Bir dəfə bir monastıra, yeni gəlmiş gənc rahib ilk tapşırığını aldı: bir neçə kilsə dualarını, məzmurları (nəğmə, mahnı sözləri) və qanunları yenidən yazmaq ...
Просмотр содержимого документа
«Müşahidə qabiliyyəti»
Müşahidə qabiliyyəti
Bir dəfə bir monastıra, yeni gəlmiş gənc rahib ilk tapşırığını aldı: bir neçə kilsə dualarını, məzmurları (nəğmə, mahnı sözləri) və qanunları yenidən yazmaq ...Gənc rahib işlə məşğul olarkən digər ruhanilərin oxşar mətnləri orijinaldan, lakin əvvəlkilərdən daha çox əvvəl yazılmış nüxsələrə fikir yetirdi. ...Yazılara diqqət yetirdikcə olduqca təəccübləndi və monastırın baş abbatı ilə öz fikirlərini bölüşməyə qərar verərəq baş rahibə sual verdi: - Baş rahib, köməkçiləriniz sizin tapşırıq verdiyiniz yazı mətnlərini orijinaldan yox, nüsxələrdən köçürürlər, bəs birinci nüsxədə təsadüfən kimsə səhvə yol versə necə olacaqdır? Axı yenidən yazanlar bu səhfi təkrarlaya bilərlər? “Hmm, oğlum” deyə baş rahib cavab verdi, “əslində, biz bunu əsrlərdir ki, edirik... Amma prinsipcə, sənin mülahizəndə məntiq vardır”. Bu sözlərdən sonra baş rahib monastırın aşağı mərtəbəsində əsrlərlə saxlanılan arxivə düşdü və qədim zamanlardan bəri heç kimin baxmadığı orijinalların saxlandığı arxivdəki sənədləri yoxlamağa başladı. ... Ondan bir gün ərzində heç bir xəbər- ətər çıxmadı. ..
Bir gün sonra baş rahibdən səs-soraq çıxmadığından narahat olan gənc rahib baş rahibin harada “itdiyini” öyrənmək üçün arxivə getdi. Ona nəsə olub, deyə fikirləşdi? Çox axtardı... Ən uzaq otaqların birində nəhayət ki, onu tapa bildi. Baş rahib qübbə qarşısında diz üstə oturub, öz-özünə nəsə danışırdı...
Gənc rahib baş rahibdən soruşdu:- Nə baş veribdir?
Baş rahib: Celebrate! sözü olmalı idi, (c-e-l-e-b-r-a-t-e!) Sevin, şadlıq et deməkdir.
Сelibate (c-e-l-i-b-a-t-e) isə çəkin.
Nəticə: Həmişə ilk qaynaqlarla işləyin. …
Mənbə: https://www.facebook.com/granit.nayki/posts/pfbid0sRoH5tFtx64GT7dndcMU8zZRiEUSVPrhsKV5xv2TPsUxqhDkRPDytqKwggBn7VUhl
Rus dilindən tərcümə etdi:
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü