СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Чтение и восприятие художественных произведений в школе как методическая проблема

Категория: Литература

Нажмите, чтобы узнать подробности

В статья освещаются  трудности возникающие при чтении и восприятии художественных произведений 

Просмотр содержимого документа
«Чтение и восприятие художественных произведений в школе как методическая проблема»

ŞAGİRDLƏRİN BƏDİİ ƏSƏRLƏRİ MÜTALİƏSİ VƏ QAVRAMASI METODİK PROBLEM KİMİ

Şagirdlərin bədii ədəbiyyat sahəsində maraq və meyillərinin, qavrama səviyyəsinin öyrənilməsi, nəzərə alınması ədəbi təhsilin səmərəliliyinin yüksəldilməsinin, oxucu fəallığı və müstəqilliyinin təmin edilməsinin mühüm şərtidir.

Bədii əsərlərin qavranılması mürəkkəb yaradıcı proses olub mək­təblinin dünyagörüşü, həyat, estetik, oxucu və emosional təcrübəsi ilə bağlıdır. Bədii əsərin qavranılmasına şagirdin yaş xüsusiyyətləri ilə ya­naşı, fərdi imkanları da təsir göstərir.

Bədii əsərin qavranılması şagirdlərin ədəbi təhsilinin bir ele­menti, onun əqli inkişafının, sosial yetkinliyinin, emosional- estetik duyumunun göstəricisi kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, bədii əsərin intensiv mütaliəsi heç də mətnin obrazlı təhlilinə gətirib çıxarmır. Buna nail olmaq üçün şagirdlər ilk növbədə bədii əsərləri müstəqil oxumağı, qavramağı öyrənməlidir. Doğrudur, bədii mətni obrazlı təhlil etməyi şagirdlər məktəbdə öyrənirlər, lakin oxucunun müstəqil fəaliyyətindən, mütaliəyə şüurlu münasibətindən çox şey asılıdır.

Ədəbiyyat müəllimi bədii əsərin oxusu və təhlili prosesində şagird qavramasının xarakterini nəzərə almaqla kifayət­lən­mə­məli, həm də ona ciddi şəkildə təsir göstərməyə çalışmalıdır. Bu məq­səd­lə ilk növbədə bədii ədəbiyyatın mütaliəsi, qavranılması xü­su­siy­yət­ləri öyrənilməli, onun nəticələri təlim prosesində nəzərə alınmalıdır.

Bədii əsərin mütaliəsi zamanı oxucu təsvir edilən hadisələri, obrazları qavramaqla yazıçının həyat haqqında mühakimələri ilə tanış olur. Əsərdə öz əksini tapan mənəvi-estetik problemlərin, insanın həyatı, taleyi ilə bağlı səhnələrin dərk edilməsi, hiss və duy­ğu süzgəcindən keçirilməsi prosesində oxucu özünü də dərk edir, indiki və gələcək fəaliyyəti üçün zəruri olan təcrübə qazanır. Be­ləliklə, bədii ədəbiyyat oxucunun hiss və duyğularının, müstəqil dü­şün­cəsinin, mənəvi aləminin, fəal həyat mövqeyinin formalaş­ma­sına ciddi təsir göstərir.

Tədqiqatlar göstərir ki, məktəblilərdə müxtəlif fakt və ha­di­sə­ləri tutuşdurmaq, oxşar və­ziyyətlərdə ümumi cəhətləri, əlamətləri müəy­yənləşdirmək ba­carığı inkişaf edir. Onları təkcə ayrı-ayrı fakt­lar deyil, bu faktların əlaqəsi, birinin digərindən asılılığı da ma­raq­lan­dırır. Lakin həmin assosiativ əlaqələr bədii ədəbiyyata müna­si­bət­də əksər hallarda bəsit səciyyə daşıyır. Bir çox müəllimlər dərsdə öyrənilən əsərlərin mütaliəsi ilə müstəqil mütaliə arasında bağlılığın olmamasından çox narahatdır. Ədəbiyyatdan müx­təlif məşğələlərdə qazanılmış biliklər arasında mövcud olan ob­yektiv əlaqələr şagird şüurunda kortəbii şəkildə, avtomatik surətdə yaranmır.

Şagirdləri bədii ədəbiyyat oxucusu kimi səciyyələndirən mü­­hüm cəhətlərdən biri də mütaliə marağıdır. Məlumdur ki, ma­­raqlar tə­ləbatların əsasında yaranır və idrak prosesində təh­rik­edici rol oy­nayır. Mütaliə marağı şagirdlərin mənəvi maraqlarının tərkib his­səsi olub onu bu və ya digər mövzuda, janrda kitabları, müəy­yən sə­nət­kar­ların əsərlərini oxumağa sövq edən amildir. Mü­taliə marağı şa­girdin oxucu kimi yetkinlik səviyyəsini, onda kitaba, mütaliəyə necə münasibət yarandığını əks etdirir.

Geniş maraqları, bir çox məsələlər barədə müstəqil rəyi, mü­lahizələri olan, musiqidən, kinodan, kompyuter texnologi­ya­sın­dan baş çıxaran müasir məktəblini yüksək ideya-bədii dəyərə malik bədii ədəbiyyatın mütaliəsinə, əsl sənətkarla dialoqa sövq etmək la­zımdır. Yalnız quru nəsihətləri, hazır hökmləri təkrar edən, bədii cə­hətdən zəif əsərlər şagird-oxucunu cəlb etmir, onun hiss və duy­ğularına emosional-estetik təsir göstərmir.

Eyni zamanda nəzərə almaq lazımdır ki, şagird- oxucunun in­kişafının ilk mərhələlərində müsbət rol oynayan sadəlövh-realist qav­rama zaman keçdikcə yeni keyfiyyət səviyyəsinə yük­səl­mirsə, ədə­biyyatın özünəməxsusluğunun, dərinliyinin dərk edil­məsində ma­neəyə çevrilir. Odur ki, sadəlövh-realist qav­ramanın tədricən şüur­lu oxucu qavraması səviyyəsinə qaldırılması, şagirdlər emo­sional, iradi, intellektual cəhətdən inkişaf etdikcə bədii ədəbiyyatın söz sənəti kimi özünəməxsusluğunun başa salınması, əsəri dərindən qav­ramaq bacarığının aşılanması zəruridir.

Bu mürəkkəb iş təlim prosesində diqqət mərkəzində saxlanıl­dıq­da şagirdlər əsərin doğurduğu hiss və duyğuları, emosional təəs­süratı qoruyub saxlamaqla bərabər, bədii təsvirin şərtiliyini, təsvir və ifadə vasitələrinin rolunu dərk edirlər. Onların əsərin bədii, estetik dəyərini dolğun şəkildə dərk etməsi müm­kün olur.

Bu baxımdan şagirdlərin müstəqil mütaliəsinə müəllimin təsi­ri­nin get-gedə zəifləməsi narahatlıq doğurur. Dərsdənkənar, proq­ram­dankənar informasiyanın mənbəyi kimi müəllimin rolu sinifdən-sinfə, ildən-ilə azalır. Ailənin, mühitin isə şagird şəxsiyyətinin for­ma­laş­masında rolu getdikcə artır.

Son illərdə bədii ədəbiyyatın mütaliəsinə marağın azalmasına, ədəbiyyatın qavranılmasına, bədii informasiyanın dərk edilməsinə müasir texniki vasitələr təsir göstərir. Müəllim bu reallığı nəzərə almalı, dərsin və sinifdənxaric işlərin imkanlarından istifadə edərək şagirdlərin bu sahədəki fəaliyyətinə də təsir etməlidir. Kino, tele­viziya, video, kom­pyuter, internet, mobil telefonun uşağın həya­tında geniş yer tutması nəticəsində mütaliənin əvvəlki mövqelərini itirməsi ciddi problem kimi qarşıda durur. Ali məktəblərə testlə qəbul imtahanı verən şagirdlərin ək­sə­riy­yətində bədii ədəbiyyatın mütaliəsinə həvəs azalmış, ədəbi-ta­rixi fakt və hadisələri əzbər­lə­məyə, əsərin qısa məzmununu öy­rənməyə meyil artmışdır.

Bu baxımdan oxucu fəallığının artırılması məktəbin başlıca və­zifələrindən biridir. Şagirdlərin mütaliə mədəniyyəti cəmiyyətin mə­nəvi potensialının mühüm göstəricisi sayılır. Şagirdlərin mütaliə dairə­sinin genişləndirilməsi mənəvi mədəniyyətin qaynaqları, hu­manitar biliklərin zənginləşdirilməsi ilə bağlı məsələdir.

Şagird mütaliəsindəki bir çox çatışmazlıqların səbəbi onların yaş və fərdi xüsusiyyətləri ilə deyil, daha çox məktəbdə ədəbiyyat tədrisinin nöqsanları ilə bağlıdır. Məktəbdə ədəbiyyatın öyrənilməsi bədii mətnin təbiətinə zidd olmamalı, oxucu qavraması nəzərə alın­malı, mütaliə motivasiya əsasında, şagirdin maraqları nəzərə alın­maq­la təşkil edilməlidir.

Məktəblilərdə bədii əsərin oxusuna sabit tə­ləbat, yaradıcı mü­nasibət aşılamaq, estetik zövq tərbiyə edil­məsinə nail olmaq üçün müəllim bu mütaliənin həqiqi mənzərəsini bilməli, şagird-oxu­cunun formalaşmasına məqsədyönlü təsir göstər­məlidir.






Скачать

© 2022, 77 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!