Unudulmuş Şumer
Vaxtıilə bu, sıx məskunlaşmış məhsuldar torpaqda Əhəməni hökmdarları Kir və Dara, Makedoniyalı İsgəndərin qoşunları yürümüş, Ərəb Xilafətinin atlıları çapmış və Osmanlı yeniçəriləri at oynatmış, əsrlərlə bu torpaqlarda köçəri bədəvilər məskən salmışlar. Lakin onların heç biri bilmirdi ki, ayaqlarının altındakı torpaqda nələr olmuşdur.
İllər, əsrlər və minillər keçdi.
Bu torpaqlara gələn bəzi avropalılar düzənlikdə günəşin yandırdığı qəribə təpələr olduğunu görürdülər.Tamamilə unudulmuş bir keçmişin öyrənilməsi zamanı gəlib çatmışdı.
1869-cu ildə fransız arxeoloqu Jül Oppert Şumer və Akkad padşahı adlandırılan qədim padşahlığa aid mixi yazı nümunələrini aşkar etdi. Bu yazılarda hökmdar Sarqon özünü Şumer və Akkadın hakimi adlandırırdı. Arxeoloq Mesopotamiya adlandırılan bu ərazi sakinlərini Şumer xalqı adlandırmağı təklif etdi.Bu ərazi Dəclə və Fərat çayları arasındakı ərazini əhatə etdiyindən ta qədimlərdən yunanlar onu İkiçayarası adlandırmışlar.
O zaman heç kim “Şumer” sözü barədə bilmirdi. Bu xalqın varlığı belə uzun illər idi ki, unudulmuşdu. “İncil”də Şinar adlı ərazidən bəhs edilsə də onun izahı haqqında heç bir məlumat verilmirdi. Bu torpaqda yaşamış böyük mədəniyyət sahibləri barədə də məlumatlar yox idi. Arxeoloqlar üçün uğur 1889-cu ildə Pensilvaniya Universitetinin professoru H. Hilprextin 4-cü ekspedisiyası oldu. Bu zaman o Şumerin Nippur şəhər dövlətində qazıntı işləri aparmışdı. Zikkuratı (məbəd) tədqiq edən alim burada 20 mindən artıq mixi yazı olan kitabxana aşkar etdi. Bu sənədlər külliyatı onları öyrənənlər üçün əsl kəşf oldu. Bunları birbaşa araşdırmaq sözsüz ki, mümkün deyildi. Buna baxmayaraq, burada şumer ədəbiyyatı, dini yazılar, eləcə də ticarətə aid sənədlər kolleksiyası var idi. Sanki gözəgörünməz qüvvlər tədqiqatçıların işinə mane olurdu. Xolera, malariya və qum fırtınaları, digər tərəfdən isə ərazidə gedən müharibələr alimlərə kifayət qədər çətinliklər yaradırdı.Tabe olmaq istəməyən, vəhşi, bir-biri ilə qan düşmənçiliyi aparan tayfalar öz aralarında vuruşmaqla yanaşı, həm də qeyri-müntəzəm qoşunları ilə Osmanlı imperiyasına da qarşı düşmən mövqeydə idilər.Yerli köçəri tayfalar tərəfindən tez-tez hücuma məruz qalmaq, ekspedisiya üzvlərinin silah və əmlaklarının ələ keçirmək cəhdiləri, soyğunçuluq da işləmək imkanlarını azaldırdı. Həyatlarını təhlükələrdən qorumaq üçün arxeoloqlar “sehrli güc”dən raket və fişənglərdən istifadə etmək məcburiyyətində qalırdılar. Bunlar təkcə qadın və uşaqları deyil, həm də tayfanın kişilərini də qorxudurdu.Alimlər yerli əhalini qorxuya salan albasterdən hazırlanmış nəhəng insan başını qazıb çıxartdılar. Necə deyərlər, sanki Yaradan özü alimlərin köməyinə gəldi. Tədqiqatçı alimlər P.Bota, R. Koldevey, O. Leyard və L. Vulli daha böyük müvəffəqiyyət qazandılar. Aşşur padşahlığının ən möhtəşəm məkanı olan Ninevanın ( Neynəva) xarabalıqlarını aşkar etdilər. E.ə. XVIII əsrdə padşah Hammurapinin dövründə Babil Qədim Dünyada tanındı. Sarqon dövrünün mixi yazısının haradan tapılması barədə məlumat yoxdur. İki dildə yazılar aşkar edildi. Heç kimin bilmədiyi yazı mətnləri şifrələndi. Çoxlu sayda ekskavatorların köməyi ilə yüz min kubmetr torpaq təmizləndi və əsrlər boyu torpaq altında yatan unudulmuş bir tarix üzə çıxarıldı.
Qaranlıqdan əsrlərə
Ur şəhərinin xarabalıqları aşkar ediləndə məlum oldu ki, bu şəhər çox zəngin bir şəhər olmuşdur. Buradakı hökmdarlar olduqca zəngin həyat sürürmüşlər. Hətta Misir hökmdarı Tutanhamon onların yanında adi kasıb birisi imiş. Çox təəssüflər ki, arxeoloqlar bu məzarların talan edilməsinin şahidi oldular. Soyğunçular heç qəbirlərə də rəhm etməmişdilər. Lakin buna baxmayaraq antik sarayların və məbədlərin xarabalıqları, qanadlı öküzlər və insan başlı şirlər, heykəl və müxtəlif qanadlı canlıların bədənləri olan nümunələr aşkar edildi. Divarlarda döyüş səhnələri, döyüş arabaları zəngin bəzəklərlə təsvir edilmişdi. Bu da sənətkarların çox böyük ustalığından xəbər verir. Qədim divarlarda nələr qorunub saxlanmamışdı: başlarında dəbilqə, ox atan döyüşçülərin təsvirləri, dua edən, kədərlindən saçlarını yolan qadınların görüntüləri, zərif paltarlar geyinmiş hakim təbəqə üzvləri, pələng təsvirləri, heç kimin tanımadığı yarımifik hökmdar e.ə. təxminən 3750 - ci ildə yaşamış hökmdar Naram-Sinin kərpiçlər üzərində ki, möhürü və s. Həmçinin tanrıların saqqallı təsvirləri, əllərində silah tutan döyüşçülər və müxtəlif qurğular, at, fil, meymun, qoç, it və quş təsvirləri... Eləcə də nizə və xəncəl ucluqları, sikkələr, boyunbağılar, bilərzik və sırğalar, üzüklər, qab-qaşıqlar, qədim əfsanələrdə təsvir edilən müxtəlif yeməklər...və s. və il.
Unikal məlumat
Tapılmış və şifrəsi açılmış mixi mətnləri keçmiş tarixə nəzər salmağa, “Homo Sapiens”in meydana gəlməsi, Nibiru planeti haqqında, bu planetdən gəlmələr haqqında və digər başqa məlumatları öyrənməyə əsas verdi. Mixi yazıların oxunması nəticəsində məlum oldu ki, yadplanetlilər necə Yer kürəsinə gəlmişlər, insanlara sənətkarlığı necə öyrətmiş, qədim mədəniyyəti necə yaratmışlar. Mixi mətnlərində Nibiru hökmdarı Anunun Yerə iki dəfə ziyarəti, burada hökmdar hakimiyyətinin yaratması haqqında məlumat vardır. Şumerlərin yüksək biliyə malik olmaları xüsusilə astronomiya, riyaziyyat və metallurgiya sahəsində nailiyyətləri diqqət çəkir. Qədim şumerlərə təkcə misin 23 növü məlum olmuşdur. Şumer sivilizasiyasının məhvi ilə bir çox biliklər unudulmuşdur. Lakin bu gün də şumerlərdən qalma mirasdan istifadə edirik.12 bürc, ilin 12 ayı, 1 dəqiqənin 60 saniyə olması, dairənin 360 dərəcə olması və s. bizə şumerlərdən qalmadır. Şumer mətnlərində göstərilən bir çox məsələlər sonradan “İncil” və “Quran”da öz əksini tapmışdır. Şumer məlumatlarına əsasən Zəkəriyyə Sitçin “İtirilmiş hökmdarlıq və sivilizasiyalar”, Alan Elford “Tanrıların və insanların xronologiyası”nı tərtib etmişlər. Mətnlərdə şumerlərin dini görüşləri tam əks olunur.
Şumer kahin kömək etdi...
Doğrudan da, bir dəfə məlumat alimə sirli formada gəlmişdir. Ekspedisiyanın sonunda Hilprext qazıntılar və onun nəticələri haqqında kitab yazmış və onu çap üçün səhərisi gün nəşriyyata verməli idi. O, aşkar etdiyi iki tapıntını da bura əlavə etmişdi, lakin arxeoloq yazıları oxuya bilmirdi. Hilprext öz kabinetində oturub gecə saatlarına qədər mətnin şifrələnməsinə və kitaba son görüntünü verməyə çalışırdı. Oturduğu yerdə mürgüləyən alim (bu mürgü yox, başqa dəyişiklik halı da ola bilərdi) birdən yanında Şumer kahini formasında bir adam görür. Çaşqın halda arxeoloq ayağa qalxır, lakin o öz kabinetində deyil daş pilləkən üstündə özünü gördü. O, hətta kahinin ingilis dilində ona “Ardımca gəl! Mən sənə kömək edəcəm” dediyinə də təəccüblənmədi. Onlar küçədə bir neçə binaları keçərək böyük bir salona daxil olurlar. “Biz haradayıq?” - deyə Hilprext soruşur. -“Nippurda, Dəclə və Fərat çaylarını arasında. Biz tanrıların atası olan Belin məbədindəyik”- deyə kahin cavab verir. Qazıntılar zamanı arxeoloqlar xəzinə aşkar etmədilər deyə alim onu müşayət edəndən soruşdu. Kahin onu məbədin ən ucqar küncündəki kiçik bir otağa apardı. Taxta sandıqda Hilprext şifərəsini aça bilmədiyi mətnləri gördü. Kahin bunların kassitlərin hökmdarının Kuriqalzu məbədinə hədiyyyə etdiyi silindirin hissələri olduğunu izah etdi. Onlardan tanrıya heykəl düzəltməkdə istifadə etmək istəyirmişlər. Lakin kəsilmə zamanı hissələrdən biri parçalandı və ona görə də istifadəsiz qaldı. Arxeoloqun xahişi ilə kahin bu yazıları oxuyur. Oyandıqdan (özünə gəldikdən) sonra Hilprext kahinin ona dediklərini yazır.Yazılar çox uzaq keçmişdən xəbər verirdi. Bu tərcümə digər alimlər tərəfindən bu gün də qüsursuz sayılır. Məbəddəki sandığın yeri də kahinin göstərdiyi yerlə dəqiqliklə uyğun gəlirdi. ...
Hələ də minlərlə oxunmamış mixi mətnlər öz tədqiqatçılarının yolunu gözləyir və heç kim bu yazılarda insanlığa daha hansı məlumatlar veriləcəyini bilmir.
Mənbə:http://2planeta.ru/news/zabytyj_shumer/2019-07-05-77444
Rus dilindən tərcümə etdi: Əsədov Seyyub Əsəd oğlu -Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi