СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

“Azərbaycan və Qızıl Orda dövləti”

Категория: История

Нажмите, чтобы узнать подробности

Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətləri daim onun başına müsibətlər açmışdır. Xaricdən gələn “qonaqlar” bu diyarı çapıb-talamaq üçün müxtəlif vasitələrə, o cümlədən qanlı müharibələrə də əl atmışlar. Belə müharibələrdən əzab çəkənlər isə bu torpağın köklü sakinləri-azərbaycanlılar olmuşdur. Mövzuda çalışmışam ki, XIII-XIV əsrlərdə Elxanilərlə-Qızıl Orda arasında baş vermiş bu müharibələrin səbəblərini və acı nəticələrini az da olsa işıqlandırım.                                  

 

Просмотр содержимого документа
«“Azərbaycan və Qızıl Orda dövləti”»

Geniş əraziyə, zəngin tarixə malik olan Azərbaycan orta əsrlərdə Şərq və Qərb ölkələrinin ictimai-iqtisadi və siyasi həyatında, özünün coğrafi mövqeyi və ictimai-siyasi, strateji əhəmiyyətinə görə özünəməxsus yer tutmuşdur.

XIII yüzilliyin əvvəlində Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik olan monqol dövlətinin yarandığı dövrdə Azərbaycanda daxili və xarici vəziyyət mürəkkəb idi. Monqol qoşunları qısa müddət ərzində geniş işğalçılıq yürüşlərinə başlayaraq böyük ərazilər istila etdilər. Onlar 1239-cu ildə Azərbaycanı, bütövlükdə Cənubi Qafqazı işğal edirlər və 1239-1258-ci illərdə bu ərazilər Ali Monqol Xaqanlığının təyin etdiyi canişinlər tərəfindən idarə edilir. Ön Asiya, Qafqaz və Kiçik Asiyanı yenidən itaətə gətirməyə göndərilən Hülakü xan (1258-1265) işğal etdiyi ərazilərdə V monqol ulusu - Hülakülər (Elxanilər) dövlətini yaradır. Azərbaycan yaranmış Elxanilər dövlətinin siyasi-inzibati mərkəzinə çevrilir.

Hülakülər dövlətinin yarandığı ilk vaxtlardan başlayaraq, Azərbaycan uğrunda Hülakülərlə, Azərbaycandan şimalda yerləşən digər monqol dövləti Qızıl Orda arasında mübarizə getmişdir. Azərbaycan dəfələrlə Qızıl Orda xanlarının hücumuna məruz qalmışdır. Bu hücumlar Azərbaycanın ictimai-iqtisadi həyatına və xalqın vəziyyətinə mənfi təsir göstərmiş, onun inkişafını ləngitmişdir.

Azərbaycan öz təbii sərvətləri, tranzit ticarət karvan yolları və hərbi strateji əhəmiyyətinə görə qızılordalıları özümə cəlb edirdi. Qızıl Orda xanları həmişə Azərbaycan torpaqlarını işğal etməyə çalışmışlar və bu məqsədlərinə çatmaq üçün mümkün olan bütün vasitələrdən istifadə etmişlər. Hülakü xandan başlayaraq bütün elxani hökmdarları dövründə, müəyyən fasilələrlə və sonrakı dövrlərdə, Qızıl Orda xanı Bərəkə xandan (1256-1266) başlayaraq Toxtamış xana qədər (1395-ci ildə öldürülüb) Azərbaycan uğrunda bu iki dövlət arasında müharibələr getmişdir. Bütün XIII və XIV əsrlər boyu Azərbaycan Qızıl Orda xanları ilə Hülakülər arasında hərbi əməliyyat meydanı olmuşdur.

Ölkənin tarixinin araşdırılması və onun qonşu dövlətlərlə münasibətlərinin geniş mənbəşünaslıq bazası əsasında tədqiqatı, zamanın sınağından çıxmış bir metotdur. Qızıl Orda dövlətinin Azərbaycana hücumlarının öyrənilməsi o dövrdə Azərbaycanın geosiyasi mövqeyinin hansı təsirlərə məruz qaldığını göstərirsə, bu hücumlar və onların nəticələrinin öyrənilməsi, XIII-XIV əsrlərdə baş vermiş hadisələrin cəmiyyətin iqtisadi, siyasi və mədəni dayaqlarında baş vermiş dəyişikliklərin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir.

Azərbaycan tarixinə, eləcə də Yaxın Şərq tarixinə aid əhəmiyyətli əsərlərdən biri tarixçi, həkim və filosof, gorkəmli dövlət xadimi Fəzlullah Rəşidəddinin (1247-1318) “Cami-ət-təvarix”əsəridir. Bundan başqa öyrənilən dövrün sosial-iqtisadi tarixini araşdırmaq üçün “Mukatebate-Rəşidi”adı ilə tanınan “Rəşidəddinin məktubları”nın da əhəmiyyəti vardır.

Həmdullah bin Mustofi Qəzvininin “Tarix-e qozide”əsəri bu dövr üçün mühüm mənbə sayılır. Əsərdə müəllif qısa şəkildə Azərbaycanın XIV əsrın I yarısınadək, xüsusən 1335-1344-cü il hadisələrini illər, bəzən də günlərlə təsvir edir. Onun oğlu Zeynəddin bin Həmdullah Qəzvininin “Zeyle-tarixe-qozide”adlı əsərində Cəlairlər dövrü və 1391/2-ci-ilədək hadisələr əks olunur.

XIV əsrin 30-60-cı illəri barədə (Cəlairlər dövlətinin ilk dövrünün ictimai-siyasi və iqtisadi durumu və xüsusilə Əmir Çobanın dövrü, Canı bəyin Təbrizi tutması barədə) görkəmli Azərbaycan tarixçisi Əbubəkr əl Qütbi əl Əhərinin “Tarixi Şeyx Üveys”əsəri məlumat verir.

XIV əsrin sonu-XV əsrin əvvəlinə aid məlumat verən Teymur tarixçilərindən biri Nizaməddin Şamidir. Onun“Zəfərnamə”adlı əsərində Qızıl Orda xanı Toxtamışla Əmir Teymurun münasibətləri və müharibələri haqqında maraqlı məlumatlar verilir.

Teymuri hökmdarı Şahruxun tarixçisi olan Fasih Əhməd bin Cəmaləddin Mühəmməd əl Xəvafinin “Mucumal-i Fsihi”adlı əsərındə XIV-XV əsrin II yarısınadək baş vermiş hadisələrin xronologiyası verilmişdir.

Monqol işğallarından sonra, XIII əsrdə avropalıların Şərqə səyahət erası başlanır, əsrdən-əsrə bu səyahətlər daha da artır. Bu hər şeydən əvvəl monqol qoşunlarının Adriatik dənizi sahillərinə çıxması və xristian Avropasını böyük təhlükə qarşısında qoyması ilə əlaqədar idi. Digər tərəfdən bu, Avropa ölkələrinin Şərqə olan ticarət, iqtisadi və siyasi maraqlarından irəli gəlirdi. Ali Monqol Xaqanlığının və sonra Hülakülər dövlətinin yaranması dünya tranzit ticarətinin əsas istiqamətlərinin dəyişməsinə səbəb oldu. Hindistan-İran-Azərbaycan-Kiçik Asiya yolları Hindistan-Misir və Hindistan-Bağdad yollarını sıxışdırmaqla üstünlük qazanırlar. Bu səbəbdən XIII əsrın II yarısından avropalıların Azərbaycana olan marağı xüsusilə artır. Bura müxtəlif ticarət-diplomatik və dini xarakterli missiyalar göndərilir. Onlar özlərindən sonra məktub, yol qeydləri və yaxud xatirələr şəklində Şərq ölkələri, eləcə də Azərbaycan haqqında müəyyən qədər məlumat qoyublar. Onların sırasında Şimali Fransadan olan V.Rubruku, İtaliyalı rahib P. Karpinini və məhşur səyyah M. Polonu göstərmək olar. XIV əsrin sonlarında Əmir Teymurun müvəffəqiyyətləri Avropa siyasətçilərinin onunla ittifaq yaratmağa can atmalarına səbəb oldu. Bununla əlaqədar olaraq Kastilya diplomatı Klavixo Azərbaycan haqqında maraqlı məlumatlar verir.

Azərbaycan tarixşünaslığında A. A. Bakıxanovun “Gülüstan-i - İrəm”adlı tarixi əsərinin III dövründə Azərbaycan uğrunda gedən bu müharibələrə toxunulmuşdur və sonrakı tarixçilər də bu barədə ətraflı məlumat verməmişlər.

Azərbaycan-Qızıl Orda müharibələrinin geniş tədqiqatına 1956-cı ildə rus dilində çap edilmiş Ə. Ə. Əlizadənin “XIII-XIV əsrlərdə Azərbaycanın ictimai-iqtisadi və siyasi tarixi” əsərində rast gəlirik. Giriş və VII bölməsində 30 səhifə qızılordalılara qarşı mübarizəyə həsr edilmişdir.

Azərbaycanın XIV əsr tarixinin öyrənilməsində V. Piriyevin 1978-ci ildə nəşr edilmiş “Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə” əsərinin böyük rolu vardır. Müəllif əsərdə Çobani-Qızıl Orda münasibətlərini işıqlandırmaqla yanaşı, Qızıl Orda - Elxani müharibələrinə geniş yer verir.

Qızıl Orda xanlarının hücumları və Şirvanşah I İbrahimin apardığı siyasət barədə S. Aşurbəylinin “Государство Ширваншахов”adlı əsərində məlumat verilmişdir.

Öyrənilən dövr üçün S. Onullahinin 1982-ci ildə nəşr edilmiş “XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi”əsəri olduqca maraqlıdır. Əsər bu dövrlərin ictimai-iqtisadi və siyasi tarixini öyrənmək baxımından xüsusilə əhəmiyyətlidir. Giriş, V fəsil və nəticədən ibarət olan bu əsər 1338 müxtəlifdilli mənbə və ədəbiyyat əsasında yazılmışdır. Əsərdə qızılordalılara qarşı Azərbaycan xalqının mübarizəsi məsələləri olduqca dolğun və düzgün işıqlandırılmışdır.

Bütün XIII-XIV əsrlər boyu Azərbaycan uğrunda Qızıl Orda xanları mübarizə aparmışlar. Onlar Azərbaycana öz ulus torpaqları kimi baxmış və daim bu ərazini ələ keçirməyə çalışmışlar. Mövzunu yazarkən bilavasitə Qızıl Orda dovlətinin tarixinə həsr edilmiş tədqiqat əsərlərindən də istifadə etmişəm. Bunlardan B. D. Qrekov və A. Y. Yakubovskinin “Золотая Орда и ее падение”əsərini göstərmək olar.

V. L. Yeqorovun “Историческая география Золотой Орды в XIII-XIV вв.” əsəri keçmiş sovet tarixşünaslığında ilk tədqiqat əsəridir ki, orta əsr dövlətinin tarixi coğrafiyasını yaranmasından süqutuna qədər öyrənib. Əsərdə Qızıl Ordanın ərazisi, sərhədləri, inzibati quruluşu məsələləri ilə yanaşı, Cuci ulusunun hərbi ekspansiyalarının marşurutu da göstərilir.

Qızıl Ordanın tarixi coğrafiyasının ayrı-ayrı məsələlərinə Q. A. Feodorov-Davudovun ”Обшественый строй Золотой Орды” əsərində toxunulur.

M. S. Safarqaliyevin «Распад Золотой Орды»adlı monoqrafiyasında XIV əsrin axırında Azərbaycan uğrunda gedən mübarizənin diplomatik və hərbi aspektlərinin qismən işıqlandırılması üçün edilmiş cəhdin şahidi oluruq.

Salix Zakirov «Дипломатические отношения Золотой Орды с Египтом» əsərində Hülakülərə qarşı mübarizədə Qızıl Orda Misir yaxınlaşmalarına xüsusilə diqqət vermişdir.

C. İbrahimovun XV əsr Aərbaycanın feodal dövlətlərinə dair yazdığı monoqrafiya, V.V.Bartold və İ.İ.Petruşevskinin əsərləri də dövrün öyrənilməsi üçün əhəmiyyətlidir.

Mövzunun yazilması zamanı Ə.Ə.Əlizadənin “XIII-XIV əsrlərdə Azərbaycan və ona qonşu ölkələrdə monqol işğalları” məqaləsindən, V.Z.Piriyevin Toxtamış və Teymurun yürüşlərinə həsr edilmiş məqaləsindən, həmin müəllifin “Zeyl e tarixe qozide”, ”Tarixi Şeyx Üveys”kimi mənbələrin tərcüməsinə yazdığı müqəddəmələrdən, S.M.Onullahinin “Elxanilər dövrünə aid istifadə edilməmiş mənbə”məqaləsindən, German Vemberin “Əmir Teymur”əsərindən də bəhrələnmişəm .

Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətləri daim onun başına müsibətlər açmışdır. Xaricdən gələn “qonaqlar” bu diyarı çapıb-talamaq üçün müxtəlif vasitələrə, o cümlədən qanlı müharibələrə də əl atmışlar. Belə müharibələrdən əzab çəkənlər isə bu torpağın köklü sakinləri-azərbaycanlılar olmuşdur. Mövzuda çalışmışam ki, XIII-XIV əsrlərdə Elxanilərlə-Qızıl Orda arasında baş vermiş bu müharibələrin səbəblərini və acı nəticələrini az da olsa işıqlandırım. ....



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!