СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Azərbaycan və Qızıl Orda dövləti

Категория: История

Нажмите, чтобы узнать подробности

...Tarixçilər Qızıl Orda dövlətində feodal qruplar arasında mübarizədən danışarkən göstərirlər ki,1400/01-ci ildə Qızıl orda xanı Timur Qutluq öldükdən sonra hakimiyyətə Şadı bəy gəlir.

Просмотр содержимого документа
«Azərbaycan və Qızıl Orda dövləti»

...Tarixçilər Qızıl Orda dövlətində feodal qruplar arasında mübarizədən danışarkən göstərirlər ki,1400/01-ci ildə Qızıl orda xanı Timur Qutluq öldükdən sonra hakimiyyətə Şadı bəy gəlir. Əslində real hakimiyyət bütövlükdə bacarıqlı saray xadimi Yedigeyin əlində idi. Bu barədə 1403-cü il mayın 21-də Teymurun sarayına göndərilən Kastilya səfiri Klavixo məlumat verir. Klavixo Teymurun ölümü ilə əlaqədar məlumat verərkən göstərir ki;”...xəbər yayıldı ki, tatar imperatoru Yedigey ...hücum etmişdir. ”(Путешественники об Азербайджане/ Göstərilən əsər.səh.64). Bu onu göstərir ki,Qızıl Orda da real hakimiyyət Şadı bəyin yox,Yedigeyin əlində cəmlənmişdi. Şadı bəy ondan yaxasını qurtarmaq üçün sui-qəsd hazırlayır. Ancaq Yedigey bundan xəbər tutur və bu sui-qəsddən əvvəl Şadı bəylə haqq-hesab çəkmək istəyir. Bunu duyan Şadı bəy Dərbəndə qaçaraq I İbrahimin yanında sığınacaq tapır və 1407/8-ci ildə burada da ölür.Yakubovski özünün ”Золотая Орда и ее падение” əsərində yazır ki, sikkənin kəsilməsi faktı ondan xəbər verirki, Şadı bəy Qızıl Orda da başqa xan hakimiyyətdə olduqda belə özünü qanuni hökmdar hesab edirdi. (Греков Б.Д.Якубовский А.Ю.\Göstərilən əsər.səh.392) Bütün bu faktlar onu göstərir ki, Şirvan (Azərbaycan-qeyd) Qızıl Ordadan asılı olmamışdır. Şadi bəy isə hakimiyyətdən əli çıxdığı üçün Şirvanşahlar dövlətində siyasi sığınacaq tapmışdır. Qızıl Orda xanı Şadı bəyin Şirvanşahlar dövlətində siyasi sığınacaq tapması faktı onu göstərir ki, o dövrdə Şirvanşahlar dövləti təkcə Cənubi Qafqazda yox,Yaxın və Orta Şərqdə ən qüdrətli bir dövlət olmuşdur. ....

BDU -1996.”Azərbaycan və Qızıl Orda dövləti” adlı diplom işimdən