СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Статья на тему : "ŞAGİRDLƏRDƏ MƏNTİQİ TƏFƏKKÜRÜN İNKİŞAF ETDİRİLMƏSİ"

Нажмите, чтобы узнать подробности

Просмотр содержимого документа
«Статья на тему : "ŞAGİRDLƏRDƏ MƏNTİQİ TƏFƏKKÜRÜN İNKİŞAF ETDİRİLMƏSİ"»

Şagirdlərdə məntiqi təfəkkürün inkişafı

Məntiq şagirdlərin təfəkkürünü inkişaf etdirməyə, onların düşünmə qabiliyyətlərini və intellektual səviyyələrini yüksəltməyə, bilik, bacarıq və vərdişlərinin daha məzmunlu və ətraflı formalaşmasına xidmət edir.Şagirddə idrak fəallığı yaradacaq motivasiya, mövzuya uyğun düzgün seçilmiş təlim üsulları, iş formaları, fəal dərsin mərhələlərinə uyğun qurulmuş məqsədli strategiyanın özü də məntiqin, təfəkkürün inkişafına xidmət edir. Oyunlar həmişə uşaqlara xoş təsir bağışlayır. Deməli, oyun metodikasını tətbiq etməklə, tədris prosesini də yaxşılaşdırmaq mümkündür. Buna görə də ibtidai sinif şagirdlərini oyundan ayırmaq deyil, onları, ilk növbədə oyun vasitəsilə öyrətmək daha əlverişli və uşaq təbiətinə uyğundur. Mövcud didaktik oyunlar məntiqi və riyazi baxımdan olduqca əhəmiyyətlidir.

Könüllülük, iştirakçıların yüksək aktivliyi, şagirdlər və müəllimlər arasında əks əlaqələrin yaradılması oyun fəaliyyətinin fərqli xüsusiyyətləridir. Müəyyən məntiq və riyazi modelləşdirmədən oyunlarda istifadə etməklə təhsilalanların yaradıcı təfəkkürünü daha yaxşı inkişaf etdirmək mümkündür. İbtidai siniflərdə əsas riyazi bilik və bacarıqların, habelə müstəqil qavrama qabiliyyətinin formalaşmasında tədris məsələlərindən səmərəli istifadə edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Hər bir müəllim təlim prosesində şagirdlərin idrak fəaliyyətini, onların intellektual hisslərini (şübhə, inam, təəccüb, heyrət və s.) fəallaşdırmaq yolu ilə gücləndirməlidir. Bu, çox önəmlidir.  Bu cür fəallıq nəticə etibarı ilə yaradıcı təfəkkürün, ağılın inkişafına xidmət edəcəkdir.

Şagird təfəkkürünün fəallaşdırılması üçün motivasiyanın düzgün qurulması, dərslərin şagirdlərin xüsusiyyətlərini nəzərə almaqla diferensiyaya uyğun keçirilməsi çox önəmlidir.

Təlimin subyekt-subyekt xarakter daşıması, tədqiqat üsulu vasitəsilə həyata keçirilməsi, dərsin interaktivlik və dialoq əsasında aparılması, qrup, cütlük və fərdi yanaşma əsasında müəllim - şagird qarşılıqlı əməkdaşlığının qurulması, müasir təlim vasitələrinin tətbiqi və tapşırıqların müxtəlifliyi və s. müəllimdən yüksək təşkilatçılıq qabiliyyətinin olmasını tələb edir ki, son nəticədə şagirdlərin yaradıcı, məntiqi təfəkkürünün inkişafına, müstəqil düşüncə, təhliletmə və əqli nəticə çıxarma qabiliyyətlərinin təşəkkülünə zəmin yaransın.