAXŞI RESURS”
Məzmun xətti : “ FƏRD və CƏMİYYƏT”
Alt-xətt : “Cəmiyyətin sosial-iqtisadi həyatı”
Fənn: HƏYAT BİLGİSİ
Müəllif : Əliyev Rəfail Şıxəli oğlu,
Şirvan ş.S.Hüseynov adına 1№li tam orta məktəb-xüsusi liseyinin məntiq müəllimi
Mövzu :
BÜDCƏ
DÖVLƏT BÜDCƏSİ
İSRA surəsi
17/24
“ Nə əlini boynuna bağlı et(əlibərk ol), nə də onu bütün genişliyi ilə aç(israfçı ol), yoxsa sən məzəmmətlənərsən və peşman olarsan.”
“ Büdcə,əlbəttə ki,həm investisiya,
həm də sosial yönümlü olmalıdır.
Büdcədə müdafiə xərcləri önəmli
yer tutmalıdır,eyni zamanda, bütün
infrastruktur layihələri, sosial layi-
hələr, sosial ödəmələr nəzərə
alınacaqdır.”
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Büdcə haqqında nələri bilməliyik?
- Büdcə nədir, onun hansı növləri var ?
- Dövlət büdcəsi necə formalaşır ?
- Vergi nədir ?
- Dövlət büdcəsinin tərkib hissələri hansılardır ?
- Dövlət büdcəsinin xərclənmə istiqamətləri
hansılardır ?
- Azərbaycanın Dövlət Büdcəsi haqqında nələri bilməliyik ?
- 2015-ci ilin Dövlət Büdcəsinin gəlirləri və xərcləri hansılardır ?
BÜDCƏ -qədim fransız sözü olan “bougette” (büjet) sözündən görürülüb,”çanta” və ya “kiçik dəri torba” deməkdir.
BÜDCƏ
AİLƏ BÜDCƏSİ
DÖVLƏT BÜDCƏSİ
DÖVLƏT BÜDCƏSİNİN FUNKSİYALARI
* Ümumi milli məhsulun və milli gəlirin
yenidən bölgüsünü həyata keçirir;
*Ölkə miqyasında pul vəsaitləri toplanır və cəmiyyətin
ən zəruri ehtiyaclarını ödəmək üçün istifadə olunur;
*İ qtisadiyyatın dövlət tənzimlənməsinə və
stimulllaşdırılmasına xidmət edir;
* Sosial siyasətli maliyyə təminatını
yerinə yetirir;
*İnvestisiya qoyuluşları üçün vəsait
mənbəyi rolunu oynayır;
* Mərkəzləşdirilmiş pul vəsaitləri fondunun yaran- masını təmin edir və istifadəsinə nəzarət edir.
DÖVLƏT BÜDCƏSİNİN STRUKTURU
DÖVLƏT BÜDCƏSİ
Gəlirlər
Xərclər
Mərkəzləşdirilmiş
Mərkəzləşdirilmiş
yerli
yerli
Kəsr / artım
BÜDCƏ-müxtəlif vergilər,rüsumlar və digər ödənişləri bir mənbədə toplanmış gəlir və xərclər barədə maliyyə sənədidir.
- Büdcə gəlirləri -büdcəyə müvafiq qanunvericilik akrları əsasında əvəzsiz və qaytarılmamaq şərtilə köçürülən vəsaitlərdir .
- Büdcə xərcləri - dövlətin və bələdiyyələrin vəzifə və funksiyalarının həyata keçirilməsinə yönəldilən vəsaitlərdir.
Gəlirlər xərclərdən çox olduqda büdcədə artıqlıq əmələ gəlir.
Xərclər gəlirləri üstələdikdə isə büdcədə kəsr yaranır.
BÜDCƏ PROSESİNİN MƏRHƏLƏLƏRİ
BÜDCƏ LAYİHƏSİNİN TƏRTİBİ
BÜDCƏNİN İCRASINA NƏZARƏT
BÜDCƏ
LAYİHƏSİNİN TƏSDİQİ
BÜDCƏ
PROSESİ
BÜDCƏNİN İCRASI
Büdcə prosesini tənzimləyən əsas normativ-hüquqi sənədlər
- 1.Azərbaycan Respublikasının Konstitusiyası
- 2.”Büdcə sistemi haqqında”Azərbaycan Respublikasının Qanunu
- 3.Azərbaycan Respublikasının Vergi məcəlləsi
- 4.”Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları(Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı )
- 5.Müvafiq il üçün Dövlət büdcəsi haqqında qanun
- 6.”Dövlət Sosial Müdafiə Fondu haqqında” Qanun
- 7.Müvafiq il üçün “Dövlət Neft Fondunun büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı
DÖVLƏT BÜDCƏSİNİN TƏŞKİLATİ STRUKTURU
AZƏRBAYCAN RESPUBLİKASININ
Naxçıvan Muxtar Respublikasının
DÖVLƏT BÜDCƏSİ
YERLİ (şəhər, rayon,kənd bələdiyyələri) BÜDCƏ
dövlət büdcəsi
- Dövlət büdcəsinin layihəsi Milli Məclisdə geniş müzakirə olunur.
Dövlət büdcəsi Milli Məclis tərəfindən təsdiq olunur.
Dövlət büdcəsi necə formalaşır?
DÖVLƏT BÜDCƏSİNİN GƏLİRLƏRİ
DİGƏR ÖDƏMƏLƏR VƏ DAXİLOLMALAR
RÜSUMLAR
VERGİLƏR
Vergi-müxtəlif gəlir mənbələrindən dövlətə məcburi ödənilən vəsaitdir .
- Verginin miqdarı gəlirin miqdarından asılıdır;gəlir çoxaldıqca vergi də böyüyür.
- Ölkədə qazanc əldə edən hər kəs dövlətə məcburi qaydada vergi ödəməyə borcludur.
VERGİLƏR
VERGİLƏRİN NÖVLƏRİ
yol vergisi
gəlir vergisi
aksiz
mənfəət vergisi
əmlak vergisi
mədən vergisi
ƏDV
torpaq vergisi
Sadələşmiş vergi
DÖVLƏT BÜDCƏSİNİN FORMALAŞMA MƏNBƏLƏRİ
RÜSUMLAR VƏ DİGƏR DAXİLOLMALAR
Icarə haqqı
KÖMRÜK RÜSUMU
Kreditlər üzrə daxilolmalar
qrantlar
DÖVLƏT RÜSUMLARI
Cərimələr
DÖVLƏT BÜDCƏSİNİN XƏRCLƏRİ
XƏRCLƏRİN NÖVLƏRİ
Ümumi dövlət xidmətləri
Sosial müdafiə və sosial təminat
Elm xərcləri
Mədəniyyət, incəsənət,informatika,idman və s.
MÜDAFİƏ
Mənzil-kommunal təsərrüfatı
Məhkəmə hakimiyyəti,hüquq-mühafizə və prokurorluq
YANACAQ VƏ ENERJİ
Kənd və meşə təsərrüfat,balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi
T Ə H S İ L
S Ə H İ Y Y Ə
NƏQLİYYAT VƏ RABİTƏ
SƏNAYE, TİKİNTİ,FAYDALI QAZINTILAR
DİGƏR XİDMƏTLƏR
DÖVLƏT BÜDCƏSİNİN XƏRCLƏRİ
Büdcə kəsirlərinin əmələgəlmə səbəbləri
1.Ölkə iqtisadiyyatına və sosial sferaya böyük həcmdə dövlət vəsaitlətrinin xərclənməsi;
2.Fövqəladə təbii və iqtisadi hadisələrlə bağlı olan xərclərin artması;
3.İqtisadiyyatda uzun müddət baş verən böhranla əlaqədar dövlət xərclərinin artması;
4.Ölkədə müdafiə xərclərinin artması.
BÜDCƏ KƏSİRİNİN ARADAN QALDIRILMASI T Ə D B İ R L Ə R İ
1.Büdcə vəsaitinin daha gəlirli və səmərəli sahələrə yönəldilməsi;
2.Maliyyə güzəştləri və sanksiyalardan daha çevik istifadə etməklə ictimai istehsalın stimullaşdırılması;
3.Dövlət büdcəsi hesabına maliyyələşdirilən sahələrin qismən ixtisar edilməs;i
4.Hərbi xərclərin azaldılması;
5.Daha vacib sosial proqramların maliyyələşdirilməsi;
6.Dövlət idarəetmə xərclərinin azaldılması;
7.Dövlət kreditlərindən və xarici sərmayələrdən səmərəli istifadə olunması, bank krediti faizlərinin artırılması;
8.Dövlət uduşlu istiqrazların və digər qiymətli kağızların buraxılmasına üstünlük verilməsi və s.
Dövlət borcu- konkret səbəblərlə bağlı sosial-iqtisadi problemlərin yaranmasına səbəb olan maliyyyə çatışmazlığıdır.
DÖVLƏT BORCUNUN YARANMA SƏBƏBLƏRİ
1.Müharibələrin, Təbii fəlakətlərlə əlaqədar xərclərin maliyyələşdirilməsi;
2.İnvestisiyaların maliyyələşdirilməsi;
3.Büdcə tarazlığının təmin olunmaması;
4.Əvvəlki borcları qaytarmaq üçün borclanma
XARİCİ DÖVLƏT BORCLARININ MƏNBƏLƏRİ
XARİCİ DÖVLƏTLƏR
XARİCİ DÖVLƏTLƏRİN BANKLARI
XARİCİ DÖVLƏTLƏRİN MÜƏSSİSƏ VƏ VƏTƏNDAŞLARI
BEYNƏLXALQ MALİYYƏ-KREDİT TƏŞKİLATLARI
DİQQƏTİNİZƏ GÖRƏ SAĞ OLUN !
Əliyev Rəfail Şıxəli oğlu,
filoloq, ali kateqoriyalı baş müəllim,
“ Elektron təhsil” müsabiqəsinin nominantı,
“ Ən yaxşı müəllim” müsabiqəsinin qalibi(2014)
E-mail :[email protected]
Tel. (050) 501 20 54