СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Развитие речи учащихся на уроках литературы

Категория: Литература

Нажмите, чтобы узнать подробности

В статье анализируется возможности  использования на уроках литературы различных видов развития речи учащихся .

Просмотр содержимого документа
«Развитие речи учащихся на уроках литературы»

13


Ədəbiyyat dərslərində nitq inkişafı üzrə aparılan işlər

Bilal Həəsənli

ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru


Ədəbiyyat dərslərində şagirdlərin nitq inkişafı üzrə işlər söz sənətinin qanunlarının şagirdlər tərəfindən dərindən dərk edilməsi yolu ilə aparılır. Ədəbiyyat dərslərində şagirdlərin nitq inkişafı üzrə işin prinsipləri aşağıdakılardır:

  1. Nitq inkişafı üzrə işlərin şagirdlərin bədii əsər barədə təəssüratları, şəxsi həyat təcrübəsi əsasında aparılması;

  2. Nitq inkişafı üzrə işlərin ardıcıl, sistemli aparılması;

  3. Nitq mədəniyyətinə yiyələnmə uzun və yaradıcı proses olduğu üçün şagirdləri bilik və bacarıqları tətbiq etməyə alışdırılması;

  4. Nitq inkişafının plan tərtibi, inşa yazılması, çıxış hazırlanması və s. praktik işlərlə üzvi vəhdətdə aparılması.

Nitq inkişafı üzrə işlər iki istiqamətdə aparılır:

  1. Şifahi nitqin inkişafı;

  2. Yazılı nitqin inkişafı.

Istər şifahi, istərsə də yazılı nitqə aşağıdakı tələblər verilir: dəqiqlik, aydınlıq, məntiqilik, şərhin əsaslandırılması, ədəbi normalara uyğunluq, emosionallıq və s.


Şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsi


Şifahi nitq sözü, fikri duymağı, onun mətndə mənasını başa düşməyi, zəruri hallarda həmin sözə sinonim seçməyi tələb edir. Şagirdin nitqi bəsit, söz ehtiyatı az olsa, o, öz fikir və hislərini ifadə edə bilməyəcək. Odur ki, məktəblilərin lüğət ehtiyatı, leksikası zənginləşdirilməlidir. Şifahi nitqə yiyələnmiş şagird öz fikirlərini aydın, məntiqi ardıcıllıqla çatdırır, yerinə düşən sözlər seçir, bu sözləri əlaqələndirir, dinlədiklərinin və şifahi məlumatların mahiyyətini şərh edir, onlara münasibət bildirir, nəticə çıxarır.

Bədii mətn üzərində iş zamanı müəllimin nitq inkişafı ilə əlaqədar şagirdlərə verdiyi ilk tapşırıq oradakı tanış olmayan sözlərin müəyyənləşdirilməsi, mənasının aydınlaşdırılmasıdır. Bədii əsərdə tipin dilində işlədilən dialektizm, varvarizm, vulqarizmr, termin, neologizmlər və s. mənası aydınlaşdırılmalıdır.

Bədii mətndəki tanış olmayan sözlərin mənasının aydınlaşdırılması işin bir tərəfidir. Müəllim ədəbiyyat dərslərində yeri gəldikcə şagirdin həmin sözləri öz nitqində işlətməsinə nail olmalıdır.

Şagirdlərin nitqini zənginləşdirmək məqsədilə poetizmlərlə zəngin mətn üzərində iş aparılması, altından xətt çəkilmiş sözləri müəllifin hansı məqsədlə işlətdiyinin aydınlaşdırması tapşırılır.

Şəbi-hicran yanar canım, tökər qan çeşmi- giryanım,

Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

Şagirdlər “qara” sözünün mətn daxilində hansı məna çalarında işləndiyini aydınlaşdırırlar. Qeyd edilir ki, sənətkar burada “yatan bəxt” ifadəsinin işlədilməsinə lüzum görməmişdir. Çünki yatan bəxtin bir gün oyanması, lirik qəhrəmanın vüsala yetişməsi mümkündür. Lakin qara bəxtin “ağarması” mümkün deyildir. Bu sözü işlətməklə şair lirik qəhrəmanın gələcəyə inamsızlıq, ümidsizlik girdabında çapaladığını göstərmək istəmişdir.

Sərbəst şifahi nitqə yiyələnmək üçün şagird lazımi sözü tapmaqla kifayətlənməməli, mətn daxilində sözləri əlaqələndirməyi də bacarmalıdır. Bu məqsədlə atalar sözü, məsəllər, aforizmlərdən məqamında istifadə faydalıdır. Məsələn, şagirdlərə belə bir suallar verilir: Öyrəndiyiniz əsərlə bağlı hansı atalar sözü, məsəl, aforizmlər bilirsiniz? Onlardan öz nitqinizdə hansə situasiyalarda istifadə edirsiniz? Bu tipli sual və tapşırıqlar şagirdlərə dərin mənalı sözü, fikri qiymətləndirməyi öyrədir.

Şagird sinif yoldaşları, məktəbin şagirdləri qarşısında çıxış etməyi bacarmalıdır. Bu mənada şifahi nitqin öz kompozisiyası, planı olmalıdır. Şagird öz nitqində başlıca fikri müəyyənləşdirməli, əsaslandırmalı və yekunlaşdırmalıdır. Bu zaman dinləyicilərin səviyyəsi nəzərə alınmalıdır.

Şagird ifadəli, dialoji, monoloji şifahi nitqə alışdırılmalıdır. Bu məqsədlə ifadəli oxu, nağıletmə, əzbərləmə, suallara cavab, məruzə, təqdimat və s. iş formalarından istifadə olunmalıdır.

Şagirdlərin yazılı rabitəli nitqinin inkişaf etdirilməsi


ədəbiyyat tədrisi qarşısında duran vəzifələrdən biri də şagirdlərdə yazılı nitq bacarıqlarını formalaşdırmaqdan ibarətdir. Yazılı nitq bacarıqlarınıən formalaşdırılması çətin prosesdir. Şagirdlər orfoqrafiya, durğu işarələrini öyrənməklə üslubiyyat, cümlə qurmaq, sözü, ifadəni məqamında işlətmək üzrə bacarıqlara yiyələnir. Lakin yazılı nitq mədəniyyəti şagirddən həyati müşahidə, dərin bilik, mütaliə tələb edir. Şagirdlərin nəzəri bilikləri , bu biliklərin şifahi və yazılı ifadə tərzi bir-biri ilə üzvi vəhdət təşkil edir. Eyni zamanda yazılı nitqi bir sıra xüsusiyyətlərinə görə şifahi nitqdən fərqlənir. Şifahi nitqə nisbətən yazılı nitq düşünməyə, fikri cəmləşdirməyə daha çox imkan yaradır. Şagird yazılı nitq vasitəsilə öz müşahidələrinin, düşüncələrinin yekununu təqdim edir. Yazı işləri şagirdin hazırlıq səviyyəsi, yaş üsusiyyətləri nəzərə alınmaqla aparılır. Istər şifahi, istərsə də yazılı nitqdə yığcamlıq mühüm məziyyətdir. Bu baxımdan müdriklərdən birinin öz dostuna məktubunda söylədiyi fikir diqqəti cəlb edir:” Bağışla, məktubu yığcam yazmaq üçün vaxtım olmadı.”

Orta məktəbdə şagirdin yazılı nitqi ədəbi yazıların bir sıra növləri vasitəsilə reallaşdırılır. Ədəbi yazıların qarşısında iki məqsəd durur: 1. Mətni üslub, orfoqrafik, qrammatik baxımdan düzgün yazmaq bacarığı formalaşdırmaq; 2. Fikri elmi və ya bədii şəkildə çatdırnaq bacarığı formalaşdırmaq.

V-IX siniflərdə yazı qabiliyyətinin inkişafına kömək edən ədəbi yazı növləri aşağıdakılardır: əzbər yazı, suallara geniş cavab tələb edən yazı, nəsrəçevirmə yazı, ifadə, inşa. Bununla yanaşıplan tutmaq, konspektəşdirmək, rəy yazmaq kimi inşaya hazırlıq məqsədi güdən , şagirddə inşa yazmaq bacarığı formalaşdıran, qiymətləndirmə tələb edən yazı işlərindən də istifadə olunur.

Əzbər yazı növü V-VI siniflərdə tətbiq olunur. Müəllim yazı işinin aparılması üçün sadə, aydın, yığcam mətn seçir, şagirdlərə əzbərləməyi tapşırır. Əzbər yazı üçün həm şeir, həm də nəsr parçaları seçilə bilər. Sonra şagird əzbərlədiyi mətni yaddaşa arxalanaraq yazıya köçürür. Əzbər yazı şagirdlərin yaddaşının, orfoqrafik vərdişlərinin möhkəmləndirilməsinə xidmət edir. Bu yazı növündın il ərzində iki-üç dəfə istifadə etmək olar.

Suallara geniş cavab tələb edən yazılar oxuduğu əsəri şagirdə daha yaxşı mənimsətmək, onu daha çətin yaradıcı yazılara hazırlamaq məqsədi güdür. Bu məqsədlə şagirdə tanış olan mətndən istifadə olunur. Yazı işindən əvvəl əsərin məzmununa aid sualların mahiyyəti, gözlənilən cavab nümunələri izah edilməlidir.

IV-VI siniflərdə tətbiq olunan bu yazı növü iki cəhətdən əhəmiyyətlidir: 1. Şagird oxuduğu mətni daha yaxşı mənimsəyir. 2. Həmin yazı növü vasitəsilə məktəbdə tətbiq olunan ifadə və inşa yazılar üçün vərdiş qazanır. Müəllim bu yazılarda şagirdin fikrini ifadə etmək, cümlə qurmaq bacarığına diqqət yetirməli, qiymətləndirmə zamanı bu cəhəti nəzərə almalıdır. Məsələn, Süleyman Sani Axundovun “Qaraca qız” hekayəsi üzrə suallar aşağıdakı məzmunda ola bilər:

  1. Əsərin əvvəlində Qaraca qız haqqında nə deyilir? Necə oldu ki, o,qaraçı dəstəsinə gəlib çıxdı?

  2. Qaraçı dəstəsində Qaraca qızın həyatı necə keçirdi? O, nə işlə məşğul olurdu?

  3. Çayda boğulan Qaraca qızı kim xilas etdi?Yasəmənin öz taleyi necə oldu?

  4. Yusif Qaraca qıza necə münasibət bəsləyirdi?

  5. Qaraca qızı meşədə kim xilas etdi?

  6. Hüseynqulu ağa Qaraca qızı nə üçün evinə gətirdi?

  7. Ağca xanımla Qaraca qızın ilk görüşü necə keçdi?

  8. Pəricahan xanım Qaraca qızı görəndə nə etdi?

  9. Pəricahan xanım Qaraca qızın öz evində qalmasına hansı şərtlə razı oldu?

  10. Piri kişi kim idi? O, Qaraca qıza necə münasibət bəsləyir, ona nə məsləhət görür?

  11. Piri kişinin yanında Qaraca qızın həyatı necə keçir?

  12. Qaraca qız Ağca xanımla ağalıq evində necə görüşdü?

  13. Hüseynqulu ağa nə üçün Ağca xanımı Qaraca qızla görüşdürdü?

  14. Piri kişi Qaraca qızın Ağca xanımla görüşüb dostluq etməsinə nə üçün razılıq vermirdi?

  15. Necə oldu ki, Ağca xanımı ilan çaldı?

  16. Qaraca qız dostunu xilas etmək üçün nə etdi?

  17. Həkim Qaraca qızı yoxladıqdan sonra nə dedi?

  18. Qaraca qızın ölümü Piri babaya necə təsir etdi?


Bu suallar hekayənin məzmunu aydınlaşdırmağa xidmət edir. Suallara geniş cavab tələb edən yazıları ifadə və inşa yazılara keçid mərhələsi saymaq olar.

Nəsrə çevirmə yazılar yaradıcı yazıların sadı növüdür. Şagird üçün çətin və mürəkkəb fəaliyyət sahəsi olan bu yazı növündən V-VII siniflərdə istifadə olunur. Şagirdlər bu yazı növünün texnikası ilə tanış edilir.

Məlumdur ki, şeirdə bir qayda olaraq qrammatik sıralanma pozulur, cümlə üzvləri yerində işlənmir, bəzən sözlər təhrif olunur. Bunlar nəzmin səciyyəvi xüsusiyyətləridir. Şeirin nəsrə çevrilməsi üzrə iş aparılarkən bu cəhətlər şagirdlərə izah olunur.

Şeiri nəsrə çevirməyin iki yolu vardır: 1. Mətni əslinə uyğun ( sətri) çevirmə. 2. Sərbəst çevirmə.

Sətri çevirmədə hər misra ayrı - ayrılıqda tam əslinə uyğun şəkildə nəsrə çevrilir. Bu, iş nisbətən çətin olduğu üçün təcrübədə sərbəst çevirməyə üstünlük verilir. Şeir bütövlükdə oxunur, onun məzmunu yazıya köçürülür. Nəsrə çevirmə yazılar daha çox VI-VII siniflərdə tətbiq olunur.

Əsər üzrə plan tərtibi mətn üzrə yazı işlərinin mühüm növlərindəndir. Müəllim şagirdlərlə nəsr, dram əsərləri, süjetli şeir nümunələri üzrə iş apararkən plan tərtibinə ciddi fikir verməlidir. Plan sadə və müəkkəb olmaqla iki formada tərtib olunur. Sadə plan bir neçə maddədən ibarət olur. Mürəkkəb planın hər maddəsi özü də bir neçə bənddən ibarət olur.

İfadə yazı ümumi orta təhsil pilləsində (V-IX siniflər) istifadə olunan yazı işlərindəndir. Bu yazı növü vasitəsil şagirdlər düzgün, rabitəli cümlə,mətn qurmağı öyrənirlər. Ifadə həcm etibarilə yığcam və geniş olur. Geniş ifadə üçün mətn kimi sinifdə öyrənilmiş əsərdən bir bitkin parça, kiçik hekayələr götürülür. Bəzi şagirdlər ifadənin mətnini dinləyərkən onu az qala sözbəsöz yadda saxlamağa çalışırlar. Təcrübə göstərir ki, bu səhv yolla uğur qazanmaq çətindir. Şagird ifadə yazıda yalnız yaddaşa deyil, həm də yaradıcı təfəkkürə əsaslanmalıdır. Ifadə yazının metodikası belədir:

  1. Müəllim şagirdlərə yazının məqsədini açıqlayır.

  2. Müəllim mətni oxuyur.

  3. Mətn üzrə söhbət aparılır, yazı işinin mümkün variantları kollektiv şəkildə müəyyənləşdirilir. Bu məqsədlə əsas epizodlar, səhnələr dəqiqləşdirilir, sitatlar yazılır.

  4. Kollektiv şəkildə plan tərtib edilir.

  5. Bəzən ifadə yazının nümunəsi verilir. Hazırlıqlı şagirdlərdən biri öz ifadəsini necə yazacağını söyləyir.

  6. Müəllim mətni yenidən oxuyur.

  7. Şagirdlər ifadəni yazır.

V-VII siniflərdə ifadə yazının aşağıdakı nvlərindən istifadə olunur: 1. Geniş (mətnə yaxın) ifadə. 2. Yığcam ifadə.

Geniş, əsərin mətninə yaxın ifadədə şagird mətnin üslubunu, orada təsvir edilən hadisəni dəyişdirə bilməz. Belə ifadə mümkün qədər mətnə yaxın yazılmalıdır. Buraya şagird heç nəyi əlavə etmir, ixtisar aparmır. Bu ifadə növündən IV-V siniflərdə istifadə edilməlidir.

Yığcam ifadədə şagird ən vacib, zəruri məsələləri əks etdirməli, əlavə izahlara, təsvirlərə yer verməməli, əsas süjeti, ideyanı çatdırmalıdır. Fikrin yığcam ifadəsi şagirddən yaradıcılıq, mətndə təsvir edilən hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq tələb etdiyi üçün belə ifadə yazmaq daha çətindir. Odur ki, müəllim əvvəlcədən kollektiv hazırlıq işləri aparmalıdır. Hazırlıq mərhələsində ifadənin yazılmasına aid bütün məsələlər aydınlaşdırılır.

Yığcam ifadədən VI-VII siniflərdə istifadə olunur.

Şagirdlərdə ifadə yazı bacarıqlarının formalaşdırılmasına öyrədici ifadələrdən başlamaq lazımdır. Bu məqsədlə şagirdlərin ədəbiyyat dəftərlərinə öyrədici səciyyə daşıyan ifadələr yazdırılması faydalıdır. Həmin prosesdə müəllim şagirdlərin fəal olmalarına, fikri düzgün çatdırmaq bacarığının yaradılmasına çalışmalı, nümunələr göstərməli, səhvləri islah etməlidir.

Ifadə şagirdlərin yazılı nitqinin inkişafının mühüm göstəricisi olub daha yüksək mərhələdə - X-XI siniflərdə inşalar üçün körpü rolunu oynayır.

Inşa

Inşa şagirdlərin yazılı nitqinin inkişaf etdirilməsinin əsas yollarındandır. “Inşa” sözü qurmaq, yaratmaq mənasında işlənir. Bu yazı növündə şagirdin təfəkkürü, ədəbi inkişaf səviyyəsi üzə çıxır. Şagird inşada ədəbi əsər barədə təəssüratından, düşüncələrindən, şəxsi həyat təcrübəsindən, müşahidələrindən söz açır.

Inşa yazılar iki növə ayrılır:

1. Ədəbi mövzuda inşa yazılar;

2. Şagirdin şəxsi təəssüratı üzrə inşalar ( sərbəst mövzuda inşa).

Inşa yazılar iki mərhələdə aparılır: V-IX siniflər və X-XI siniflər. V-IX siniflərdə aparılan inşalar daha çox müşahidələr, onların doğurduğu təəssürat əsasında yazılır, şagirdlərin yaşadığı mühit və ərazi ilə (“ Kəndimizin təbiəti”, “Yayı necə keçirtdim” və s.) bağlı olur. Təsvir xarakterli belə inşaları şagird yaradıcılığının bəsit növü hesab etmək olar.

V-IX siniflərdə şagirdin ədəbi əsərlə bağlı yazdığı inşa bir növ ifadə yazıya bənzəyir. Burada nağıletmə hələ mühüm yer tutur. Lakin ifadədən fərqli olaraq, inşada şagird öz fikir və düşüncələrini də əks etdirir.

X-XI siniflərdə yazılan inşalar öz əhatəliliyi, müstəqil yaradıcılıq işi olması ilə seçilir. Bu inşalarda şagirdin bədii təfəkkürü, mühakimə yürütmək, öz hökmlərini əsaslandırmaq bacarığı üzə çıxır.

Ədəbi mövzularda inşa yazılarda bədii əsərin əsas epizodlarının təhlili, müqayisəsi mühüm yer tutur. Şagird inşa yazıda ədəbi qəhrəmanın xarakterini, davranışını, hərəkət və əməllərini, başqaları ilə qarşılıqlı münasibətini səciyyələndirir. Yuxarı siniflərdə qəhrəman obrazı, qəhrəmanların müqayisəli səciyyələndirilməsi üzrə inşalara ( “Nizaminin “İsgəndərnamə” poemasında Nüşabə obrazı”, “S.Vurğunun “Vaqif” mənzum dramında Vaqiflə Qacarın müqayisəli səciyyələndirilməsi” və s. ) çox yer verilir.

Ədəbi mövzuda inşaların mövzusu sənətkarın yaradıcılığında müəyyən problemlərin qoyulması və bədii həlli ilə bağlı ( “A.Səhhətin şeirlərində vətənpərvərlik mövzusu”, “ B.Vahabzadənin yaradıcılığında milli birlik, azadlıq, müstəqillik motivləri” və s.) ola bilər.

Şagirdlərin şəxsi həyat təcrübəsi, müşahidələri əsasında yazılan sərbəst mövzuda inşalar orta məktəb təcrübəsində daha geniş yer tutmalıdır. Məsələn, “ Şəhidlik zirvədir”, “Unutsaq, unudularıq”,

“ Həyatın mənasını nədə görürəm”, “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı” və s. mövzularda inşalar şagirdlərdən müstəqillik, fəallıq, yaradıcılıq tələb edir.

Məktəb təcrübəsində inşaya hazırlıq işlərinin aşağıdakı mərhələləri özünü doğrultmuşdur:

  1. İnşanın mövzusunun müəyyənləşdirilməsi;

  2. İnşaya hazırlıq işlərinin aparılması (mövzunun aydınlaşdırılması, ədəbiyyat tövsiyə edilməsi, müşahidələrin təşkili və s.);

  3. İnşa yazının planının tutulması ( Plan mövzuya uyğun olmalı, əsas ideyanə əhatə etməlidir.);

  4. İnşanın yazılması;

  5. Səhvlər üzərində işin təşkili.

Inşa yazıların quruluşunda ( planında) üç məqam xüsusi qeyd edilməlidir:

  1. Giriş;

  2. Əsas hissə;

  3. Nəticə.

Bu üç məqam planda öz əksini tapmalıdır. Əsas hissə özü də mövzuya uyğun olaraq bir neçə maddədən ibarət olur. Müəllim şagirdlərə aşağıdakı məzmunda tövsiyələr verir:

  • Girişdə nədən bəhs olunur?

  • Əsas hissədə hansı məsələlər əhatə olunur?

  • Söylənilən fikirlər nəticədə necə yekunlaşdırılır?





13



Скачать

© 2021, 154 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!