Просмотр содержимого документа
«Müəllim fəaliyyəti: yaradılan şərait və mühit»
Müəllim fəaliyyəti:
yaradılan şərait və mühit
Təhsil müəssisələrində yaradılan şərait və mühit pedaqoji fəaliyyətin ən vacib amillərindən biridir. Yaradılan şərait və mühit müəllim- şagird münasibətləri arasında ictimai əlaqələri gücləndirməyə kömək edir, müəllimləri fərdi və peşəkar inkişafda yeni-yeni nailiyyətlərə ruhlandırır. Bu işdə müəllimin əməyi şübhəsiz ki, danılmazdır. Müəllim zəhmətinin əhəmiyyəti bu gün də çox qiymətlidir, ona görə ki, bir çox problemlərlə dolu olan təhsil həyatı məhz müəllimin həyat səviyyəsi və şagirdlərinin inkişafına olan marağından asılıdır.
Məktəbin vəzifələrinə aşağıdakılar daxildir:
1.Şagirdlərin şəxsiyyəti və istedadlarının inkişafı üçün əlverişli şəraitin yaradılması;
2.Təhsil müəssisəsinin ümumi mədəniyyəti, ənənələri və atmosferinin yaradılmasını təşviq etmək;
3.Şagird və işçilərin xüsusiyyətlərini, maraqlarını və ehtiyaclarını öyrənmək;
4.Şagirdlərin həyatının mədəni, idman, elmi və digər sahələrini əhatə etmək üçün əlavə fənn fəaliyyəti, dairələri və bölmələrini təşkil etmək və həyata keçirmək;
Bu və ya digər funksiyalar növündən asılı olmayarq bütün məktəblərə aiddir. Digər tərəfdən də müəllimlərin üzərinə də yüksək tələblər qoyulur.
Yazının məqsədi müəllimlərin təşkilatçı, kultivator, məktəblilərə müəllim tərəfindən təlim - tərbiyə prosesində verdiyi biliklərin aktuallaşdırılması və sistemləşdirilməsinə, öz pedaqoji təcrübəsinin ümumiləşdirilməsi və nümayiş etdirilməsinə bir qığılcım verməkdir. Yazını oxuyarkən öz üzərinizdə işləmək üçün həm nəzəri, həm də praktik məlumatlarla maraqlamalı olacaqsınız. Bu zaman unutmayın ki, müəllim psixologiya və pedaqogika ilə bağlı məlumatlara da sahib olmalıdır. Məktəblilər üçün maraqlı olan hadisələri ayırıb seçməyi bacarmalıdır.
Yazı, pedaqoqlara, uşaq və yeniyetmələrə əlavə təhsil verən istənilən müəllimlərə və eləcə də öz bacarığını artırmağa çalışan gənc müəllimlərə yönəldilmişdir.
Əsədov Seyyub Əsəd oğlu
Şirvan şəhər 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi