СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Проблемы применения интерактивных методов на уроках литературы

Категория: Литература

Нажмите, чтобы узнать подробности

В  статье исходя из школьной практики анализируется проблемы применения интерактивных методов на уроках литературы

Просмотр содержимого документа
«Проблемы применения интерактивных методов на уроках литературы»

İnteraktiv təlim metodlarının tətbiqi problemləri

Həsənli Bilal Ağabala oğlu

ADPU.Pedaqogika üzrə fəlsəfə doktoru, dosent,

Respublikanın əməkdar müəllimi Email: [email protected]


Açar sözlər: ədəbiyyat dərsləri, təlim metodu, təlim texnologiyası, interaktiv metod, müəllim, şagird

Ключевые слова: уроки литературы, методы обучения, технология обучения, интерактивный метод, учитель, ученик

Key words: lessons of literature, teaching methods, educational technology, an interactive method, tht teacher, the student


Müasir mərhələdə ədəbiyyat tədrisi metodikasında yeni təlim texnologiyalarından istifadə mühüm tələb kimi qarşıya qoyulur. Bu problemin həlli ilk növbədə texnolo­giya anlayışının mahiyyətini açmağı tələb edir. ”Texnologiya” ter­mini pedaqogikada XX əsrin ortalarından işlənməyə başlanılmışdır və ilk dəfə proqramlaşdırılmış təlim sisteminə aid edilmişdir. Hətta ABŞ-da “Pedaqoji texnologiya” adlı jurnal da buraxılır.

Tədqiqatçılar arasında təlim texnologiyalarının işlənilməsi və tətbiqi məsələlərində fikir ayrılıqları mövcuddur. Bəzi tədqiqat­çılar texnologiya dedikdə təlim - tərbiyə prosesinin metodları, va­sitə­ləri, üsulları, şərtləri, təşkili formalarını başa düşürlər. Metodik ədəbiyyatda təlimin interaktiv metodlarına yeni texnolo­gi­yaların bir növü kimi yanaşılır. Lakin tədqiqatlarda bunların ara­sında müəyyən fərqlərin də olduğu qeyd edilir. Bu zaman belə bir cəhət əsas götürülür ki, metod ilk növbədə, təlimin üsul və vasitələri sistemidir və onun reallaşdırılması fəal yaradıcılıq tələb edir. Tex­nologiya isə xüsusi vərdişlərə, müəyyən standartlara əməl olun­masına, təlim prosesinin dəqiq, sistemli plan­laşdırmasına, bilik və bacarıqların əməkdaşlıq zəminində mənimsənilməsinə, hər bir mərhələdə qiymətləndirmənin aparılmasına əsaslanır.

YUNESKO-nun 1970-ci ildə keçirilən konfransında pedaqoji texnologiya didaktik işin səmərəli prinsipləri, təlimdə qarşıya qoyu­lan məqsədlərin müəllim və şagirdlər tərəfindən daha az qüvvə, vaxt sərf etməklə əldə edilməsinin metod və vasitələri haqqında təlim kimi şərh edilmişdir.

Məktəb islahatının ədəbiyyat təlimi qarşısında vəzifələrin ye­rinə yetirilməsi üçün yeni təlim texnologiyalarından istifadə etmək zəruridir. Ədəbiyyat dərslərində yeni təlim texnologiyalarının müx­­təlif növlərindən istifadə olunur:

1. İnteraktiv təlim metodlarından istifadə;

2. Dərsin fəal formalarından istifadə;

3. Şagirdlərin yaradıcılıq, tədqiqatçılıq bacarıqlarının inkişafını təmin edən üsullara, vasitələrə geniş yer verilməsi;

4. Müəllim-şagird münasibətlərində əməkdaşlıq texnologiya­la­rı­nın tətbiqi;

5. İnformasiya-kommunikasiya texnologiyalarından istifadə və s.

Hər bir ədəbiyyat dərsi üçün təlim texnologiyası seçilərkən diq­qətli olmaq, metodik ədəbiyyata yaradıcılıqla yanaşmaq lazım gəlir. Ədəbiyyat dərslərində yeni təlim texnologiyalarından sənətkarın hə­yat və yaradıcılığının, ədəbiyyat nəzəriyyəsi və tarixi ma­te­rial­la­ri­nin, ayrı-ayrı bədii əsərlərin öyrədilməsi prosesində istifadə etmək müm­kündür.

Son illərdə məktəb təcrübəsində ədəbiyyat dərslərində fə­al/interaktiv təlim metodlarının tətbiqinə diqqətin artması təq­di­rə­la­yiq­dir. Respublikamızın qabaqcıl ədəbiyyat müəllimlərindən Səl­mi­naz Hüseynova (H.Əliyev adına Müasir Təhsil Kompleksi), Meh­ri­ban Vəliyeva (Akademik Z.Əliyeva adına lisey), Sara Zeyniyeva (Ya­samal ra­yo­nu, 173 saylı məktəb), Sevil Bağırova (Səbayel ra­yo­nu, 7 saylı məktəb), Nizami Hüseynov (Suraxanı rayonu 270 saylı məktəb), Ellada İsmayılo­va­ (Hacıqabul rayonu, V.Quliyev adına 6 saylı məktəb) interaktiv təlim metodlarından məqsədyönlü istifadə sa­həsində diqqətəlayiq iş təcrübəsi vardır.

Bununla yanaşı, ümumtəhsil məktəblərində interaktiv təlim me­todlarının tətbiqi təcrübəsinin öyrənilməsi hazırda həmin sahədə bir sıra nöqsanlara yol verildiyini də göstərir. Müəllimlərin xeyli his­səsi bu problemin mahiyyətindən xəbərsizdir. Elmi-metodik ədəbiy­yatın dərindən öyrənilməməsi, qabaqcıl iş təcrübəsi nümunələrinə la­qeydlik bəzi müəllimlərdə interaktiv təlim barədə yanlış təsəv­vü­rün yaranmasına səbəb olur.

Bunun bir səbəbi də olur ki, bəzən məktəb təcrübəsində öz sə­mərəsini göstərməyən, uğur­suz dərslər interaktiv təlim nü­munəsi kimi təqdim olu­nur, ədəbiyyat fənni üçün səciyyəvi ol­ma­yan interaktiv metodlara müraciət olunur, müəllimi çaşdıran mə­qa­lə­lər yazılır, tövsiyələr verilir.

Digər bir nöqsan isə ədəbiyyat müəllimlərinin yeni təlim tex­no­lo­­giyalarından (fəal/interaktiv təlim metodlarının tətbiqi, in­for­ma­si­ya-kommunikasiya vasitələrindən istifadə və s.) dərsdə istifadə za­manı metodik baxımdan ciddi qüsurlara yol verməsidir. Məsələn, dərsdə tədqiqat səciyyəli problemli tapşırıqlar müəyyənləşdirilir, qrupların həmin tapşırıqlar üzrə işi təşkil edilir. Lakin tapşırıqlar yerinə yetirildikdən sonra geniş müzakirə, informasiya mübadiləsi, demək olar ki, aparılmır. Müəllim qrupların cavabları olan vərəqləri özü oxuyur, şərh edir, qiymətləndirmə aparır. Beləliklə, şagirdin təlim prosesinin bərabərhüquqlu iştirakçısı olması, onun bütün mər­hələlərində idraki fəallığı təmin edilmir.

İnteraktiv metodların tətbiq olunduğu elə dərslər də müşahidə et­mişik ki, mövzu ilə əlaqəsi olan-olmayan hər şeydən danışılır, “əllərin fəal­lığı” yaradılır, bədii əsərin mətni, obrazlı söz üzərində iş, sənətkarın niy­yətinin aydınlaşdırılmasına yönəlmiş idrak fəallığı­nın yara­dıl­ması isə unudulur. Dərsə hazırlıq mərhələsində şagirdlərlə teatr tamaşasına ha­zır­lıq məşqini xatırladan iş aparılması da təlim prosesində fəallığın gö­rün­tü xarakteri daşımasına gətirib çıxarır.

Bəs təlim prosesində yeni təlim texnologiyalarının bir növü kimi interaktiv metodların tətbiqinin zəruriliyi hansı amillərlə şərtlənir? İnteraktiv təlim ənənəvi təlimdən nə ilə fərqlənir? Qloballaşan və mürəkkəbləşən dünyada müasir dünyagörüşünə, vətən əxlaqına, milli və ümumbəşəri bəşəri mənəvi dəyərlərə, həyati bacarıqlara yiyələnmiş, yaradıcı və tənqidi düşünməyi bacaran, fəal, təşəbbüskar, demokratik düşüncəli şəxsiyyət yetişdirilməsi təlim prosesinə yeni yanaşma tələb edir. İyirmi birinci əsrin əvvəlləri informasiya axınının, həyati əhəmiyyət kəsb edən zəruri bilik və bacarıqların həcminin sürətlə artması ilə səciyyələnir. Belə bir şə­raitdə məktəblilərdə biliyi müstəqil qazanmaq, tətbiq etmək ba­carığı formalaşdırılması mühüm vəzifə kimi qarşıda durur.

İnteraktiv təlim şagirdlərin biliyi yaradıcı, tədqiqat­çılıq fəaliy­yəti nəticəsində əldə etməsinə əsaslanır. Dərsdə problem situasi­ya­sı­nın yaradılması, şagirdlərin onun həllinə yönəlmiş tədqi­qat­çılıq fəaliy­yəti nəticəsində təlim materialları dərindən mənimsənilir, fakt və hadisələrin səbəb və nəticə əla­qə­lərini, qanunauyğunluqlarını, müəyyənləşdirmək, nəticə çıxarmaq bacarığı inkişaf etdirirlir.

Ənənəvi təlimdə müəllim hazır bilik mənbəyi, informasiyanı, biliyi ötürən rolunda çıxış edir. Şagird isə əksər hallarda bu infor­masiyanı passiv şəkildə qəbul edir, onu yaradıcı, tənqidi təfəkkür süzgəcindən keçir­mədən, yaddaşın köməyi ilə mənimsəməyə çalışır. Təlim prosesində əksər hallarda müəllim özü fəal olduğu üçün passiv dinləyici olan şagird əldə edilən nəticələrlə (biliklərlə) dərin­dən maraqlanmır, müəllimin şərhi, dərslikdə hazır şəkildə ve­rilmiş ma­teriallar üzrə mənimsədiyi bilikləri necə yadda saxlayacağı (əz­bərləyəcəyi) barə­də düşünür. Şagird bu zaman yaddaşa əsaslanan bərpaedici fəaliyyət göstərir, onun dərsdə yaradıcı təfəkkür fəaliy­yəti, sərbəst düşüncə, müstəqillik imkanları məhdudlaşır.

Bununla yanaşı, son zamanlar ənənəvi təlimə birtərəfli yanaş­ma, onun müsbət cəhətlərini də bir kənara qoymaq kimi ifratçı meyil özünü göstərməkdədir. Yaddan çıxarılmamalıdır ki, uzun illər ərzində ənənəvi təlim üzrə pedaqoji, metodik aspektdə ciddi təd­qiqatlar aparılmış, şagirdin müstəqilliyi, fəallığı, təşəbbüs­karlığının əhəmiyyəti, idrak fəallığı, fərdi xüsusiyyətlərinin, maraq və qabiliy­yətlərinin nəzərə alınmasının zəruriliyi dönə-dönə göstərilmiş, müvafiq metodik tövsiyələr işlənilmişdir.

Həmin tədqiqatların nəticələrinin praktikaya tətbiqi nəticəsində ənənəvi ədəbiyyat dərslərində məktəblilərin tədqiqatçılıq fəaliy­yətinə cəlb edilməsi, evristik müsahibə, disput, problemli şərh, problem – situasiyanın yaradılması, müqayisə, fərdi, cütlərlə, kollektiv işin uzlaşdırılması sahəsində qabaqcıl iş təcrübəsi nümunələri yaran­mışdır. Lakin ənənəvi dərslərdə müəllim-şagird əməkdaşlığı, mək­təb­liyə bu prosesin obyekti deyil, subyekti kimi yanaşılması tələb kimi qoyulmur, fəal təlim sahəsində müsbət iş təcrübəsi geniş yayıl­mır, idrak fəallığının təmin edilməsi üzrə iş ardıcıl və sistemli aparıl­mırdı.

Bu problemi dərindən araşdırmış Y.Kərimov, Ə.Ağayev, S.Hü­seynoğlu haqlı olaraq mövcud şəraitdə reallıqdan çıxış etməyin, ənənəvi təlimin zamanın sınağından çıxmış cəhətlərini, əldə edilmiş müsbət təcrübəni qoruyub saxlamaqla fəal, interaktiv təlimin im­kan­ların­dan bəhrələnməyin daha məqsədəuyğun olduğunu vurğu­la­yır­lar.

Fəal/interaktiv təlim zamanı şagirdlərdə idrak fəallığının yara­dıl­ması, problem həll edilənədək qorunub saxlanılması bir sıra amil­lərdən asılıdır. Metodik ədəbiyyatda təlimin səmərəliliyini tə­min edən bir sıra psixoloji amillərin də nəzərə alınmasının zəruriliyi qeyd edilir.

İnteraktiv təlim zamanı şagirdlərdə idraki ma­raq, problemin həlli üçün tədqiqat aparmağa tələbat yara­dıl­malıdır. İstənilən tədqiqat isə ilk növbədə problemli vəziyyətin ya­radılması, öz həllini gözləyən problemin qoyuluşu ilə başla­nır. Bu məqsədlə dərsdə birmənalı cavabı olmayan, müxtəlif fər­ziyyələr, ziddiyyətli fikirlər yaradan, maraq doğuran, şagirdi bir növ yol ayrıcında qoyan suallardan istifadə edilir. Tədqiqat sualı şa­girdlər üçün gücçatan səviyyədə olmalı, tədqiqat apar­mağa, bilik və bacarıqları yeni situasiyada tətbiq etməyə imkan ver­məlidir.

Məlumdur ki, ədəbiyyat dərsləri incəsənətin bir növü olan söz sə­nəti ilə ünsiyyət, dialoq dərsləridir. Bu dərslərdə kamil sənət əsə­rinin oxusu, müzakirəsinin doğurduğu emosional əhval-ruhiyyə şagird­lərin yaradıcı fəallığı üçün münbit zəmin yaradır. Əsərin, bədii sözün gözəlliyindən yaranan həzz duyğusu həmin dərslərin əsas fonunu təşkil edir. İnteraktiv təlim bilik və bacarıqların mənim­sənilməsi üçün məhz belə əlverişli mühit yaradılmasını ön plana çəkir.

Bir dəfə ərəb filosofy Əbül-Fərəci öz şagirdindən soruşur:

- Sənə izah etdiyimi başa düşdünmü?

- Hər şey aydındır,-deyə şagirdi cavab verir.

Bu cavabı eşidən filosof deyir:

  • Sən düz danışmırsan. Sənin dilin "hə" deyir, lakin üzünün ifadəsi "yox" cavabı verir. Başa düşməyin birinci əlaməti şagirdin üzündəki sevinc ifadəsidir, "hə"cavabı deyil.

M.Prişvin yazırdı ki, təlimdə çox şey səmimi ünsiyyəti xatırladır. Bu, əsl yaradıcılıqdır. Əsl dərsdə müəllim və şagird yalnız ünsiyyətə girmir, həm də bir-birini kəşf edir, səmimi ünsiyyət yaranır.

İnteraktiv təlimin bütün mərhələlərində şagirdlərin əmək­daşlıq zəminində idrak fəallığı, yaradıcı fəaliyyəti mühüm yer tutur. Şagirdlər idraki problemin həlli üçün tədqiqat apararkən müəllim- şa­gird, şagird-şagird əməkdaşlığı şəraitində fəaliyyət göstərirlər.

İnteraktiv metodların tətbiq olunduğu dərsdə şagird təlim pro­sesinin obyekti yox, subyekti, bərabərhüquqlu iştirakçısına çevrilir, bilikləri kəşf edən tədqiqatçı kimi çıxış edir. İnteraktiv təlimdə müəllim ənənəvi dərslərdə olduğu kimi, monoloq söyləyən aktyor deyil, sinifdə kollektiv həqiqət axtarışlarını təşkil edən, bilik və bacarıqların mənimsənilməsi prosesini idarə edən, yol göstərən bələdçidir (rejissordur). Hələ XIII əsrdə C.Rumi yazırdı ki, insanlar iki cürdür: bilikli və nicat yoluna girib bilik öyrənməyə çalışan. Bilikli bələdçiyə bənzəyir: yola çıxanların işinə yarayır.

İnteraktiv təlimdə şagirdin idrak fəaliyyəti tədqiqat xarakteri daşıyır. Onun yeni bilik və bacarıqlara yiyələnməsi tədqiqatın apa­rıl­ması qanunlarına əsaslanmaqla keçirilir. Bu dərslərdə şagirdlərin tədqiqatçılıq, müzakirə olunan məsələdə əsas və ikinci dərəcəli cəhətləri seçmək, başlıca fikri müəyyənləşdirmək, təhlil aparmaq, qruplaşdırmaq, müqayisə etmək, ümumiləşdirmək, nəticə çıxarmaq, təqdim etmək bacarıqları inkişaf etdirilir. Məktəblilər yeni bilik və bacarıqlara şüurlü yiyələnir, onu əvvəl qazanılmış bilik və bacarıq­larla əlaqələndirir, təcrübədə tətbiq edirlər.

İnteraktiv təlim zamanı məktəblilərin yaddaşının gərəksiz, ona hə­yatda heç vaxt lazım olmayacaq müxtəlif informasiyalarla, bi­lik­lərlə yüklənməsinin qarşısı alınır, biliyin müstəqil şəkildə mənim­sə­nilməsi, artırılması üzrə bacarıqlar formalaşdırılır, öyrən­məyi öy­rət­mək niyyəti ön plana çəkilir. Necə deyərlər, insanın tox olması üçün ona bir balıq vermək kifayət deyil, balıq tutmağı öyrətmək lazımdır.

Şagirdin idrak fəallığının təmin edilməsi dərsdəki mühitdən, qarşılıqlı münasibətlərdən – inam, etibar, hörmət, dəstək yaradılmasından çox asılıdır. Dərs əmək­daşlıq, emosionallıq, qarşılıqlı etimad şəraitində keçirilir, şa­gird­lərin yaradıcı fəaliyyətinin nəticəsi kimi meydana çıxan müx­təlif fikirlərə hörmətlə yanaşılır, onların əsaslandırılmasına diqqət yetirilir.

Bu dərslərdə müzakirə olunan problemlərlə bağlı müəllimdən fərqli, tənqidi fikir söylənilməsi təbii və arzu olunan haldır. V.Q.Belinski yazırdı ki, tələbə müəlliminə bir nümunə kimi deyil, bir rəqib kimi baxmalıdır ki, öz müəllimini ötüb keçə bilsin.

Bu, şagirdlərin mübahisə etmək, müxalif fikrə hörmətlə yanaşmaq, kol­lektiv müzakirədə fəal iştirak etmək mədəniyyətinə yiyələnməsi ba­xımından çox əhəmiyyətlidir. Müəllim öz mövqeyindən istifadə edib şəxsi rəyini məktəblilərə məcburi qəbul etdirməməli, onlarda səhv etmək, uğursuzluq qorxusu yaratmamalıdır. Lakin söylənilən fikirlərin dərsin sonunda sistemə salınması, ümumiləşdirilməsi, müəyyən nəticələr çıxarılması zəruridir.

Şagird bu prosesdə dərslikdəki hazır hökmləri əzbərləyib dil-dil ötərək öz fikri kimi təqdim etmir, qarşıya qoyulan problemi həll etmək üçün axtarışlar aparır. Bu zaman şagirdə nəyi və nə üçün, necə öyrənmək lazım gəldiyi, həmin fəaliyyətin yekunu olaraq hansı nəticələr əldə etməyin mümkünlüyü aydın olmalıdır. Bu prosesdə bilik və bacarıqlar müstəqil, yaradıcı fəaliyyət nəticəsində əldə edildiyi üçün məktəblilərin şəxsiyyət kimi formalaşmasının mühüm amilinə çevrilir.

İnteraktiv təlim üzrə keçilən dərslər induktiv və deduktiv sə­ciyyəli olur. İnduksiya – (induktiv metod) təlimdə xüsusi, konkret hadisələrdən ümumi nəticəyə, qanunauyğunluğa doğru gedilməsi, müşahidə edilmiş faktların ümumiləşdirilməsidir. İnduksiya əsa­sında evristik söhbət təşkil edilir, müşahidələr aparılır. Məsələn, epitet, bənzətmə haqqında biliklərdən istifadə edərək bədii təsvir vasitələrinin xüsusiyyətləri haqqında nəticə çıxarılır.

Deduksiya (deduktiv metod) təlim prosesində yeni biliyin fakta, hadisəyə ümumi baxış əsasında mənimsənilməsi yolu ilə əldə edilməsidir. Yeni biliyin mənimsənilməsi və ya idraki tapşırığın yerinə yetirilməsi prosesi ümumi müddəalardan başlanır və onların xüsusi hallara tətbiqi ilə yekunlaşır. Məsələn, şagird bədii təsvir vasitələri haqqında ümumi biliklərə yiyələnir (epitet, bənzətmə, metafora, metonimiya), sonra onu ayrı-ayrı əsərlərə tətbiq edir. Deduksiyaya yuxarı siniflərdə daha çox yer verilir.

İnteraktiv təlimlə əlaqədar “metod” və “üsul” anlayışlarına bir daha münasibət bildirmək lazım gəlir. Bu məsələ ilə bağlı təd­qiqatçılar arasında yekdil fikir yoxdur. “İnsan hüquqlarının tədrisi” metodik vəsaitində “fəal təlim metodu”, “interaktiv təlim üsulları” terminlərindən istifadə edilir. Rollar üzrə oyun, modelləşdirmə, dis­kussiya, akvarium, debatlar, qərarlar ağacı və s. fəal təlimin üsul­ları kimi təqdim edilir.

Həmin problemə münasibət bildirən Y.Kərimov yazır ki, metod dərsin taleyini həll edən bir anlayış olmaqla, öyrənilən materialın xarakterinə, situasiyaya, müəllimin və şagirdlərin imkanlarına görə müxtəlif priyomları ehtiva edir. Hər hansı metodun optimallığını təmin etmək məqsədilə dərsdə bir neçə priyomdan istifadə olunur. Interaktiv metod adı ilə təqdim olunanların böyük əksəriyyəti əslində metod deyil, priyomdur.

Z.Veysova fəal, interaktiv təlimi həyata keçirən çoxlu sayda metodları və onların texnikalarını bir neçə əsas qrupa ayırır:

1. Beyin həmləsi metodları (beyin həmləsi, BİBÖ, şaxələn­dirmə, suallar, anlayışın çıxarılması, söz assosiasiyaları və s.);

2. Müzakirə metodları (diskussiya, debat, klassik dialoq və s.);

3. Rollu oyun (rollu dialoq) metodları (rollu oyun, səhnələş­dir­mə, modelləşdirmə və s.);

4. Təqdimat metodları (təqdimat, esse və s.)

5. Tədqiqatın aparılması metodları (problemin həlli, konkret ha­di­sənin araşdırılması, Venn diaqramı, layihələrin hazırlanması) və s.

Bununla yanaşı, tədqiqatçı məntiqi təfəkkürün inkişafına yö­nəl­dil­miş, tənqidi təfəkkür proseslərinin inkişafına yönəldilmiş, ya­ra­dı­cı­lığa yönəldilmiş metodlardan, eləcə də təşkilati, qruplara bölün­mə, fəallaşdırma metodlarından və onların texnikalarından da bəhs edir.

S.Hüseynoğlunun qeyd etdiyi kimi, söhbət əslində metodlardan deyil, metoddan və onun tex­nikalarından (priyomlarından) get­mə­lidir. Məsələn, beyin həm­ləsi metodu və onun texnikaları (pri­yom­ları): (beyin həmləsi, BİBÖ, şaxələndirmə, suallar, anlayışın çı­xa­rıl­ması, söz assosia­si­ya­la­rı və s.), müzakirə metodu və onun tex­nikaları (priyomları): (dis­kus­siya, debat, klassik dialoq) və s.

Fəal/interaktiv dərsin səmərəliliyi müəllimin planlaşdırma və bələdçilik (fasilitasiya) bacarıqlarından asılıdır. Müəllim dər­sin bütün mərhələlərində görüləcək işləri dəqiq plan­laş­dır­malı, ciddi hazırlıq işləri görməlidir. Dərsə hazırlıq zamanı qar­şı­ya qoyulan təlim məqsədlərinin (öyrədici, inkişafetdirici, tər­bi­yə­et­di­rici məqsədlər) düzgün müəyyənləşdirilməsi, hansı idraki bacarıq­lar üzrə iş aparılacağı (tətbiq etmək, tərkib hissələrinə ayırmaq, əlaqə­lən­dirmək, müqayisə etmək, ümumiləşdirmək, nəticə çıxarmaq və s.) aydınlaşdırılmalıdır. Təlimin məqsədləri müəyyənləşdirilər­kən dər­sin mövzu üzrə dərslər sistemində yeri, təlim materialının xarakteri, şagirdlərin hazırlıq səviyyəsi nəzərə alınır.

Müəllim öyrəniləcək proqram materialının məzmununu, hansı təlim metodlarından istifadə ediləcəyini, dialoq, əməkdaşlıq, tədqi­qat mühitini necə yaradacağını, hər mərhələdə və yekunda qiymətlən­dir­məni necə aparacağını dəqiq bilməlidir. Bu məqsədlə sual və tapşırıqlar, iş vərəqləri, qiymətləndirmə vərəqi və cədvəlləri, əyani, texniki vəsaitlər, əlavə mənbələr (ensiklopediya, sorğu kitabı və s.), testlər hazırlanır.

Dərsdə bələdçi kimi çıxış etmək üçün də müəllim bir sıra bacarıqlara malik olmalıdır. Bununla əlaqədar, müəllimin bütün şagirdləri diqqətlə dinləməsi, əməkdaşlıq şəraitində düşünməyə, təd­qiqatçılıq fəaliyyətinə sövq etməsi, təfəkkürünü stimullaşdır­ması, problemin həllində dəstək verməsi, müxtəlif üsullarla rəğ­bət­lən­dir­məsi, səmimiyyət və ehtiram göstərməsi, tənqidi qeydlərini həssaslıqla çatdırması zəruridir. Bir çox müəllimlər yeni mövzu üzrə işi yekunlaşdırarkən şagirdlərdən soruşur: ”Yeni mövzunu başa düşdünüzmü?” Sualın belə qoyuluşu əslində yeni biliyin mənimsənilməməsində şagirdlərin günahkar olması qənaətini doğurur. Görkəmli alim Azad Mirzəcanzadə isə lisey şagirdləri ilə keçdiyi dərslərdə problemin müzakirəsinin sonunda onlara bir qayda olaraq belə bir sualla müraciət edirdi: “İzah edə bildimmi? Deyə bildimmi?” Deməli, mövzunun şagirdlər tərəfindən mənimsənilməsi müəllimin metodik bacarıqlara malik olması, öyrənmə prosesini düzgün təşkil etməsindən asılıdır. A.İ.Gertsenin yazdığı kimi, çətin elm yoxdur, onun çətin, yəni başa düşülməyən şərhi vardır.

Məktəb islahatının müasir mərhələsində kurikulumların ümumi orta təhsil pilləsində tətbiqi ilə əlaqədar interaktiv metodlarla bağlı tədqiqatların nəticələrinin pedaqoji ictimaiyyətə çatdırılması, qarşıya çıxan problemlərin həlli yollarının axtarılıb tapılması zəruri vəzifə kimi qarşıda durur.


Ədəbiyyat

  1. Ağayev Ə.Ə. Təlim prosesi: ənənə və müasirlik. Bakı: Adiloğlu, 2006. s.82-84.

  2. Hüseynoğlu S. Ədəbiyyat dərslərində yeni texnologiyalar: fəal/interaktiv təlim. Bakı, 2009. s. 36.

  3. Hüseynoğlu S. Yeni təlimi yanaşmalar: texnologiya və metodika. Azərb.dili və ədəbiyyat tədrisi, 2010 №4, s.23

  4. İnsan hüquqlarının tədrisi. Metodik vəsait. Norveç Qaçqınlar Şurasının nəşri. Bakı: 2003.

  5. Kərimov Y.Ş. Təlim metodları. Bakı: RS Poliqraf, 2009. s.190.

  6. Mövlana Cəlaləddin Rumi. Eşq pərvanəsi. Bakı: Nurlar, 2009. s.108.

  7. Veysova Z, Fəal/interaktiv təlim. Müəllim üçün vəsait. Bakı, 2007. s. 11.


Б.А.Гасанлы


Проблемы применения интерактивных методов обучения

Резюме

В статье анализированы проблемы применения интерактивных методов обучения. Рассматриваются такие принципиальные вопросы, как сущность и значение новых технологий обучения, возможности эффективного использования интерактивных методов, новые взгляды на роль учителя и ученика в процессе урока. Особое внимание уделяется на изменяющиеся взаимоотношения учителя и учащихся при использовании интерактивных методов.


B.A.Hasanli

Problems of application of interactive teaching methods

Summary

The article analyzes the problem of interactive teaching methods. We consider such fundamental questions as the nature and value of new teaching technologies, efficient use of interactive teaching methods, new views on the role of teacher and student in the process the lesson. A special attention is being paid to the changing relationship between teacher and students using interactive teaching methods.



Скачать

© 2021, 171 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!