СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Misir heroqliflərinin tərcüməsi:

Нажмите, чтобы узнать подробности

5000-dən çox qədim Misir heroqlifi mövcud olmuşdur. Bunlardan yalnız təqribən 700-800 -ündən istifadə edilmişdir. Bu heroqliflər təxminən çin heroqlifləri kimidir. (tərcüməçidən; sual:niyə çin?) ...Ancaq biz  qədim yazılar barədə nə bilirik? ...

Просмотр содержимого документа
«Misir heroqliflərinin tərcüməsi:»

Misir heroqliflərinin tərcüməsi:

5000-dən çox qədim Misir heroqlifi mövcud olmuşdur. Bunlardan yalnız təqribən 700-800 -ündən istifadə edilmişdir. Bu heroqliflər təxminən çin heroqlifləri kimidir. (tərcüməçidən; sual:niyə çin?) ...Ancaq biz qədim yazılar barədə nə bilirik? ...Mən şəxsən bu tarixi şərhin rəsmi hissəsindən başlamaq istəyirəm və maraqlıdır ki, müasir tarixşünaslar ümimiyətlə qədim Misir heroqlifləri barədə nə bilir demək istəyirəm. Qədim Misir yazılarının öyrənilməsi bu yazıları oxumaq imkanı olmadığından mümkün olmamışdır. Alimlər lap çoxdan Misir heroqliflərini oxumağa çalışmışlar. Qədim alimlərin əlində hətta II əsrdə yaşamış, əslən Yuxarı Misirli olan Qorapollon tərəfindən yazılmış “İreoqlafiya” adlı əsər də olmuşdur. Hətta “Tarixin atası” Herodota da məlum idi ki, Qədim misirlilər üç yazı növündən- ireoqrafik, ireatik və demotik yazılardan istifadə etmişlər... Çox təəssüflər ki, qədim müəlliflərin əsərlərinə istinad edərək “Misir heroqliflərini” oxumaq heç bir fayda verməmişdir.

Bu yazıların öyrənilməsində və oxunmasında ən yaxşı nəticələri Jan Fransua Şampilyon (1790-1832) əldə etmişdir.

“Rozetta daşı” Misir heroqlif-yazılarının öyrənilməsi və açılışında əsas rol oynadı. “Rozetta daşı” - qranodioritdən hazırlanmış daş üzərində yazıdır. 1799-cu ildə Misirdə İsgəndəriyyə şəhərindən bir az aralıda yerləşən kiçik Rozetta şəhərində (hazırda bu şəhər Rəşid adlanır) aşkar edilmişdir. Bu daş üzərində yazılar qədim Misir heroqliflərində, qədim Şahlıq dövründə yazılmışdır. Bir yazı isə qədim yunan dilindədir. Qədim yunan dili dilşünaslara çoxdan tanış idi. Lakin yerdə qalan naməlum mətnlər Misir heroqliflərinin şifrəsinin açılması üçün başlanğıc nöqtəsi oldu. Daş üzərində yazının mətni, e.ə. 196-cı ildə Ptolomeylər sülaləsinin hökmdarı olmuş V Epifan Ptolomeyə kahinlərin ünvanladığı təşəkkür məktubudur.

Mətnin əvvəli belə başlayır: “ Atasından hökmdarlıq almış yeni hökmdara...”.

Ellin dövründə bütün yunan yazıları buna bənzər başlıqlarla başlayardı və bu da dilşünaslara müəyyən köməklik etmiş oldu.

Daş kitabə 1799-cu il iyul ayının 15-də Napaleon ordusunun yürüşləri zamanı Nilin deltasının qərb tərəfində Rozetta adlı kiçik bir şəhərdə fransız ordusunun kapitanı Pyer -Fransua Buşar tərəfindən aşkar edilmişdir.



Şifrənin açılmasında əsas maneə Misir yazı sisteminin ümumiyyətlə başa düşülməməsi idi. Bu baxımdan bütün bu işə əl qatan şəxslər heç bir nəticə əldə edə bilmədilər. Məsələn, ingilis Tomas Yunq (1773-1829) “Rozetta daşı”nda beş heroqlifin səs dəyərini müəyyən edə bilmişdi. Lakin bunlar yazının oxunmasında irəliləyişə səbəb olmadı.

Bu həlli mümkün olmayan işin öhdəsindən isə yalnız Şampolyon gələ bildi. Hər şeydən öncə Şampolyon Misir yazılarının Qorapollon tərəfindən yazılmış “İreoqlafiya” əsərinə əsasən oxunması konsepsiyasını tamamilə rədd etdi. Çünki bu əsərə əsasən Misir yazılarının oxunmasına çəkilən bütün zəhmət hədərə gedirdi.

Qorapollon hesab edirdi ki, Misir heroqlifləri səsli yox, ancaq məna bildirən şəkil - simvollardır. Amma Şampolyon Tomas Yunqdan da əvvəl belə qənaətə gəlmişdi ki, bu heroqliflər səs bildirirlər. 1810-cu ildə o, belə fikirə gəldi ki, bu fonetik işarələrlə qədim misirlilər yadelli adlarını yaza və səsləndirə bilirmişlər. 1813-cü ildə isə Şampolyon Misir dilində kök və şəkilçilərin olduğu və onlardan istifadə edildiyini irəli sürdü. Şampolyon “Rozetta daşı” üzərində araşdırma apararaq burada “Ptolomey” sözünü də aşkar edir. File adasındakı İsida məbədindəki yazılar üzərində kraliça Kleopatranın adını oxudu. Nəticədə, Şampolyon daha beş heroqlifin səs mənasını təyin edə bildi. Yunan - makedon və roma hökmdarlarının adlarını oxuduqdan sonra heroqliflərin əlifba sayı 19 çatdı.

Araşdırmalar nəticəsində o, belə qənaətə gəldi ki, Qədim Misirlilər yarım əlifba yazı sisteminə malik olmuşlar. Bir çox qədim Şərq xalqlarında olduğu kimi misirlilər də yazıda saitlərdən istifadə etmirlər. 1824- cü ildə Şampolyon özünün əsas əsəri olan “Qədim Misirlilərin heroqlif sistemi” adlı əsərini nəşr etdirdi. Bu əsər müasir misirşünaslığın təməl daşı oldu.

Bu heroqliflərə və onların fonemlərinə baxın:

Bəzi şəkillərin fonem üçün hazırlandığı sizə qəribə gəlirmi?

Bu hətta hecalı məktub da deyil! Nə üçün səsləri belə mürəkkəb təsvir edirlər?

Başqa xalqlar və mədəniyyətlərdə olduğu kimi sadə təsvir və ona uyğun səs əlavə etmək daha məqsədə uyğun olmazdımı...

Lakin Qədim Misir heroqlifləri şəkil yazılardır.

Və bütün bunlardan başqa misirşünaslar üçün etmək mümkün deyildir. Bütün bu oxunuşlar ancaq və ancaq Şampolyonun avtoriteti üzərində qurulmuşdur.



Yuxarıdakı şəklə baxın. Bu tamam mənalı sözlərdən ibarət nümunəvi məktubdur.

Hətta demək olar ki, bu universal bir dildir və istənilən fikir daşıyıcısı bunu dərk edə bilər. Belə olduğu təqdirdə bu yazıları nə üçün müasir dövrdə oxuya bilmirik.

Bu ancaq mənim şəxsi fikrimdir. XIX əsrdən bəri meydana gələn bu metoda ( heroqliflərə fonetik yanaşma) qarşı məndə çoxdan şübhə yaranmışdır. Məhz indi və bu məqalə ilə öz fikrimi bildirmək qərarına gəldim.

Çox güman ki, burada nəsə bir texniki məsələ də olmuş olsun.

Yəqin ki, ancaq tənbəl alim Misir məbədlərində olarkən başını qaldırıb məbədin üstündəki yazını oxumaz fikrini eşitməmiş olmazsınız. Burada uçan apparatlara dair bir çox şəkillər vardır.Mənim isə başıma daş düşəcək yəqin ki, çünki “başqaları”nın xoşuna gəlməyəni deyirəm. Bu sözlər artıq çoxdan tərcümə edilmişdir. Bəlkə də şifrəni açanlar ancaq bayquş şəklinin mənasını açmaqla özlərinə “çörək pulu “ qazanıblar.

Şampolyon işinin tamamilə saxtakarlıq olduğunu və insanları yalnışlıqlara apardığını da demək istəmirəm. Lakin misirşünaslar demişkən; düşünməyə dəyər. Napaleon Misirə elə-belə yürüş etməmişdir ki, ... və eləcə də demək olmaz ki, “Rozetta daşı” saxtadır. Hələ üstəlik, yazıların ölçüsü və keyfiyyəti Qədim Şahlıq dövrü yazı,ölçü və keyfiyyətinə uyğun gəlmir.

***

Əlavə olaraq:

(Fetski diskinin şifrəsinin açılması)

Bu da həmçinin fonetik tərcümədir. Baxmayaraq ki, burada da eyni simvollar, eyni şəkilər və eyni nümunələrdir.

Mayya heroqliflərində də eyni şifrələnmə:



Əslində isə, Mayya yazılarının oxunması Qədim Misir yazılarının oxunmasından da çətindir.



Bu isə asteklərin fonetikasına aiddir.

Hörmətli oxucular! Qaynaq: http://mirpristrasten.com/blog/43480285804/Deshifrovka-egipetskih-ieroglifov?utm_campaign=transit&utm_source=main&utm_medium=page_0&domain=mirtesen.ru&paid=1&pad=1

olan bu məqalə bir tarixçi- tarix müəllimi kimi məni maraqlandırdı və qərara gəldim ki, məqaləni Azərbaycan dilinə tərcümə edim. Tərcümənin nə dərəcədə düzgün alındığını Sizlər qiymətləndirə bilərsiniz. Qeyd edim ki, tərcümə zamanı yazının orjinallığını qoruyub saxlamağa çalışmışam (P.S. əgər bu tərcümə yazımda maraqlananlar üçün nə isə bir ipuçu verə bildimsə bundan istifadə edərək bəhrələnməyə çalışın. Çünki, bu kimi yazılar sayca azdır və Qədim Şumer, Mayya və Misir yazıları artıq çoxdan müqayisə edilərək ortaq məxrəcə gəlinməli idi. ...).

Hörmətlə: Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi