СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Тесты на логическое мышление

Нажмите, чтобы узнать подробности

Просмотр содержимого документа
«Тесты на логическое мышление»

MƏNTİQİ DÜŞÜNCƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ TESTLƏRİ-1

M əktəb___________________________________________sinif______________Fənn: riyaziyyat və ana dili

Şagird__________________________________________________tarix__________________________

1. Həyətdə 7 quş - xoruz və toyuqlar gəzirdi. Hər bir toyuğun 2 cücəsi var. Həyətdə neçə toyuq vardı?

A)4 B)1 C)2 D)3


2. Balıqçı 15 kq balıq ovladı və onları bir- birindən fərqlənən 5 hissəyə ayırdı. Bunu necə etdi?

A) 2,4,4,1,5 B)3,2,1,5,4 C)1,2,4,5,6 D) edə bilməz


3. Bir qutuda 40 ədəd qələm, digər qutuda isə onun yarısı qədər az qələm var.Bütün qələmlərin yarısının yarısı nə qədərdir?

A)15 B)60 C)30 D)20


4. Səbətdə bir neçə alma var. Onların sayı 10-dan azdır. Almaları iki və ya üç uşağa bərabər sayda vermək mümkündürsə, onların sayını tapın.

A)9 B)6 C)5 D)8


5. Bir qarpızın və onunla eyni olan digər qarpızın yarısının birlikdə çəkisi 9 kq-dır. Qarpızın çəkisi nə qədərdir?

A)4 B)9 C) 8 D)6


6. Boşqabda 6 dilim çörək var. İki dilim çörəyi iki bərabər yerə böldülər. Boşqabda neçə dilim çörək oldu?

A)6 B)10 C)8 D)9


7. Bu gün qardaş bacısından 4 il böyükdür. 5 ildən sonra o, bacısından neçə yaş böyük olar?

A)4 B)9 C)1 D)20


8. Tarazlıqda olan gözlü tərəzinin bir gözündə 200 qramlıq çəki daşı və iki eyni parça sabun, o biri gözündə isə 800 qrama bərabər çəki daşları var. Bir parça sabunun neçə qram olduğunu tapmağa calışın.

A) 200 B)300 C) 600 D)400

9. 6 kartof 30 dəqiqəyə bişir. Sizcə 3 kartof necə dəqiqəyə bişər?

A)10 B) 5 C)30 D)15

10. Oglanın 2 müxtəlif rəngli şalvarı və 3 fərqli formalı köynəyi var. Köynək və şalvarlardan neçə cür geyim dəsti düzəltmək olar?

A)5 B)9 C) 7 D)6


11. 1m. uzunluqda taxta parçasını 3 yerdən bərabər böldülər.Bölünmüş ağac parçalarının ölçüsü nə qədər oldu?

A)20 B)25 C)30 D) 15


12.Üç dost kəndə işləməyə getdilər.Kəndə çatanda hava qaraldığı üçün işə başlamadan əvvəl yatıb istirahət etməyi qərara aldılar.Ev sahibinə tapşırdılar ki, onlar üçün kartof qaynatsın,özlə-ri isə gedib yatdılar.Dostlardan biri su içmək oyandı, qazanda kartofları görəndə onları 3 yerə bərabər sayda bölüb öz payını yedi,yatdı.Bundan xəbərsiz olan 2-ci dost su içmək üçün oya-nanda qazandakı kartofları 3 bərabər hissəyə böldü,öz payını yedi yatdı.3-cü dost da bunlardan xəbərsiz yuxudan durub su içmək istəyəndə qazanda qalmış kartofları 3 bərabər hissəyə bölüb 1 hissəsini öz payı kimi yeyib yatdı.Dostlar səhər duranda qazanda cəmi 8 kartof qaldığını gördülər.Məsələni aydınlaşdırıb kartofları öz aralarında bərabər sayda böldülər.Bunu necə etdilər?Ev yiyəsi dostlar üçün cəmi neçə kartof qaynatmışdı?
A) 1,3,4,; 28 B) 0,3,5,; 27 C)2,3,3,; 36 D) 0,4,4,; 18



13. 4,5,7,10,14,? verilmiş ardıcıllıqda sual işarəsinin yerinə nə yazılmalıdır?

A)11 B)19 C)13 D)17


14.Sual işarəsinin yerində nə qədər yük olmalıdır ki, tarazlıq pozulmasın?

?

4 kq

9 sm 6 sm

A)5kq B)6 kq C)7,5 kq D)9 kq


9

7

8


15. Uyğunluğu tapın:

16

15


?



A)208 B)29 C)0.8 D)31


16.Hansı digərlərindən fərqlənir?

A)göz B)ayaq C)qulaq D)burun


17. Hansı sözdə eyni hərf müxtəlif səsləri ifadə edir?

A) Külək B) təklif C) güclü D) təqsir


18.Ağız və burun boşluğunda maneəyə rast gəlməyən samit səs hansı cərgədədir?

A) n,m,l,r B)b,p,h,c C)j,c,d,r D)t,d,J, x


19. Hansı sözdə səsdüşümü, səs uzanması, səsdəyişimi və səsartımı fonetik hadisələrin hamısı var?

A) Təəccüblə B) Dovğa C) Arifanə D) Qabiliyyət


20.Tələffüz şəklində verilmiş hansı söz ikihecalıdır?

A)[inşa:t ] B) )[sa:dət ] C) )[sehrri ] D) )[yamannıx ]


21.Saitlərin növləri üzrə bölgülərdə qarşılığı olmayan sait səs hansıdır?

A) [ə] B) [i] C) [e] D) [ü]


22.Azərbaycan dilində qarşılığı olmayan neçə samit səs var?

A)1 B) 2 C)4 D)5


23.Hansı söz qrupunda məcazi mənalı söz olur?

A)təkmənalı sözlərdə B)çoxmənalı sözlərdə C)omonimlərdə D)eyniköklü sözlərdə


24.Antonimlərdə sözlər formaca necə olmalıdır?

A)eyni B)müxtəlif C)həm eyni,həm müxtəlif D)oxşar


25.”Əşya” və “varlıq” anlayışlarının fərqi nədədir?

A) əşya varlıqdan geniş anlayışdır C) varlıq mücərrəd anlayışları ifadə edir

D) əşya konkret , varlıq isə həm konkret, həm də mücərrəd anlayışları ifadə edir B) fərqi yoxdur

QİYMƏTLƏNDİRMƏ :

Cavablar: doğru________, səhv____________, cavabsız__________ Riyaz-15/........ Azərb.d.-10/......

Nəticə: % ___________________, qiymət______________________