Просмотр содержимого документа
«Логика в средней школы»
Xüsusi istedadlı şagirdlər liseyi-V sinif
Şirvan ş.S.Hüseynov adına 1 №li
tam orta məktəb - xüsusi istedadlı şagirdlər liseyi
Hazırladı:
filoloq,ali kateqoriyalı baş müəllim
ƏLİYEV Rəfail Şıxəli oğlu
II bölmə: MƏNTİQİN ANLAYIŞLARI VƏ DİLİ
Mövzular:
- Məntiqi anlayış və tərif.
- Anlayışların verilməsinin bəzi vasitələri.
- Məntiqi mülahizələr,doğru və yanlış hökmlər.
- Eynigüclü mülahizələr.
Mövzu:1 MƏNTİQİ ANLAYIŞ VƏ TƏRİF
- Suallar:
- Anlayış(məfhum) nədir ?
- Əlamət və xüsusiyyət nədir ?
- Mühüm və fərqləndirici əlamət nədir?
- Anlayışın ifadə formaları hansılardır?
- Tərif nədir ?
Anlayış (məfhum) nədir?
DÜZGÜN TƏFƏKKÜRÜN FORMALARI
ANLAYIŞ
(MƏFHUM)
MÜLAHİZƏ
(HÖKM)
MƏNTİQİ NƏTİCƏ
(ƏQLİ NƏTİCƏ)
ANLAYIŞ-düzgün təfəkkürün formalarından biridir.
- Anlayış- predmetin ümumi,mühüm və fərqləndirici əlamətlərini ifadə edən fikir-təfəkkür formasıdır.
- Ələmət- əşyaları bir-birinə bənzədən və ya ayıran xüsusiyyətlərdir.
- Xüsusiyyət -predmetin fərdi, daimi göstəri cisidir.
ƏLAMƏTİN NÖVLƏRİ
ƏLAMƏTLƏR
mühüm
Qeyri-mühüm
- MÜHÜM ƏLAMƏT- predmetin elə fərqləndirici əlamətidir ki, bu əlaməti itirdikdə bu predmet əvvəlki mahiyyətini itirərək digər predmetə çevrilir.
- Məsələn: kvadratı səciyyələndirən üç mü- hüməlamət var; dördbucaqlılıq,düzbucaqlılıq,bərabərtərəflilik.Əgər həndəsi fiqurda bu əlamətlərdən biri olmazsa, onu kvadrat adlandırmaq olmaz.
- QEYRİ-MÜHÜM ƏLAMƏT- predmeti səciyyələn- dirməyən, onun mahiyyətini dəyişməyən əlamətdir.
- Məsələn: insanın gözünün,dərisinin rəngi, yaşı onu unsan kimi səciyyələndirməyə mane olmur.
ANLAYIŞIN İFADƏ FORMALARI
söz
birləşməsi
söz
ANLAYIŞIN TƏRİFİ
- Hər bir anlayış bir-biri ilə əlaqəli iki mühüm cəhətə malikdir; məzmun və həcm.
- Məzmun anlayışın mahiyyətini ifadə edir və ona verilən təriflə ortaya çıxır.
- TƏRİF -anlayışın məzmununu açan intel-lektual-nitqi əməliyyatdır.
TƏRİFİN QAYDALARI
- Tərif mütənasib olmalıdır.
- Tərif dəqiq və aydın olmalıdır.
- Tərif inkari olmamalıdır.
- Tərif dövredici olmamalıdır.
Mövzu: 2 ANLAYIŞLARIN VERİLMƏSİNİN BƏZİ VASİTƏLƏRİ
TƏRİFİ ƏVƏZ EDƏN
ÜSULLAR
Göstərmə
Təsvir
Müqayisə
Fərqləndirmə
Səciyyələndirmə
(xarakteristika )
- GÖSTƏRIŞ -predmetlə bilavasitə tanışlıqdır.
- TƏSVİR -predmetin zahiri əlamətlərinin sözlə ifadəsidir.
- SƏCİYYƏLƏNDİRMƏ -məfhumun müstəsna xüsusiyyətlərininsadalanmasıdır.
- MÜQAYİSƏ -yeni anlayışı tanış olan digər anlayışın xüsusiyyətləri ilə izah etmək.
- FƏRQLƏNDİRMƏ -tanış olmayan anlayışıtanış olan digər anlayışla fərqləndirməklə şərh etmək.
TƏRİFİN NÖVLƏRİ
Aydın olan
Aydın olmayan
Real tərif
Kontekstual tərif
Induktiv tərif
Nominal tərif
Genetik tərif
Aksiomatik tərif
Mövzu: 3 MƏNTİQİ MÜLAHİZƏLƏR,DOĞRU VƏ YANLIŞ HÖKMLƏR
Suallar:
1.Mülahizə(hökm) nədir?
2.Keyfiyyətinə görə hökmlərin hansı növlərə bölünür?
3.Hökmlərin kəmiyyətə görə hansı növləri var?
4.Hökmlərin strukturuna nələr daxildir?
5.Hökmlərin quruluşca neçə növü var
6.Hökmün terminləri nədir?
7.Doğru və yanlış hökm nədir?
Mülahizə(hökm)- gerçəkliyin predmetləri,yaxud onlar arasındakı əlaqə və münasibətlər haqqında informasiyanı iqrar və ya inkar edən təfəkkür formasıdır .
HÖKMLƏRİN NÖVLƏRİ
Keyfiyyətə görə
Kəmiyyətə görə
iqrari
inkari
ümumi
xüsusi
HÖKMÜN STRUKTURU
HÖKMÜN TƏRKİB HİSSƏLƏRİ
SUBYEKT(S)
PREDİKAT(P)
Kvantor sözlər
Məntiqi bağlayıcı
HÖKMÜN TƏRKİBİ
- SUBYEKT -hökmün predmetini ifadə edən anlayış.
- PREDİKAT -predmetin əlamətı,xassəsi və s. ifadə edən anlayış.
- BAĞLAYICI -subyekt ilə predikat arasında əlaqə və münasibətləri iqrar və ya inkar edən sonluqlar.
- KVANTOR SÖZLƏR -subyekti və ya onun hissəsini ifadə edir.(“bütün”,”hər bir”,”bəzi”,”bir çox” və s.)
HÖKMÜN QURULUŞCA NÖVLƏRİ
Sadə hökmlər
Mürəkkəb hökmlər
- Subyekt və predikat hökmün terminləri adlanır.
- Sadə hökmlər terminlərdən(S və P) ibarət olur.
- Mürəkkəb hökmlər isə sadə hökmlərdən ibarət olur.
GERÇƏKLİYƏ MÜNASİBƏTİNƏ GÖRƏ HÖKMLƏRİN NÖVLƏRİ
* DOĞRU HÖKMLƏR- gerçəkliyi olduğu kimi əks etdirən hökmlər.
** YANLIŞ HÖKMLƏR- gerçəkliyi təhrif edən hökmlər.
Mövzu: 4 EYNİGÜCLÜ MÜLAHİZƏLƏR
- Suallar:
- 1.Eynigüclülük nədir?
- 2.Eynigüclü mülahizə nədir?
- 3.Eynigüclülüyün simvolu hansı işarə ilə göstərillir?
- Biri doğru, biri yanlış olan hökmlər eynigüclü ola bilərmi?
- Eynigüclülük-ekvivalentlik,eynimənalılıq, eyniyyət deməkdir.
- Eynigüclü mülahizələr müxtəlif formada ifadə olunmuş eynimənalı hökmlərdir.
- Eynigüclü mülahizələr həm riyazi dildə, həm də təbii dildə ifadə oluna bilər.
- Məsələn:
a)8 8
b)”Mən səndən böyüyəm” və ya
“ Sən məndən kiçiksən”
- Riyazi işarələrdə eyniliyin işarəsi belədir:
- Bu işarənin sol və sağındakı ox işarələri götürüldükdə = işarəsi alınır ki, bu da iki ədədi ifadənin ədədi qiymətinin bərabər- liyini göstərir.Məsələn:8•2+2=28-10=18
- Eyniyyət təşkil edən mülahizələrin hamısı eyni zamanda ya doğru, ya da yanlışdır. Ona görə də biri doğru, biri yalan mülahizə- lər eynigüclü ola bilməz.Məsələn:”Bütün alimlər biliklidir”. “Bütün biliklilər alimdir”.
DİQQƏTİNİZƏ GÖRƏ SAĞ OLUN !
- Təqdim olunmuş təlim resursu xüsusi istedadlı şagirdlər liseyinin “MƏNTİQ” proqramı əsasında hazırlanmışdır.
- “ MƏNTİQ” xüsusi kursu üzrə Azərbaycan dilində otra məktəblər üçün dərslik olmadığını nəzərə alaraq bu resurları hazırlamağı qərara aldıq.
- Müəllif:Rəfail Əliyev