Müəllimin özünü analizi
Müəllimin özünü analizi dedikdə pedaqoji fəaliyyətin planlaşdırması, problemlərin axtarılaraq tapılması və nailiyyətlərin digər həmkarları ilə bölüşməsi başa düşülməlidir. Özünü analiz zamanı müəllim öz təcrübəsini, fəaliyyətini, hərəkətlərini təhlil edir. Özünüanaliz- subyektin özünə və ya şüuruna, xüsusən də öz əməyinin məhsullarına diqqəti, eləcə də öz zehni və fiziki xüsusiyyətlərini, özünü dərk etməsini öyrənməsi (İngilis dilində” introspective”; Rus dilində ” интроспективный”; Azərbaycan dilində “ introspektiv” ) deməkdir. Özünüanaliz - müşahidə obyektinin müxtəlif vəziyyətlərini müşahidə edərək öyrənmək və öz aralarında, həmçinin ətraf mühit stimulları arasındakı səbəb əlaqələrini axtarıb tapmağı əks etdirir. Özünüanalizdə müşahidə obyekti və predmeti uyğun gəlməlidir. Özünü müşahidə etmək həmişə daha çətin olduğundan özünüanaliz zamanı müşahidəçi bir şeyi görməkdə və yaxud bir şeyi düzgün şərh etməkdə çətinlik çəkə bilər. Özünüanalizə müraciət etmək öz inkişafımızda özümüzə kömək formalarından biri kimi asan olmayan, lakin effektli yoldur.
Özünüzü analiz etməyə başlamağın 5 səbəbi:
Ümumiyyətlə heç kimin fikir vermədiyi yerə nəzər salmaq, ordan nəsə “dartıb çıxarmaq” məgər bu faydalıdır? deyə bilərsiniz. Fikrimcə bu heç də əbəs deyil. .....
-Birincisi, bu heç də pis deyil, həm də bu yolla çoxlu istedad və qabiliyyəti olan “xəzinə”ləri (P.S. xüsusi istedadlı uşaqları) aşkar etmək olar.
-İkincisi, özün haqqında daha yaxşı bilməklə müəyyən hərəkətlərini, düşüncələrini və hisslərini asanlıqla dərk edə və idarə edə bilərsən. Daxili aləminə nə qədər çox nüfuz etməyi bacarsan, bir o qədər qeyri-müəyyənlikdən üzaq ola, daha sakit və daha təhlükəsiz fəaliyyət göstərə bilərsən.
-Üçüncüsü, özündə nə isə xoşagəlməyən hal müşahidə edən insan günahsız olmadığını dərk edərək digərlərini də qınamağa az can atacaqdır. Əlbəttə ki, sən bütün bunları dərk etsən belə, bu zaman kənar təsirləri də unutmaq olmaz.
-Dördüncüsü, öz səhvlərinizi müəyyən edib aradan qaldırmaqla işi bitmiş hesab etməyin, yaxın hesab etdiklərinizə, şagird və valideynlərinizə, həmkarlarınıza münaqişələrin, mənfi halların aradan qaldırılması yollarını göstərin və həm də ahəngdar münasibətlər qurmağın yollarını öz işinizlə nümayiş etdirin, eləcə də özünüz də öyrənməkdə davam edin.
-Nəhayət sonuncu, beşinci, emosiyalara uymayın və sağlamlığınızın qayğısına qalın.
Məktəbimizdə yaradılmış “Kiçik akademiya”nın fəaliyyətinin gücləndirilməsi üzərindən “Hər uşaq istedadlıdır” devizi ilə tarix fənni, digər fənn, eləcə də incəsənətin müxtəlif sahələri və idman növləri üzrə ümid verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlb etməklə, onları intellektual oyunlarda iştiraka təşviq etmək, onların mütailə, yazı və nitq mədəniyyətinin inkişaf etdirilməsi baxımından hər bir müəllimin özünü analizi olduqca vacibdir.
Pedaqoji fəaliyyətinin özünü analizi
1.Ümumi məlumat
Şirvan şəhəri Azərbaycanın Milli Qəhrəmanı Tahir Bağırov adına 11 №-li tam orta məktəbdə 30-cu ildir ki, tarix müəllimi işləyirəm. Bakı Dövlət Universitetini tarixçi (tarix müəllimi) ixtisası üzrə bitirmişəm (P.S. Sizləri nümunə üçün 2018-2019-cu dərs ili fəaliyyətimlə tanış etmək istəyirəm). 2018-2019-cu tədris ilində VB, VIB,C,VIIIÇ və XIA siniflərində Azərbaycan tarixi və Ümumi tarix fənlərini tədris etmişəm. Ümumi iş stajım 37 il, pedaqoji stajım isə 30 ildir. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin 21 dekabr tarixli 1635 nömrəli Sərəncamı ilə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşam. Məqsədəuyğun şəkildə təhsil keyfiyyətinin artırılması istiqamətində çalışıram. Bununla əlaqədar tədris etdiyim fənnin təkminləşdirilməsi metodikası üzərində həmişə çalışıram. İnformasiya texnologiyalarını dərindən öyrənirəm. Dərs nümunələrimdən istifadə bankı yaratmış, Azərbaycan tarixi və Umumi tarixi öyrənənlər üçün xüsusi öyrətmə və nəzarət mexanizmi yaratmışam.
Tərəfimdən hazırlanmış materialları şəxsi elektron kabinetlərimdə, saytımda (multiurok.ru) http://multiurok.ru/seyyubasadov2/ aşağıdakı kateqoriyalar üzrə belə yerləşdirmişəm:
1.Təqdimatlar
2.Elmi məqalələr
3.Dərs icmalları
4.Xatirələr
5.Tərcümələr
6.Tarixdən KSQ və BSQ-lar
7.Video dərslər
8.Tematik planlaşdırma
9.İnteqrasiya təcrübəsindən
Videouriki.net saytında isə (https://videouroki.net/tests/my/) (testlərim) onlayn testlərim yerləşdirilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Diplomuna layiq görülmüş https://sinxronfenler.blogspot.com/ -da isə 5-11-ci siniflər üzrə Azərbaycan dili, Ədəbiyyat, Azərbaycan tarixi, Ümumi tarix, Riyaziyyat, Xarici dil(ingilis-dili, rus-dili), İnformatika, (“Digər” bölməsində-Tədbirlər, Texnologiya, İnternet, Fotoqalereya, Videoqalereya) Yeni xəbərlər, Son xəbərlər bölməsində məlumatlar mütəmadi olaraq yerləşdirilir. Tərəfimdən hazırlanmış SinxronFənlər bloqu müəllim və şagirdlərimizə köməklik məqsədilə yaradılmışdır. Bu bloqdan təkcə müəllim və şagirdlər deyil, həmçinin valideynlər, dünyanın istənilən ölkəsində yaşayan azərbaycanlılar və digər xalqların nümayəndələri də istifadə edə bilmək hüququna malikdirlər. Bloqda mənimlə sosial media hesablarım (Fecebook, Twitter, Instagram, You Tube) vasitəsilə də əlaqə saxlamaq olar.
İş formalarımın müxtəlifliyi (kollektiv, fərdi, müstəqil, qrup ) mənə şagirdlərimlə aktiv şəkildə dərketmə fəaliyyəti aparmağa imkan verir.
Özümün xüsusi metodiki sistemimi yaratmışam. Bunu aşağıdakı sxem vasitəsilə görmək olar:
Bu göstərilən metodiki sistemlərdən hər biri Doğma Yurdun, ölkənin tarixinin öyrənilməsinə, onun nailiyyətləri ilə fəxr etməyə stimul verir. Azərbaycan çoxmillətli və tolerant ölkədir. Məhz bu baxımdan hesab edirəm ki, şagirdlər öz Doğma yurdunun, şəhərinin tarixini bilməli, İslam dininin tarixi və əxlaqi dəyərlərini öyrənərək onunla fəxr etməyi bacarmalıdırlar. Xüsusən də cəmiyyətdə mədəni insan kimi formalaşmaq üçün dünya mədəni irsindən heç olmasa elementar biliyə malik olmaq lazımdır. Bu sistemdə növbəti etap öz öyrəndiklərini praktikada tətbiq etmək, sınamaq və ekskuriya zamanı dəqiqləşdirməkdir. Dərslərdən, kitablardan, təlim-tədris prosesinə aid internet resurslarından daha çox öyrənmək, problemlə daha yaxşı maraqlanmaq, qarşıya müəyyən tapşırıqlar qoymaq, onun həlli yollarını axtarmaq, məsələni elmi-tədqiqat apararaq həll etmək və nəhayət öz əldə etdiklərini bölüşmək gərəkdir. Bütün bunları müxtəlif tədbirlərdə, mühazirələrdə, konfrans və olimpiadalarda iştirak etməklə daha da inkişaf etdirmək olar. İnternet resurslarından dərs üçün əlavə materialların tapılmasında, sinifdənxaric işlərdə, təqdimatlarda istifadə üçün, eləcə də özüöyrənmə və öz təcrübəmin yüksəldilməsində istifadə edirəm. Belə ki, 2019-cu il 25 iyun tarixində Respublika Pedaqoji Mühazirələrində iştirak etmiş və Tərifnaməyə layiq görülmüşəm. (Bu sayca ikinci iştirakımdır. İlk dəfə 2003-cü ildə III dərəcəli Diploma layiq görülmüşdüm).
Öz pedaqoji fəaliyyətimdə həmişə aşağıdakı texnologiyalardan istifadə edirəm:
Yaradıcılıq bacarıqlarımın inkişafı
Şəxsi müşahidələrim
Çoxcəhətli öyrənmə
Problemli məsələlərin öyrənilməsi
Test texnologiyalarının öyrənilməsi
Müasir komputer texnologiyalarından istifadə
2. Pedaqoji fəaliyyətin nəticələri
Mənim pedaqoji fəaliyyətim müsbət nəticələr verir.
2.1. Ümumi tarix fənninin 2018-2019-cu dərs ili üçün nailiyyət monitorinqi
Azərbaycan tarixi fənnindən 2018-2019-cu dərs ilinin nailiyyət monitorinqi
Dərslərimi şagirdlərimin fərdi bacarıqlarını nəzərə almaqla keçirirəm. Məlum olduğu kimi səviyyələr üzrə differensial fərqləndirmədə nəzarət vacibdir. Nəzarətin əsas funksiyalarından biri də müəllimlə şagird arasındakı əks -əlaqədir. Bu zaman pedaqoq tədris etdiyi materialın mənimsənilməsi haqqında obyektiv informasiya alır, vaxtında çatışmamazlıqları aşkar edərək üzə çıxarır və onu aradan qaldırmağa müvəffəq olur. Təcrübəmdə istifadə etdiyim metodlardan ən geniş istifadə etdiyim test metodudur. Testlərin köməyi ilə bilik, bacarıq və fəaliyyətin ilkin monitoringini, cari, tematik və yekun nəzarəti effektiv şəkildə həyata keçirmək və nailiyyətləri izləmək olur. Mən tədris etdiyim Azərbaycan tarixi və Ümumi tarix fənləri üzrə 5-ci sinifdən 11-ci sinifə qədər Test Bank hazırlamışam. Hər bir məşğələ, bölmə başa çatdıqdan sonra test keçirirəm (P.S. ehtiyac olduqda). Dərslikdəki materialın mənimsənilməsi səviyyələrinə görə testlər müxtəlif səviyyələrdə hazırlanmalıdır. Öz təcrübəmdə tarixi yazı işlərindən də istidadə edirəm. Bu yolla şagirdlərin fənnə meyl və maraq göstərdiklərini aşkar etməklə, biliklərin dayanıqlı və inkişafa yönümlü olduğunu müşahidə etmək, eləcə də tarixi xronologiyaların mənimsənildiyini öyrənmək olar. Mən həm də müstəqil tapşırıq metodlarından da fənnin tədrisi zamanı istifadəyə üstünlük verirəm.
2.2.Şagirdlərin yarış və olimpiadalarda iştirakı
Dərsdənkənar işlərin təşkilinə ilk əvvəl könüllülük əsasında başlayıram. Bundan sonra hər bir şagirddə maraq oyadılmasına nail oluram. Dərsdənkənar fəaliyyət aşağıdakı sxemdə öz əksini tapıb:
Tərəfimdən xüsusi istedadlı məktəblilərin İSTEDAD BANKI yaradılmışdır.
| № | A.S.A. | Doğum tarixi | S İ N İ F | Nailiyyətlər |
| Olimpiadalar | Elmi-texniki, elmi-araşdırma fəaliyyəti | Ictimai fəaliyyət | Bədii fəaliyyət | İdman |
| 1. | Babalı Fidan | 2002 | 11A | Azərbaycan dili | “Aləm cənnətə dönsə,..” | Vətənpərvərlik Tədbirlərinə cavabdeh | “Rəqqasə” dərnəyində Fəaliyyət | |
| 2 | Şəfiyeva Zərifə | 2002 | 11A | Rus-dili Azərbaycan tarixi | “Şirvan şəhərinin tarixi” adlı konkursun iştirakçısı | 11”A” sinif komandiri | Məktəbin özfəaliyyət Dərnəyinin Nəzarətçisi | Voleybol üzrə şəhər Yarışmasının qalibi |
| 3 | Əliyeva Lamiyə | 2001 | 11A | “Gənc jurnalist” Yarışının qalibi | Elmi araşdırma işi “Vətən mənə oğul desə...”, “Şəhidlər olməz” | Şagird parlamentinin üzvü | “Bədii qiraət” dərnəyinin üzvü | |
| 4 | Dəmirov Adil | 2009 | 6C | | Elmi araşıdrma işi “Makedoniyalı İsgəndər” | Şagird parlamentinin üzvü | “Tarixçi” sinif qəzetinin redaktoru | Şəhər və məktəb üzrə idman yarışlarının qalibi |
| 5 | Əsədli Seyhun | 2002 | 11A | İnformatika Azərbaycan tarixi | “Elektron təhsil” Respublika müsabiqəsinin qalibi | Məktəb şagird Parlamentinin üzvü | “Tarixçi” qəzetinin Informatika dizayneri | Məktəb üzrə Futbol yarışlarının qalibi |
| 6 | Məmmədli Sevinc | 2002 | 11A | Azərbaycan dili və ədəbiyyatı | “H.Əliyev və Azərbaycan” inşa yazısının qalibi | Şagird parlamentinin üzvü | “Ana dilim” adlı məktəb üzrə aylıq qəzetin redaktoru | |
| 7 | Yusifova Nətəvan | 2007 | 8Ç | İngilis dili | “Qarabağ igidləri” disputunun qalibi | Şagird parlamentinin üzvü | “Əxlaq və tərbiyə”qrupunun başçısı | Şəhər üzrə voleybol yarışlarının iştirakçısı |
Xüsusi istedadlı uşaqlarla iş mənim pedaqoji fəaliyyətimin əsas aspektlərindən biridir. Xüsusi istedadlı şagirdlərin aşkar edilməsi işi 5-ci inifdən başlayır. Bildiyimiz kimi biz şagirdlərlə 5- ci sinifdən işləməyə başlayırıq. Mən ilk əvvəl müşahidələr aparır, şagirdin psixoloji qabiliyyətlərinə, yadda saxlama imkanlarına, danışığına, düşünmək bacarığına xüsusi diqqət verirəm. Ümumiyyətlə istedadlı şagirdlərdən daha səmərəli nəticənin əldə olunması üçün əlavə məşğələlərə ehtiyac vardır. Əslində bu, dünyanın hər yerində belədir. Əlavə təhsil şagirdin bacarıqlarının inkişafına yol açır. İstedadları üzə çıxarır. Belə məsələlər milli məsələ hesab edilir və bu, sözdə deyil, əməldə də belədir.
Aşağıdakı sxemdə xüsusi istedadlılarla işin formaları verilib:
2018-2019-cu tədris ilində şagirdlərimin məktəb olipiada turunda iştirakına dair məlumat
| Fənn | İştirakçıların sayı |
| 11 sinif | 8 sinif | 6 “B” sinfi | 6 “C” sinfi | 5 sinif |
| Tarix | 5 | 3 | 2 | 4 | 5 |
| Azərbaycan dili və ədəbiyyatı | 3 | 1 | 3 | 2 | 4 |
| Rus dili | 3 | 1 | -------- | ----- | 2 |
| İngilis dili | 2 | 1 | 3 | 7 | 1 |
| | | | | | |
Şəhər fənn olimpiadalarının I və II turunda iştirak edənlər:
XI a sinif şagirdi Şəfiyeva Zərifə tarix fənnindən iştirak etmişdir. Qeyd etmək istəyirəm ki, şagird ikinci dəfə idi ki, tarix olimpiadasına qatılırdı. Çox da təcrübəli deyildi. Ən çox marağı Azərbaycan dili və ədəbiyyatına idi. Zərifə olimpiadada iştirak etməyi çox istəyirdi və buna görə də mən böyük məmnuniyyətlə onunla məşğul olmağa başladım. Mən onu keçmiş olimpiada materialları ilə tanış elədim. Birlikdə olimpiada materiallarını seçdik. Şagirdin mədəniyyət bölməsi üzrə çətinliyi var idi. Sentyabr ayının 16-dan məktəb kitabxanasından lazımi kitabları götürdük və Azərbayvan tarixi, həmçinin Ümumi tarixin müəyyən dövrlərinə aid məlumatları, mədəniyyət bölməsi üzrə lazımi hissələri öyrənməyi tövsiyyə etdim. Şagirdlə birlikdə sinifdə tarixi hadisələri sıraladıq. Tarixi mövzularda esse yazmağı planlaşdırdıq. Ona müstəqil fikirlərini yazmağı, fikirlərini müstəqil deməyin nə olduğunu izah etdim. Nəticədə şagird şəhər tutunda 12 yeri tutdu. Bu isə hesab edirəm ki, bizim şəhər üçün heç də pis nəticə deyildir.
Sosial araşdırmaları çox sevən digər bir şagirdim XI a sinif şagirdi Əliyeva Lamiyəni də hazırlaşdırdım. Bu şagirdim tədris ilində BDU-nun Jurnalistika fakültəsinin tələbəsi adını qazandı. Biz əvvəlki illərin olimpiada taşrırıqlarının həllindən başladıq. Situasiya tapşırıqlarını nəzərdən keçirdik. Lamiyə əlavə ədəbiyyatlardan, Azərbaycan Respublikasının Konstitusiyasını da yenidən mənimsədi. Məşğələlər zamanı ona mənbələr üzərində necə işləməyi öyrətdim. Lamiyənin termilərlə işləməkdə bir sıra çətinlikləri var idi. Onları tərəfimdən hazırlanmış “Tabula rasa” üsulu vasitəsilə aradan qaldırdıq.
Bir şagirdin olimpiadada qələbə qazanması üçün əlbəttə ki, mütləq ilk əvvəldən bazası olmalıdır. Mənim şagirdlərimin hamsı bu bazaya malik olanlardır.
Aşağıdakı cədvəldə şagirdlərimin 2018-2019-cu dərs ilində olimpiadada iştirakı ilə tanış ola bilərsiniz.
| 2018-2019-cu dərs ilində Olimpiadada iştirak edənlər | |
| | |
| Tarix | |
| Adı və Soyadı | Sinif | Topladığı ballar | Ölkə üzrə yer | Şəhər üzrə yer | Məktəb üzrə yer | |
| 1.Fidan Babalı | 11 А | 51 | 33 | 9 | 1 | |
| 2.Zərifə Şəfiyeva | 11 a | 50 | 34 | 10 | 2 | |
| 3. Lamiyə Əliyeva | 11 А | 48 | 36 | 12 | 3 | |
| 4.Seyhun Əsədli | 11 А | 40 | 44 | 14 | 4 | |
| 5.Sevinc Məmmədli | 11 А | 35 | 49 | 16 | 5 | |
| 6.Nətəvan Yusifova | 8 Ç | 25 | 49 | 16 | 3 | |
| 7.Adil Dəmirov | 6 C | 59 | | 17 | 1 | |
| |
2018-2019-cu dərs ilində şagirdlər tərəfindən hazırlanmış və müxtəlif müsabiqələrə təqdim edilmiş işlər:
| № | İşin adı | Müəllif | Sinif | Yarışın adı | Məktəb/şəhər /ölkə üzrə | Təltif və yer |
| 1 | “Aləm cənnətə dönsə...” mühazirə | Babalı Fidan | 11 A | “Diyarşünaslar” konkursu | Şəhər | Tərifnamə, II yer |
| 2 | “Qəhrəmanlar ölmürlər” məqalə | Əliyeva Lamiyə. | 11 A | “Vətənpərvər” konkursu | Şəhər | Tərifnamə |
| 3 | “H.Əliyev və Azərbaycan”çıxış | Şəfiyeva Zərifə | 11 A | Ümummilli liderin anım gününə həsr edilmiş tədbir | Şəhər | Tərifmanə |
| 4 | “Sən də öyrən” intellektual oyun | Əsədli Seyhun | 11 A | “Elektron Təhsil” Respublika Müsabiqəsi | Respublika | Diplom, III yer |
| 5 | “Azərbaycan əsgəri” adlı müsabiqə | Məmmədli Sevinc | 11A | “Vətən bizimdir” yarış | Məktəb | Tərifnamə, I yer |
| 6 | “Pir Hüseyn” xanəgahı | Yusifova Nətəvan | 8 Ç | “Maddi abidələrimiz” müsabiqə | Rayon | Tərifnamə, III yer |
| 7 | Araşdırma işi: “Makedoniyalı İsgəndər” | Dəmirov Adil | 6 C | “Gənc tədqiqatçılar” | Məktəb | Tərifnamə, I yer |
2.3. Təhsilin keyfiyyətinin yüksəldilməsi mühüm şərt kimi; peşə fəaliyyətimi səciyyələndirən xarakteristika:
İndiyə qədər aşağıdakı konfrans, təlim və kurslarda iştirak etmişəm.
1.Azərbaycan Respublikası Təhsil Nazirliyi Pespublika Pedaqoji Mühazirələrində fəal iştirakına görə, III dərəcəli Diplom. 2003
2. Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd” təşkilatı. İKT-nin təhsilə tətbiqi üzrə “ Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi“. 2009
3. Azərbaycan Respublikası Təhsil Nazirliyi. İxtisasartırma təhsili haqqında . “ Mədəd Azərbaycan” MMC. Yeni Ümumi Orta Təhsil Kurikulumu üzrə təlim kursu. (I dərəcə ) 12 iyul. 2012.
4. “Gənclərin Həmrəyliyi” İB-nin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi Region gənclərinin internet resurslarından səmərəli istifadə edərək karyera imkanlarının artırılması kursu. 2013.
5. “Demokratik Gənclər” İB-nin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi Region gənclərinin internet resurslarından səmərəli istifadəsi barədə maarifləndirmək lahiyəsi kursu. 2013
6. Azərbaycan Təhsil Şurasının “Təhsil və zaman”qəzeti ilə birgə keçirdiyi “Məktəbdə təlim keyfiyyətinin yüksəldilməsi problemi” konfransı. 2013
7. Azərbaycan Təhsil Şurasının keçirdiyi “Pedaqoji mətbuat və müasir müəllim” adlı konfrans. 2013
8. Azərbaycan Respublikası Təhsil Şurasının “ Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” na Dəstək Proqramı. “ İKT bacarıqlarının təkmilləşdirilməsi və elektron dərs nümunələrinin hazırlanması” kursu.11.07.2014
9. ”Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” “Elmi-təcrübi konfrans”. 13-15 noyabr 2014, Gürcüstan Respublikası, Kobuleti şəhəri
10.Azərbaycan Təhsil Şurası “ Təhsil sahəsinin inkişafı üzrə Dövlət Strategiyasına “Dəstək proqramı “çərçivəsində “ Öyrədənlərin öyrədəni “ lahiyəsinə daxil olan “ Elektron Tədris Resurslarının hazırlanması və tədrisdə tətbiqi” kursu. “ Təlimçi” statusu. 24.01.2015.
11.Şəhadətnamə №055899” Qarabağ xanlığı” IX sinif. Təqdimat. 08.02.2015 (Metod-kopilka.ru)
12. Şəhadətnamə №167197 “Qarabağ xanlığı “ tarixi. İcmal 14.02.2015. (kopilka.ru)
13. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və və Yenidənhazırlanma İnstitutu və Azərbaycan Təhsil Şurası “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi- metodiki və praktik məsələləri” Bakı, 6-7 mart 2015
14. Sertifikat. №Ed0415-062202-4522 ”Elektron məlumatın yerləşdirilməsi barədə “ Azərbaycan tarixi. 9 sinif. “Qarabağ tarixi” 06.04.2015 .
15. Şəhadətnamə № 98712022 “Qarabağ həqiqətlərinin məktəblilərə öyrədilməsində tarixi qaynaqların rolu” müəlliflik sənədi. (videouroki.net) 24.05.2015
16.Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 1635 №-li Sərəncamı ilə 2014-2015-ci dərs ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi
17. Azərbaycan Təhsil Şurasının keçirdiyi “Təlim-tərbiyə prosesi: ənənə və müasirlik, innovasiyalar, kreativ düşüncənin formalaşdırılması” mövzusunda respublika elmi-təcrübi konfrans. Bakı, 23.01.2016
18. Azərbaycan Təhsil Şurasının keçirdiyi “Qabaqcıl müəllimlərin Birinci Ümumrespublika Forumu”. Bakı, 04.06.2016
19. “Təhsil Sahəsinin İnkişafı üzrə Dövlət Strategiyasına Dəstək Proqramı” Beynəlxalq Təcrübə Mübadiləsi Layihəsi “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda elmi-təcrübi konfrans.
Bakı, 13-14 yanvar 2017
20. Azərbaycan Respublikası Təhsil Şurası” Gənc nəslin təlim-tərbiyəsi işində fəallıq göstərdiyinə, sağlam vətəndaş mövqeyinə, tədrisdə innovasiyalardan bacarıqla istifadə etdiyinə görə və anadan olmasının 50 illik yubileyi münasibətilə” Nəsrəddin Tusi Diplomu, 22.02.2017
21.Təşəkkürnamə. “Multiurok” layihəsi çərcivəsində”Şəxsi metodki kitabxanasını yaratdığına görə” 25.05.2017. BT№ 1005460
22. Təşəkkürnamə. “Multiurok layihəsində iştirak və fəaliyyətinə görə” 25.05.2017. BT№ 1005461
23. Tərifnamə. “Multiurok” layihəsi çərcivəsində “Yaradıcı axtarış və təşəbbüskarlığına, professional yaradıcılıqda yüksək naliyyətlərinə görə” 25.05.2017. BT№ 1005462
24. Tərifnamə. “Multiurok” layihəsi çərcivəsində “Öz işində müasir informasiya texnolofiyalarından bacarıqla istifadə etdiyinə görə” 25.05.2017. BT№ 1005463
25. Tərifnamə. “Multiurok” layihəsi çərcivəsində “Pedaqoji təcrübəsini bölüşdüyünə görə” 25.05.2017. BT№ 1005464
26. Tərifnamə. “Multiurok” layihəsi çərcivəsində “Yüksək professionallıq və öz metodiki işlərinin reallaşdırılmasına görə” 25.05.2017. BT№ 1005465
27. Tərifnamə. “Multiurok” layihəsi çərcivəsində “Təhsil keyfiyyətinin yüksəldilməsi üçün innovativ layihələr verdiyinə və aktiv fəaliyyətinə görə” 29.05.2017. BT№ 1009556
28.Azərbaycan Respublikası Təhsil nazirliyi, “Elektron təhsil” Respublika müsabiqəsi, “ Təhsildə ən yaxşı internet resusrsları” nomonasiyası üzrə Fərqlənmə Diplomu, 26.12.2017
29. “Təhsil Sahəsinin İnkişafı üzrə Dövlət Strategiyası”na “Dəstək Proqramı” Azərbaycan Təhsil Şurasının keçirdiyi”Qabaqcıl müəllimlərin İkinci Ümumrespublika Forumu”nda çıxış etmişdir. 28.04.2018
30. Azərbaycan Respublikasının Təhsil nazirinin 15 iyul 2019-ci il tarixli F-446 nömrəli Əmri ilə Respublika Pedaqoji Mühazirələrində fərqləndiyinə görə TƏRİFNAMƏ
31. Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi, “V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi
32. Azərbaycan Respublikası Təhsil Şurası İctimai Birliyi səmərəli əməkdaşlığı, 30 ilik pedaqoji fəaliyyəti və 55 illik yubileyi münasibətilə Birliyin İdarə Heyətinin üzvü kimi “Fəxri Fərman”, 22.02 2022
2021-2022-ci tədris ili üçün özünütəhsil planı:
| Əsas istiqamətlər | Fəaliyyət | İcra müddəti |
| Peşəkar səviyyə | 1.Ümumi təhsilə dair proqram və dərslikləri öyrənmək 2.İnternet vasitəsilə yeni pedaqoji texnologiyalarla tanış olmaq 3. Müxtəlif təhsil imkanlarından istifadə etməklə peşəkarlıq səviyyəsini artırmaq | 2018-2019 dərs ili Daima Daima |
| Psixoloji-pedaqoji | 1.Klassik və müasir psixologiya və pedaqogika sahəsində biliklərimin təkminləşdirilməsi və inkişafı | Həmişə |
| Metodiki | 1. Müasir təhsil və sosial araşdırmalar baxımından tarix fənninin rolu barədə şagirdlərin bilik səviyyələrinin artırılması 2. Tarixin tədrisinə dair yeni forma, metod və texnikaları ilə tanış olmaq 3. Müəllimlərin şəhər və məktəb üzrə keçirilən tədbirlərdə fəal iştirak etmək 4.İstedadlı uşaqlar ilə işi daha da yaxşılaşdırmaq və elmi-praktik konfranslarda, konkurs və yaradıcı işlərdə, olimpiadalarda iştirak etmək 5. İnternet vasitəsilə məktəb, rayon və şəhərlərdəki ən yaxşı müəllimlərinin təcrübəsini öyrənmək 6. Həmkarlarının dərslərində iştirak etmək və təcrübə mübadiləsi aparmaq 7. Vaxtaşırı peşəkar fəaliyyətinin özünü təhlilini aparmaq 8. Dərslərinizdəki ən yaxşı ssenarilərdən, maraqlı üsullardan və tapıntılarınızdan özünüz üçün məlumat bazası yaratmağa həmişə davam etmək 9. “Portfelio istedadlı uşaqlar ilə iş forması kimi” mövzusunda öz işlərini ümumiləşdirmək | Həmişə Həmişə Həmişə Həmişə Həmişə Həmişə Həmişə İlboyu Hər dərs ilinin avqust ayında |
| İnformasiya texnologiyası | 1.Elektron mediada dərslər və dərsdənkənar fəaliyyətlər üçün material toplamaq üzərində işi davam etdirmək 2. Tarix fənninə və dövrün digər mövzularına aid, habelə pedaqogika və psixologiyaya ilə əlaqəli məlumatları İnternet vasitəsilə araşdırmaq 3.Nümunəvi dərslər keçmək 4.”Sinifdə və məktəbdən sonra İKT-nin tətbiqi”nə çalışmaq 5. Öz İnternet elektron resirslarını yaratmaq və onu zənginləşdirmək | İlboyu İlboyu 2018-2019-cu dərs ilində Həmişə Daima |
| Sağlamlığın qorunması | 1. Tədris prosesinə sağlamlığı qoruyan texnologiyaları tətbiq etmək | Həmişə |
Özü -özünə təhsil planı tamamlandı.
İstifadə edilmiş ədəbiyyat və internet resurslar
1.«Самоанализ. Простая книга для помощи самому себе, содержащая тесты и методики, основанные на открытиях дианетики» Лафайет Рональд Хаббард. США.1951
2.https://www.psychol-ok.ru/lib/poppsy/2018/0212.html
3.https://nsportal.ru/shkola/materialy-k-attestatsii/library/2014/02/16/samoanaliz-uchitelya
4.https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B0%D0%BC%D0%BE%D0%B0%D0%BD%D0%B0%D0%BB%D0%B8%D0%B7
5.https://mektebgushesi.az/2019/08/12/boyukaga-mikayilli-istedadli-usaqlarla-is-c%C9%99nubi-koreya-v%C9%99-cin-t%C9%99crub%C9%99si/
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü
Linklərə daxil olub fəaliyytimlə tanış ola bilərsiniz:
https://www.facebook.com/seyyub.asadov
https://www.facebook.com/Seyyub1967
https://www.youtube.com/c/SeyyubAsadov
https://twitter.com/SeyyubAsadov
http://multiurok.ru/seyyubasadov2/
https://videouroki.net/tests/my/
https://sinxronfenler.blogspot.com/
https://www.facebook.com/groups/696764187121719/
https://www.facebook.com/groups/617455222276808/
https://www.facebook.com/groups/5014801915293951