СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

İnsanlar nə üçün tonqal ətrafında toplaşmağı sevirlər...

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

İnsanlar niyə tonqala baxmağı sevirlər?

Bir insan olaraq, tonqal bizi  özünə cəlb edir - istilik, yemək və ya daha başqa bir şey üçün? Odun ləzzəti ilə müqayisə olunan bir neçə şey var: işığın və kölgələrin oyununa heyran olmaq, istiliyi hiss etmək, çıqqıltı və uğultuya qulaq asmaq, tüstünün qəribə rahat qoxusunu içinə çəkmək və s. Bu, demək olar ki, hər millətdən və irqdən olan insanlara zövq verir.

Просмотр содержимого документа
«İnsanlar nə üçün tonqal ətrafında toplaşmağı sevirlər...»

İnsanlar nə üçün tonqal ətrafında toplaşmağı sevirlər...


İnsanlar niyə tonqala baxmağı sevirlər?

Bir insan olaraq, tonqal bizi özünə cəlb edir - istilik, yemək və ya daha başqa bir şey üçün? Odun ləzzəti ilə müqayisə olunan bir neçə şey var: işığın və kölgələrin oyununa heyran olmaq, istiliyi hiss etmək, çıqqıltı və uğultuya qulaq asmaq, tüstünün qəribə rahat qoxusunu içinə çəkmək və s. Bu, demək olar ki, hər millətdən və irqdən olan insanlara zövq verir. Mədəniyyətlərin böyük müxtəlifliyi arasında, yaxşı bir yerdə tonqal ətrafında oturarkən xoşagələn həyəcan hiss etməyən bir insan tapmaq mümkün deyil. İlk baxışdan alova olan sevgimiz göz qabağındadır: od - istilik və əgər şansımız gətirsə yemək deməkdir.

Tonqal, məni öyrət

Alabama Universitetinin antropologiya professoru Kristofer D.Linn insanlar və yanğınlar arasındakı biomədəni əlaqəni yaxından araşdırıb. 2014-cü ildə o, tonqalların insanların fizioloji səviyyədə dincəlməsinə həqiqətən kömək edib-etmədiyini araşdıran bir tədqiqat apardı. Araşdırma bu fenomeni elmi cəhətdən əsaslandırmaq üçün ilk cəhdlərdən biri idi. “Mən bu araşdırmanı empirik dəlil əldə etmək və insanlara ocağın rahatlaşdırdığını söylədikdə onlara istinad edəcəkləri bir şey vermək üçün etdim” dediyr Linn. “Mən həmişə zarafat edirəm ki, mənim ixtisasım hamının artıq bildiyi şeyləri dəstəkləmək üçün empirik sübutlar təqdim etməkdir”. Nəticələr proqnozlaşdırıla bilən idi: təbii səslərlə müşayiət olunan adi ocağa baxan insanların qan təzyiqi əhəmiyyətli dərəcədə aşağı düşür ki, bu da onların rahatlaşdığını göstərir. Təcrübə bəzi incəlikləri də üzə çıxarıb. İştirakçılar alova səssiz baxdıqda, yanğının rahatlaşdırıcı təsiri əhəmiyyətli dərəcədə azalır, bu da səsin tam dərinliyi üçün vacib olduğunu göstərir. Maraqlıdır ki, daha çox prososial xüsusiyyətlərə malik olan iştirakçılar - kooperativ və sosial davranışa meyli olanlar - ocağa baxanda daha çox istirahət etmiş olurlar. Linn üçün bu, bizim alova olan heyranlığımızın dərin sosial ölçüyə malik olması ilə bağlı fərziyyəsini təsdiqləyir.

Gəl, ay bala, atəşi yandır

Bəzi tədqiqatçılar Cənubi Afrikadakı Vonderverk mağarasında tapılan ocağın külünün mikroskopik izlərinin sübut etdiyi kimi, “Homo sapiens”in çoxdan məhv olmuş qohumu olan “Homo erectus”un hələ 1 milyon il əvvəl ocağı darə etdiklərini irəli sürürlər. Daha mühafizəkar hesablamalar bu rəqəmin 700.000 il əvvəl olduğunu göstərir. Hər halda, bu, təxminən 200.000 - 300.000 il əvvəl ortaya çıxan növümüzün - “Homo sapiens”in meydana çıxmasından çox əvvəl baş vermişdir. Son milyon ilin bu dövrü Homo cinsinin təkamülündə son dərəcə əhəmiyyətli bir mərhələ olmuşdur. 800.000 ilə 200.000 il əvvəl hominidlərin beyinləri sürətlə genişlənərək daha mürəkkəb davranışlara səbəb olmuşdu. Bəzi elm adamları bu təkamül dövrünün ocağın “əhliləşdirilməsinin” başlanğıcı ilə üst-üstə düşməsinin təsadüfi olmadığını irəli sürürlər. “Əgər siz oda nəzarət edəcəksinizsə, o zaman güman edərdiniz ki, hansısa ünsiyyət forması olmalıdır. Bu, dilin və prefrontal korteksin inkişafını əhatə edir ki, bu da icra nəzarətinin, eləcə də qısa və uzunmüddətli yaddaşın inkişafına töhfə verir” və “Bu, bir insanın idarə edə bilməyəcəyi olduqca mürəkkəb bir texnologiyadır” - Linn belə qeyd edir. Genişlənmiş beynimiz bizə ocağı ram etmək qabiliyyətini versə də, alov öz növbəsində potensialımızı açmaqda bizə kömək edir. Atəş erkən insanlara yemək bişirməyə imkan verdi, çeynəməyi və həzm etməyi asanlaşdırdı, böyüyən beynimizi qidalandırmaq üçün daha çox kalori və qida maddələrini azad etdi. Eyni zamanda, tonqal gün ərzində daha çox vaxtımızın olmasına şərait yaratdı, ünsiyyət və fikir mübadiləsi üçün daha çox imkanlar verdi. “Biz tonqalın cəmiyyətə meylliliyə təsir edib-etmədiyini, insanları bir araya gətirib-gətirmədiyini, fikir mübadiləsi apara biləcəkləri mühitdə onları sakitləşdirib-sakit etmədiyini anlamağa çalışırıq” deyə Linn izah edir. “Əgər axşam tonqal ətrafında oturursansa və hava qaranlıqdırsa, gizlicə qaçıb öz işinlə məşğul olmaq çətindir. Axı, qədim insanların oynamaq üçün smartfonları yox idi. İnsanlar çox güman ki, işıqlı ümumi sahədə oturub gün ərzində etdikləri hər şeyi söhbət etməyə davam edirdilər, istər çaxmaqdaşından alətlər düzəldir, istər heykəltəraşlıqla məşğul olur, istərsə də başqa bir şey düzəldirdilər. “Bu, vaxtı daha yaxşı keçirməyə kömək edirdi”. Bu mənada ocaq bizi həqiqətən sosial varlıqlara çevirən katalizator kimi görünə bilər. Ocaq ətrafında oturmaq bizi rahatlaşdırır, daha dərin əlaqələr qurmağı və şüurumuzu “genişləndirməyi” asanlaşdırır. Bəzi tədqiqatçılar ocaqların mürəkkəb sosial davranışımızı daha da inkişaf etdirdiyi fikrini qəbul etdilər. Sosioloq Ceyms MakKlenon, “Homo erectus”un ocağa baxmağın hipnotik təsiri altında dəyişdirilmiş şüur ​​vəziyyətlərinə girə biləcəyini müdafiə edir. Bəlkə də, o, iddia edir ki, bu, şamanizm, mənəviyyat və dinin xəbərçisi ola bilər - insan şəbəkələrini inanılmaz dərəcədə daha çox məşğul və əlaqəli edən güclü qüvvələrə şövq edir. Linn bu fərziyyəni cazibədar hesab edir, baxmayaraq ki, o, bunun hekayənin yalnız bir hissəsi olduğuna inanır. “Mən tam skeptik deyiləm... Düşünürəm ki, bu, davranış tapmacasının bir hissəsidir. İnkişaf edən təkcə din deyil. İctimai həyat, dil, əməkdaşlıq inkişaf edir. Düşünürəm ki, bu, insanların marağına səbəb olacaq gözəl hekayədir, lakin məncə, bundan daha çox şey var”.

İcazə ver, ocağının yanında dayanım

Müasir dövrdə az adam deyə bilər ki, gününü sevdiklərinin əhatəsində, rahatlıqla ocaq ətrafında heyranlıqla başa vurur. Bununla belə, texnologiyanın müqayisəli effekt əldə etmək üçün başqa bir yol yaratdığını iddia etmək olar: Bu televiziyadır. Televiziya tez-tez beynimizi məhv edən və bizi mədəniyyətsiz “kreslo tərəvəzləri”nə çevirən anti-sosial, qeyri-sağlam fəaliyyət kimi ələ salınır. Əlbəttə ki, neçə saatlıq “sitcom”lara ( komediya janrında olan televiziya şousu) baxmaqla çətin ki, özünüzü daha yaxşı hiss edəcəksiniz. Ancaq ola bilsin ki, biz televiziyanın prososial xüsusiyyətlərinə çox haqsızlıq edirik. Ocaq ətrafında oturmaq kimi, televizora baxmaq da hekayələr söyləmək, cəlbedici vizual görüntülər və yaxınlarınızla vaxt keçirməkdən ibarətdir. “Mən ocağı televiziyanın analoqu hesab etməyə başladım. Sönən işıq, səs və s. və il. Bu ocaq olmasa da, duyma səviyyəsinə görə bir növ onu əvəz edə bilir” deyə Linn bildirir.

Son vaxtlar hətta bir vaxtlar müqəddəs sayılan televiziya qurumu da təhlükə altındadır. Yaxın dostlarla televizora baxmağın ümumi ritualı sosial medianın və hiper-fərdiləşdirilmiş axın xidmətlərinin dayanılmaz yüksəlişi fonunda ölür. Sosial media cəmiyyət və sosiallıq haqqında səthi təəssürat yaradır; beynimiz aydın şəkildə bu fasadla aldanır, hər dəfə smartfonun işığına baxanda bir doza serotonin ifraz edir. Bununla belə, o, heç vaxt bizim qarşılıqlı əlaqəyə olan ehtiyacımızı tam ödəməyəcək və tonqalın rahatlaşdırıcı estetikasına malik deyil. Son araşdırmalar qəti şəkildə göstərir ki, sosial media sosial ehtiyaclarımızı ödəmək əvəzinə bizi çox vaxt tənha və dünyadan qopmuş hala gətirir. Dostlarınız və ya ailənizlə divanda film izləmək qədim tonqalın müasir ekvivalentidirsə, bəlkə də smartfonunuzu vərəqləmək təkcə ocağa baxmağın psixoloji və mənəvi ekvivalentidir.

Mənbə: https://bit.ly/4gz5Bbw

Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).