СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Оcобенности занятий по выразительному чтению

Категория: Литература

Нажмите, чтобы узнать подробности

В статье   анализируется особенности организации занятий по выразительному чтению                                                                                                    

Просмотр содержимого документа
«Оcобенности занятий по выразительному чтению»

İfadəli oxu üzrə məşğələlərin xüsusiyyətləri


İfadəli oxu üzrə məşğələlərin əsas məqsədi şagirdləri səslənən söz sənəti ilə bağlı biliklərə yiyələndirmək, onlarda müəyyən ifaçılıq bacarıqları formalaşdırmaqdır. Tələbə təcrübi məşğələlərdə səslənən söz sənətinin özünəməxsus xüsusiyyətlərini aydınlaşdırmağa imkan verən nəzəri bilikləri mənimsəməli, müvafiq elmi ədəbiyyatdan baş çıxarmalıdır. Tələbə dinləməyi, oxunun keyfiyyətini qiymətləndirməyi, nəticə etibarilə özünün yaş və bilik səviyyəsinə uyğun olan əsəri ifadəli oxumağı bacarmalıdır.

Ifadəli oxu metodikası üzrə məşğələlərin əsas vəzifələri:

  1. Müxtəlif sinif şagirdlərinin yaş xüsusiyyətlərini nəzərə almaqla ifadəli oxu təlimin metod və üsullarının tələbələrə öyrədilməsi;

  2. Şagirdlərin səslənən söz sənətinin nəzəriyyəsi və tarixi haqqında biliklərinin dərinləşdirilməsi;

  3. Şagirdlərin ifaçılıq bacarığının təkmilləşdirilməsi;

Bu vəzifələrin yerinə yetirilməsi mühazirələr və praktik iş vasitəsilə təmin edilir. Ifadəli oxu üzrə mühazirələrdə tələbələr ifadəli oxunun mahiyyəti, təlimi və tərbiyəvi əhəmiyyəti barədə bilikləri mənimsəyirlər.

Məlumdur ki, bədii ədəbiyyat həyatı obrazlarla əks etdirən söz sənətidir. İncəsənətin bir növü kimi ədəbiyyatın bu özünəməxsusluğu söz ustalarının əsərlərinin “canlı” şəkildə səsləndirilməsini, təsirli ifa ilə dinləyicilərə çatdırılmasını tələb edir. Ifadəli oxu bacarığının formalaşdırılması dedikdə, əsərdə təsvir edilən hadisələrin, qəhrəmanların, həyat lövhələrinin mətndəki sözlər vasitəsilə “canlandırılması”, müəllifin və ifaçının özünün təsvir edilənlərə münasibətinin üzə çıxarılması, bütün bunların dinləyicilərə çatdırılması, onlarda dolğun təəssürat yaradılması nəzərdə tutulur.

İfadəli oxunun məgzini bədii əsərin səslənən sözdə ifadə edilməsi təşkil edir. Mətnin səslənən tərzdə ifadə edilməsi dedikdə aşağıdakılar nəzərdə tutulur:

  1. Əsərdə təsvir edilməsinin dinləyicilər tərəfindən təsəvvür edilməsininə nail olmaq;

  2. Müəllifin mövqeyini çatdırmaq;

  3. Müəllifin sənətkarlığı barədə dinləyicilərin dolğun məlumata yiyələnmələrini təmin etmək;

  4. İntonasiyanın oxunun başlıca ifadəlilik vasitəsi olması.

İfaçılıq sənətinin özünəməxsusliğu bədii əsərdə təsvir edilənlərin səslənən sözlə yaradıcı şəkildə canlandırılması, dinləyiciyə çatdırılmasındadırdır. Bu zaman dinləyicinin təxəyyülünə təsir etməklə müəllifin təsvir etdiyi həyat hadisələrinin ifaçının özü kimi göz önündə canlandırılması, yaşanması, qiymətləndirilməsi təmin edilir.

Ifadəli oxu bacarıqlarına yiyələnən şagirddə sözə həssas münasibət, söz sənətinə məhəbbət oyanır. Bu prosesdə müəllimin metodik ustalığı, şəxsi nümunəsi böyük rol oynayır. Müəllimin sözdən istifadə məharəti, nitqinin ifadəliliyi, cəlbedici olması, səsini idarə etmək bacarığı təlim prosesində çox əhəmiyyətlidir. Əgər müəllimin ifası sönükdürsə, onun söylədikləri şagirdlərə təsir etməyəcəkdir. Belə nitqi başa düşmək şagird üçün çətinlik törədir. Müəllimin emosional, təsirli ifası mətnin, təlim materialının şagirdlər tərəfindən başa düşülməsini, yadda qalmasını asanlaşdırır.

Ifadəli oxu əsərin öyrədilməsinin, qavranılmasının mühüm vasitəsidir. Ifadəli oxu zamanı şagird yazıçının təsvir etdiyi həyat hadisələrini, insan talelərini, əsərdəki emosional ovqatı, qəhrəmanların yaşantılarını dərk edir, keçirdiyi hisləri, həyəcanları duyur, təsvir edilənlərin, sətiraltı, mətnaltı mənanın mahiyyətinə nüfuz edir, əsərin ideya-məzmununu dərindən mənimsəyirlər.

İfadəli oxu şagirdlərin dünyagörüşünün inkişafında mühüm rol oynayır. Ifadəli oxu vasitəsilə ədəbiyyatşünaslıq məsələlərinin, bir sıra ədəbi-nəzəri anlayışların mənimsədilməsi təmin edilir. Əsərdəki fonetik səviyyədə obrazlılığın, poetik sintaksisin, heca, əruz, sərbəst vəznin, satira, yumor, mübaliğə, kinayə, bədii sual, mətnaltı məna kimi sənətkarlıq məsələlərinin və s. öyrədilməsində ifadəli oxunun əhəmiyyəti böyükdür.

Məktəblilərin şifahi nitqinin inkişafı ilə bağlı vəzifələrin yerinə yetirilməsində müntəzəm və sistemli ifadəli oxu böyük rol oynayır. Əsərin ideya-məzmununu səslənən sözlə çatdırmaq, dilin incəliyini, gözəlliyini duymaq bacarığına yiyələnən şagirdin özünün də şifahi nitqi inkişaf edir, ifadəlilik, təsirlilik, səlislik, aydınlıq, axıcılıq keyfiyyətləri əxz edir.

Məlumdur ki, bədii əsərin gözəlliyi ilk növbədə səslənən söz vasitəsilə üzə çıxır. Bu baxımdan ifadəli oxu şagirdlərin mənəvi-estetik tərbiyəsi, bədii inkişafının mühüm amillərindəndir. Ifadəli oxu, obrazlı, emosional söz şagirdlərin bədii zövqünü, emosinal duyumunu inkişaf etdirir, onlarda estetik hiss və duyğular oyadır. Bu yolla məktəblilərin bədii inkişafının əsas şərti olan əsərin yaradıcı şəkildə mənimsənilməsi təmin edilir.

İfadəli oxu əmək tərbiyəsinin mühüm vasitəsidir. İfadəli oxu prosesində yalnız bu sahədə xüsusi qabiliyyəti olanlar deyil, hər bir şagird yaradıcı fəaliyyət göstərir, yaradıcı əməyin sevincini, “yaradıcılıq əzablarını” duyur. Əsərdə təsvir edilənləri səslənıən sözlə başqasına çatdırmağı bacaran məktəblidə özünə inam hissi yaranır.

Ifadəli oxunun əsasında iki mühüm cəhət durur: 1. İfa edilən əsərin mahiyyətinə nüfuz edilməsi; 2. Hiss edilənlərin, başa düşülənlərin dinləyicilərə çatdırılması.

Metodik ədəbiyyatda ifadəli oxu bədii mətnin yaradıcı təhlili metodlarından sayılır. İfadəli oxu bacarıqlarının aşılanması üzrə iş bədii əsərin ideya- bədii, mövzu, janr baxımından təhlilinə əsaslanmaqla aparılır.

Əsərin səslənən sözlə çatdırılması ifaçıdan nəyi və hansı məqsədlə dinləyiciyə çatdıracağını, hansı hiss və duyğular, fikirlər, düşüncələr oyadacağını, dinləyicidə hansı qiyməti, nəticəni yaradacağını dəqiq bilməyi tələb edir.