Elxan Bəylə rov
Rəfail Əliyev
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
Şirvan-Salyan REGİONAL TƏHSİL İDARƏSİ
Şirvan şəhər Təhsil Sektoru
M.Osmanov adına 20 №li tam orta məktəb
MƏKTƏB BİRLƏŞMİŞ FƏNLƏR KAFEDRASININ ƏSASNAMƏSİ
Şirvan-2024
“Təsdiq edirəm”.
M.Osmanov adına
20№li tam orta məktəbin
direktor vəzifəsini icra edən /Həyat Əliyeva/
“ “ ____________________ 2024-cü il
Əmr № , “ “ _____________ 2024-cü il
Bu “ƏSASNAMƏ” məktəb pedaqoji şurasının
“ “ ________________ 2024-cü il tarixli
islasında müzakirə edilərək istifadə üçün qəbul edilib.
Protokol № , “ “ ___________________ 2024-cü il
M.Osmanov adına Şirvan şəhər
20№li tam orta məktəbin
BİRLƏŞMİŞ FƏNLƏR
KAFEDRASININ
ƏSASNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Məktəbin birləşmiş fənlər kafedrası haqqında Əsasnaməsi (bundan sonra Əsasnamə) M.Osmanov adına Şirvan şəhər 20№li tam orta məktəbin daxili sənədi olub məktəbin birləşmiş fənlər kafedrasının(bundan sonra Kafedra) əsas fəaliyyət əsaslarını və kafedra rəhbərinin funksiyalarını, Kafedrada işin təşkili və idarəetmə əsaslarını müəyyən edir,eləcə də Kafedra üzvlərinin vəzifə və hüquq-larını tənzimləyir.
1.2. Bu Əsasnamə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” (Azərbaycan Respublikası Prezidentinin2013-cü il 24 oktyabr tarixli nömrəli Sərəncamı ilə təsdiq edilmiş),“Təhsil haqqında” Azərbaycan Respublika-sının Qanunu (2009-cu il 19 iyun tarixli 833-IIIQ nömrəli) “Ümumi təhsil haqqında Azərbaycan Res-publikasının Qanunu”(27 may 2019-cu il),Məktəb Nizamnaməsi və ümumtəhsil məktəblərinin fəaliyyətini tənzimləyən Azərbaycan Respublika-sının digər normativ-hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır.
1.3. Kafedra müəllimlərin elmi, metodiki və peşəkar bacarıqlarını təkmilləşdirmək, müasirliyi təmin etmək məqsədilə səmərəli qarşılıqlı əlaqənin təşkili,məktəb şa-girdlərinin təlim-tərbiyəsi üçün tələbləri birləşdirərək həyata keçirilməsinə müasir yanaşmaları inkişaf etdirən yaradıcı təşəbbüsləri,təhsil fəaliyyətini həyata keçiril-məsini təmin edən müəllimlər birliyinin xüsusi formasıdır.
1.4. Kafedra məktəbin metodik şurası tərəfindən hazırlanmış təsdiq edilmiş yanaş-ma və strategiyaları həyata keçirir,öz işini məktəbin iş planına və bu Əsasnaməyə uyğun təşkil edir.
1.5. Kafedra məktəbin metodik şurasının təqdimatına əsasən məktəb direktoru-nun əmri ilə yaradılır (ləğv edilir).
1.6.Kafedranın üzvlərinin sayı hər tədris fənni üzrə bir müəllim olmaqla onun bölmələr üzrə strukturuna uyğun müəyyən edilir.Birləşmiş fənlər kafedrası bir-birinə yaxın fənləri özündə birləşdirən 5 struktur bölmədə fəaliyyət göstərir:
BİRLƏŞMİŞ FƏNLƏR KAFEDRASI
STRUKTUR BÖLMƏLƏR
İBTİDAİ TƏDRİS FƏNLƏRİ:
1.Azərbaycan dili
2.Riyaziyyat
3.Xarici dil
4.İnformatika
5.Həyat bilgisi
6.Texnologiya
7.Təsviri incəsənət
8.Musiqi
RİYAZİYYAT-İNFORMATİKA FƏNLƏRİ:
1.Riyaziyyat
2.İnformatika
3.Rəqəmsal bacarıqlar
SOSİAL-HUMANİTAR FƏNLƏR:
1.Azərbaycan dili və ədəbiyyat
2.Tarix
3.Xarici dillər
TƏBİƏT FƏNLƏRİ:
1.Fizika
2.Kimya
3.Biologiya
4.Coğrafiya
5.Təbiət
6.Həyat bilgisi
TƏTBİQİ FƏNLƏR:
1.Texnologiya
2.Təsviri incəsənət
3.Musiqi
4.Fiziki tərbiyıə
5.Çağırışaqədərki hazırlıq
1.7.Kafedranın işi müəllimlərin peşəkar potensialının səmərəli istifadə və inkişafı-na,müvafiq tədris fənlərinin tədris metodlarının təkmilləşdirilməsi və bütövlükdə məktəbdə tədris fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə yönəlmişdir.
1.8. Bu Əsasnamə kafedranın struktur bölmələrinin funksuonal fəaliyyətinin tən-zimlənməsi məqsədilə hazırlanmış və Kafedra üzvləri olan fənn müəllimlərinin ixtisas və tədris fəaliyyəti ilə bağlı funksiyalarını, vəzifələrini və məsuliyyətlərini müəyyən edir.
2. Məktəb birləşmiş fənlər kafedrasının fəaliyyətinin məqsəd və vəzifələri
2.1. Kafedranın fəaliyyətinin əsas məqsədi təhsiverənlərin metodiki və elmi-metodiki işlər vasitəsi ilə davamlı stimullaşdırıcı inkişafını təmin edən təhsil qanununun tələblərinə uyğun vahid inkişafetdirici təhsil mühiti yaratmaqır.
2.2. Kafedra aşağıdakı vəzifələri yerinə yetirir:
- müəyyən bir təhsil sahəsində fənn və ya fənlər qrupun tədrisi vəziyyətinin öyrə-nilməsi və təhlili;
- pedaqoji fəaliyyət üzrə yeni məzmun,texnologiya və metodların mənimsənil-məsi;
- qabaqcıl pedaqoji təcrübənin ümumiləşdirilməsi, onun təbliği və məktəb prakti-kasında tətbiqi;
- müəyyən tədris sahəsi və ya fənn çərçivəsində eksperimental,innovativ fəaliy-yətin təşkili;
- istedadlı uşaqların aşkarlanması və dəstəklənməsi,təhsilalanların olimpiada,mü-sabiqə və yarışlarda nəticəli hazırlığının təmini;
- müəllimlərin peşəkar, mədəni, yaradıcı inkişafının təşkil edilməsi.
3. Məktəb birləşmiş fənlər kafedrasının fəaliyyətinin məzmunu əsas fəaliyyət formaları
3.1.Kafedranın fəaliyyətinə aşağıdakılar daxildir:
- metodik işlərin təşkili, o cümlədən metodiki konfranslar, seminarların keçirilməsi, müəllimləri təhsilin məzmundakı dəyişikliklərlə tanış etmək;
- qabaqcıl pedaqoji təcrübənin ümumiləşdirilməsi və yayılması,mətbuat üçün hazır-lanması,məktəb təcrübəsində tətbiqi, məktəb metodiki şurasına təqdim edilməsi.
-təhsilverənin öz səriştə və bacarığı çərçivəsində pedaqoqun işinin planlaşdırılma-sı,təşkili və məzmunu məsələləri üzrə kurs,seminar,praktikum,mühazirə və məslə-hət saatlarının təşkili;
-tədrisin vəziyyətinin və təhsilalanların bilik keyfiyyətinin öyrənilməsi və təhlili, gələ-cəkdə təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması;
-tərtib edilmiş qrafik üzrə dərslərin qarşılıqlı dinlənilməsini və təhlilinin həyata keçi-rilməsi, əldə edilən nəticələrin təhlil və özünütəhlillə nail olunan açıq dərslərin təşkil edilməsi;
-pedaqoli heyətin sistemli peşəkar təkmilləşdirilməsinin təşkilində iştirak etmək;
-pedaqoji işçilərin müxtəlif səviyyələrdə konfrans, müsabiqələrdə,seminar və digər elmi tədbirlərdə peşəkar ustalıqla iştirakının təşkili;
-pedaqoji kadrların professional ehtiyaclarının müəyyən edilməsi və təhlili, gənc təh-silverənlərə pedaqoji ustalığın mənimsədilməsində kömək etməklə onların peşə və karyera yüksəlişinin artırılması;
-ümumtəhsil fəaliyyətində informasiya və multimediya alətləri və texnologiyala-rının, elektron tədris resurslarının və digər innovativ tədris texnologiyalarının hazır-lanması və tətbiqi;
-təhsilalanların ümumtəhsil nəticələrinə ilkin,cari və yekun nəzarət məqsədilə mü-əyyən mərhələlərdə yoxlama keçirmək üçün qiymətləndirmə materiallarının işlə-nib hazırlanması və təsdiqi;
-kafedranın,bütövlükdə məktəbin elmi-tədqiqat işlərinin istqamətlərinə uyğun olaraq didaktik və metodik materialların işlənib hazırlanması;
-məktəbin əsas ümumtəhsil proqramlarının,əlavə təhsil üçün ümumtəhsil proqram-larının işlənib hazırlanmasında iştirak etmək;
-ümumtəhsil proqramlarının tam həcmdə,təhsilalanların təlim keyfiyəyyətinin müəy-yən edilmiş tələblərə uyğun hazırlığı,təlim və tərbiyənin qəbul edilmiş forma, va-sitə,metodlara,yaş,psixofiziki xüsusiyyətlərə,meyl,qabiliyyət və tələblərinə uyğun re-allaşmasının təmini;
-ibtidai,əsas və orta ümumtəhsil məktəblərində təhsil fəaliyyətini həyata keçirmək üçün təhsil nazirliyi tərəfindən təsdiq olunmuş dərslik,eləcə də ümumtəhsil proq-ramlarını həyata keçirmək üçün nəzərdə tutulmuş tədris vəsaitlərinin siyahısının müəyyən edilməsi;
-tədris fənləri, kurslar,modullar üzrə işçi proqramlarına tərbiyə nəticələrinin əsas hədəfləri,dərslər və dərsdənkənar məşğələlərin tərbiyələndirici vəzifələrinin və uçotunun daxil edilməsi;
-tədris fənlərinin, kursların, modulların iş proqramlarına tərbiyə işinin təqvim-planı-na uyğun olaraq mövzuların daxil edilməsi;
-elmi-praktik tədbirlərin təşkili və keçirilməsi; təhsilalanların müxtəlif səviyyələrdə fənn olimpiadalarında,elmi-praktiki konfranslarda,müsabiqələrdə iştirakının dəs-təklənməsi;
-fənn və meta-fənn tədris hadisələrinin (fənlər çərçivəsində həftələr,məruzə və s. ”Şirvanda ailə həftəsi”)
-tədris (olimpiada, ustad dərsləri və s.) və əyləncəli tədris (turnirlər,poster sərgilə-ri,tematik əl işləri: modellərin,xəritələrin,rəsmlərin və s.) tədbirlərinin keçirilməsi;
-təhsil problemlərinin həlli üçün inteqrasiya proseslərinin təşkili, "məktəbdən kənar-laşdırma" prosesindən istifadə etmələ şəhər məkanından istifadə;
-təhsilalanlarda milli-əxlaqi və sosial-mədəni dəyərlərin formalaşdırılnası üçün tari-xi maarifləndirməyə əsaslanan Azərbaycan tarixi şüuruna dərslərin məzmununa uy-ğun,tapşırıqlar,köməkçi materiallar, problemli vəziyyətlər müzakirələr aparmaq üçün tədris fənlərinin tərbiyələndirici imkanlarından maksimum istifadə:
- Kafedranın strukturlarının qarşılıqlı əməkdaşlığı;
3.2. Kafedranın əsas fəaliyyət formaları bunlardır:
3.2.1. Kollektiv:
- metodik seminar;
- metodik həftə;
- elmi-praktik konfrans;
- pedaqoji mütaliələr;
- metodik sərgi;
- pedaqoji bacarıqların estafet yarışı/marafonu;
- təhsilverənlərin yaradıcı hesabatı;
- mövzu həftələri, tematik "Şirvanda ailə şənbələri";
- tədris metodikası və təhsilalanların tərbiyə məsələlərinə həsr olunmuş iclaslar..
3.2.2. Qrup:
- dərslərdə qarşılıqlı iştirak;
- ustad dərsləri;
-açıq dərslər, sinifdənkənar fəaliyyətlər üzrə açıq məşğələlər, fənn üzrə dərsdən-kənar tədbirlər;
-dəyirmi masa;
-metodiki dialoq.
3.2.3. Fərdi:
- müsahibə;
- özünü təhlil;
- məsləhətləşmələr;
- özünütəhsil;
- təlim;
- mentorluq.
4. Kafedranın strukturu və iş qaydası
4.1.Kafedraya təcrübəli müəllimlər arasından ən çox seçilən təhsilverən rəhbərlik edir.
4.2. Kafedranın tərkibinə daxil olan fənn müəllimləri birbaşa kafedra müdirinə tabe-dirlər.
4.3. Kafedranın işi məktəbin metodik şurası ilə razılaşdırılır,kafedranın bir tədris ili üçün hazırlanmış iş planı,məktəbin tədris planı,pedaqoji şuranın qərarları,məktəbin illik iş planı və məktəbin metodiki şurasının iş planına uyğun şəkildə həyata ke-çirilir.
4.4.Kafedranın iclasları ayda bir dəfədən az olmayaraq keçirilir.Bu iclaslarda müza-kirə olunan məsələlərin hər biri üzrə qərarlar qəbul edilir və kafedra iclasının proto-kolunda qeyd olunan tövsiyələr kafedra müdiri tərəfindən imzalanır.
4.5.Struktur bölmələrə aid tematik məsələlər nəzərdən keçirilərkən yalnız konkret struktur bölmənin üzvləri iclasa dəvət olunurlar.
4.6.Tədris ilinin sonunda kafedranın fəaliyyətinə aid materiallar təhlil üçün təhsilin keyfiyyətinin idarə edilməsinə görə məsul olan tədris işləri üzrə direktor müavini-nə təqdim edilir.
4.7.Kafedranın fəaliyyətinə aid materiallar üç il ərzində kafedra müdirində saxlanılır.
5. Kafedra müdirinin funksional vəzifələri:
Kafedra müdiri:
- kafedranın işini təşkil edir və istiqamətləndirir;
- kafedranın işinin perspektiv və cari planlaşdırılmasını həyata keçirir;
- kafedranın sənədləşməsini aparır;
- fənn müəllimlərinin seçimdə iştirak edir və fənn müəllimlərini işə qəbul üçün töv-siyə edir;
- kafedranın müəllimlərinin dərs yükünün bölüşdürülməsində iştirak edir,işçilər ara-sında funksional öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir;
- sinif otaqlarının tədris avadanlıqları, əyani vəsaitlər, TTV ilə təchiz edilməsində iştirak edir;
- öz səlahiyyətləri daxilində kafedranın müəllimlərinin fəaliyyəti ilə bağlı daxili moni-torinq həyata keçirir;
- birləşmiş fənlər kafedrasının təhsilverənlərinin attestasiyası üçün materialların hazırlanmasında/ ekspertizasında iştirak edir;
- Məktəb Attestasiya Komissiyasının tərkibinin üşçləri sırasında fəaliyyət göstərir;
-kafedra müəllimlərinin kafedranın plan-qrafikinə daxil edilməsi üçün tövsiyələr təq-dim edir;
-plan-qrafik üzrə təkmilləşdirmə kurslarının keçirilməsinə nəzarəti təmin edir;
-təhsilverənlərin fərdi təhsil marşrutunun hazırlanması və reallaşmasına dəstəyi həyata keçirir;
- kafedra iclaslarında müəllimlərin çıxışlarını nəticənin təqdim edilməsi formalarına (çıxış, təqdimat, məruzə,ustad dərsi, açıq dərs,nəşr və s..) uyğun olaraq planlaş-dırır, açıq dərslərin keçirilməsini təşkil edir;
-təhsilalanların aralıq attestasiya-qiymətləndirilməsinin (KSQ,BSQ,monitorinq və s.) keçirilməsi üçün materialların hazırlanmasında//ekspertizasında iştirak edir;
-təhsilalanların cari və aralıq attestasiya-qiymətləndirilməsinin nəticələrini təhlil edir, nəticələri protokollar və analitik hesabatlar şəklində təqdim edir;
- məktəbin əsas təhsil proqramlarının hazırlanmasında iştirak edir;
-işçi proqramların vaxtında lokal normativ aktlara uyğun tərtib edilib hazırlan-masına nəzarət edir;
-dərslərdə,sinifdənxaric fəaliyyət çərçivəsində məşğələlərdə,kafedra üzvlərinin keçirdiyi digər tədbirlərdə iştikak edir,nəticələri təhlil edərək təhsilverənlərin nəzərinə çatdırır;
-kafedranın tərkibində fəaliyyət göstərən struktur bölmələrin təhsilverənlərinin, digər məktəb,ali məktəb,eləcə də təhsillə bağlı müxtəlif səviyyəli digər təhsil subyektləri ilə qarşılıqlı, koordinativ əlaqələri təşkil edir;
-ibtidai siniflər üzrə direktor müavini ilə qarşılıqlı əlaqə yaratmaqla dərsə gəl-məyən təhsilverənlərin dərs cədvəli üzrə dərslərinin əvəz olunmasını təşkil edir (“İBTİDAİ TƏDRİS FƏNLƏRİ” bölməsi);
- innovativ proqram və texnologiyaların mənimsənilməsində, metodiki hazırlıq və tədbirlərin(olimpiada,müsabiqə və s.) keçirilməsində təhsilverənlərə metodiki kö-məyi təşkil edir,müəllimlər üçün tədris-metodiki işin təşkili məsələləri üzrə məslə-hətləşmələr təşkil etməklə maarifləndirmə işləri aparır;
- təhsilverənlərin peşə bacarıqlarının artırılmasını təmin edir;gənc mütəxəssislər və yeni işə qəbul olunmuş pedaqoji işçilər üçün öyrədici təlimlər təşkil edir;
-təhsilalanların müxtəlif qruplarında dərs deyən təhsilverənlərə metodiki kömək təşkil edir;
- Kafedranın müəllimlərinin məlumat bazasını yaradır;
- ayda bir dəfədən az olmayaraq kafedra müəllimlərinin tədris, elmi, metodiki fəaliy-yəti və tərbiyəvi işlərin perspektiv və cari planlaşdırılmasının müzakirəsi üzrə ka-fedra iclasını keçirir;
- kafedranın iş planının icrasına nəzarət edir;nəticələri təhlil edir və korrektəedici işlər görür;
-kafedranın fəaliyyəti üzrə informativ-analitik materialları ümumiləşdirir,ildə bir dəfə (iyun ayında) məktəbin metodiki şurasının iclasına təqdim etmək üçün kafedra-nın fəaliyyəti haqqında ümumiləşdirilmiş analitik material hazırlayır.
6. Kafedra üzvlərinin hüquq və vəzifələri
6.1. Kafedranın müəllimləri - üzvləri aşağıdakı hüquqlara malikdirlər:
- kafedra üzvü olan müəllimlərin tarifləşdirmə zamanı dərs yükünün bölüşdürülmə-sində arzularını ifadə etmək;
-Azərbaycan Respublikasının mövcud qanunvericiliynə uyğun olaraq pedaqoji işçilərə həvəsləndirici ödənişlərin bölüşdürülməsinə dair təkliflər vermək;
-ixtisas kateqoriyasını yüksəltməklə müəllimlərin irəli çəkilməsi üçün tövsiyə və tək-liflər hazırlamaq;
-məktəbdə tədris fəaliyyətinin daha da yaxşılaşdırılması üçün təkliflər irəli sürmək;
-təmayül təhsilinin ümumi orta təhsil səviyyəsində təşkili haqqında məsələnin həl-lində ıştirak etmək ,fənlərin baza və ya dərinləşmiş səviyyədə öyrənilməsini məktə-bin tədris planına uyğun həyata keçirmək;
- cari nəzarət sisteminin və təhsilalanların aralıq attestasiyasının, onların qiymətlən-dirilməsi meyarlarının müəyyən edilməsində iştirak etmək;
- Məktəbin İnkişaf Proqramı və tərbiyəvi iş proqramının həyata keçirilməsi üçün təkliflər vermək.
6.2. Kafedranın üzvü olan hər bir müəllim borcludur:
- kafedranın iclaslarında, praktiki seminarlarda və açıq tədbirlərin (dərslər, dərs-dənkənar fəaliyyətlər) işlənib hazırlanmasında iştirak etmək;
-kurslar,tədris proqramları və modulların,dərsdənkənar fəaliyyət üzrə kursların, əlavə ümumtəhsil proqramlarının,tərbiyə işləri üzrə işçi proqramların işlənib ha-zırlanmasında iştirak etmək;
- normativ-hüquqi bazanı bilmək və öz fəaliyyətində onu rəhbər tutmaq;
- tədris fəaliyyətinin özünütəhlil əsaslarına yiyələnmək;
- fərdi təhsil marşrutuna malik olmaq;
- öz fəaliyyətini yüksək peşəkar səviyyədə həyata keçirmək;tədris fənlərinin,kurs-ların, modulların tədrisinin ümumtəhsil proqramlarına uyğun olaraq tam həcmdə həyata keçirilməsini təmin etmək.
7. Kafedranın sənədləşdirilməsi
Kafedranın sənədlərinə aşağıdakılar daxildir:
- kafedranın cari tədris ili üçün iş planı;
- kafedra üzvləri olan pedaqoji heyət üçün fərdi təhsil marşrutları;
-kafedra üzvləri olan təhsilverənlər haqqında məlumat bankı: adlı siyahı, təh-sili, ixtisası, tədris etdiyi fənn,pedaqoji staji,ixtisas kateqoriyası, son sertifikatlaş-dırma tarixi, uzunmüddətli sertifikatlaşdırma planı; keçdiyi təkmilləşdirmə kursları haqqında məlumat(son tarix, perspektivdə); cari tədris ilində dərs yükü;
- kafedra iclaslarının protokolları;
- kafedranın ötən tədris ilində gördüyü işlər haqqında hesabat;
-informativ,analitik arayışlar, diaqnostik sənədlər;
- kafedranın tapşırıq və funksiyalarını yerinə yetirmək üçün zəruri olan digər sənəd-lər.
7.Kafedranın fəaliyyətinə nəzarət
7.1.Kafedranın fəaliyyətinə nəzarəti məktəbin iş planına,direktor tərəfindən təs-diq olunmuş tərbiyə işləri üzrə təqvim-planına uyğun olaraq məktəbin direktoru, direktor müavinləri həyata keçirir;
Əsasnamənin qüvvədə olma müddəti yeni dəyişikliklər edilənə kimidir.
12