СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Статья: «ПАПА, НАЙДИ МНЕ ДЕВУШКУ, ЧТОБЫ...»

Категория: Литература

Нажмите, чтобы узнать подробности

Просмотр содержимого документа
«Статья: «ПАПА, НАЙДИ МНЕ ДЕВУШКУ, ЧТОБЫ...»»

Kitabi-Dədə Qorqud” vərəqlərkən....

BABA,MƏNƏ BİR QIZ ALI VER Kİ,...”

Milli şərəf və ləyaqətimizin ensiklopediyası olan “Kitabi-Dədə Qorqud” dastanları elə bir möhtəşəm bir abidə,elə bir zəngin xəzinədir ki, aşkarlandıqca böyüyür, böyü-dükcə varlığımıza hakim kəsilir,bizi öz ecazkar ovsununda qərq edir.”Ana kitabımız” (prof.Tofiq Hacıyev) olan bu abidəni dərindən öyrəndikcə saflaşırıq, mətinləşirik.Bu ulu hikmət kitabını vərəqlədikcə soy kökümüzə qayıdırıq; bu müqəddəs inci xəzinə-si bizə paklıq, saflıq,hər şeydən öncə,insanlıq-kişilik öyrədir...

Dastanda diqqət çəkən maraqlı cəhətlərdən biri də ailə hüququ məsələsidir. Bir maraqlı məqam: “Kitabi-Dədə Qorqud” kimi ensiklopedik bir abidədə oğuzlar yalnız mo-noqamiya-təknikahlılıq vəziyyətində təsvir edilmişdir. Kitabda çoxarvadlılıq yoxdur.

Əlimizdə olan on iki boydan heç birində heç bir oğuz igidi nə çoxarvadlı, nə də ikiar-vadlıdır. Burdan sual meydana çıxa bilər: “Rəsul əleyhissalam zamanına yaxın” hadi-sələrdən bəhs edən bir eposun qəhrəmanlarının nədən heç bircə nəfəri də islamın ya-ratdığı bu imkandan istifadə etmir?!

Oğuz igidləri bir dəfə sevib-seçirlər,sona qədər də sevgilərinə sadiq qalırlar. Das-tanda ailə hüququ və ənənələri çox möhkəmdir.Maraqlıdır ki,bu on iki boylu,bir mü-qəddimədən ibarət dastanda bircə qeyri-qanuni nikah var ki,o da Alp Aruzun çoba-nının pəri qızına qarşı qeyri-əxlaqi,zorakı hərəkətidir ki, bu günah da bütün oğuz elləri üçün bir bəlaya çevrilən Təpəgözü yaradır...

Pəri qızı qanad açıb uçarkən ləyaqətsiz hərəkətinə görə çobanı xəbərdar edir :

--Çoban, il tamam olıcaq məndə əmanətin var,gəl al,dedi,-amma oğuzun başına zəval gətirdin.

Xalqımızın milli təfəkkürünə görə qeyri-qanuni nigkah günah sayılır.Ona görə onun nəticəsi də dəhşətlidir.Belə ki,pəri qızının çobandan olan qeyri-qanuni övladı da do-ğulan gündən insanlara qənim kəsilir: uşaq vaxtı ona süd verən qadınları həlak edir, uşaqlarla oynayanda onların burun-qulağını dişləyir,yolkəsənlik edib insanları yeyir... Günahın nəticəsi olan bu varlıq insan kimi də doğulmayıb, qəribə bir yığnaq şəklin-də zühur edir.Dastanda oxuyuruq :”...Aruz qoca dəxi enib təpdi,mahmızı toxundu, bu yığnaq yarıldı, içindən bir oğlan çıxdı,gövdəsi adam,təpəsində bir gözü var...”

Xalqımız bu gün də qeyri-qanuni,təsadüfi nikaha pis baxır.Ona görə də belə nikah nəticəsndə doğulanlara el arasında “bic-vələdü-zina” deyilir və belələrinə heç vaxt rəğbət bəslənlmir.

“Kitabi-Dədə Qorqud” islamaqədərki milli təfəkkürümüzün məhsulu olduğu üçün burada ailə hüququ məsələlərində şəriət qanunları hökm sürmür,əksinə burada sevgi azaddır,hətta “beşikgərtmə”(“göbəkkəsmə”-R.Ə.) adaxlılar olan Bamsı Beyrək və Banu Çiçək bir-birlərini görüb, bəyənib,sınaqdan keçirib sonra nikaha razılıq verirlər.Dastandakı ailələr həqiqi məhəbbət,ismət,sədaqət, ləyaqət timsalıdırlar.

Nişanlısı Beyrəyin düşmən əli ilə yoxa çıxdığını bilən Banu Çiçək “qaralar geyib ağ kaftanını çıxarır, küz(payız-R.Ə.) alması kimi al yanağını dartıb yırtır”:

--Vay al duvağım ayası(yiyəsi-R.Ə)! Vay alnım başım umuru ! Vay şah igidim!Vay şahbaz igidim! Doyunca üzünə baxmadığım igidim! Göz açıban gördüyüm,könül verib sevdiyim!Yolunda öldüyüm ! Qurban olduğum!...-deyə yanıb-yaxılır,zarlıq qılır.

Sədaqətli Banu Çiçək on altı il kafir əlində əsir olan Beyrəyi gözləyir.Kafir zindanında dustaq olan Bamsı Beyrək də pərvanə olub başəna dolanan kafir qızına məhəl qoymur,əhdinə sadiq qalır,hər cür maneəni aşaraq sevgilisi Banu Çiçəyə qovuşur.

Dastanın “Dəli Domrul” boyu bu cəhətdən daha səciyyəvidir.Dəli Domrulun xatunu ərinin yolunda canını qurban verməyə hazır olduğunu belə ifadə edir:

...Sənin ol müxənnət anan,baban,

Bir canda nə var ki,sənə qıymamışlar?

Ərş tanıq olsun, kürs tanıq olsun!

Yer tanıq olsun, göy tanıq olsun!

Qadir tanrı tanıq olsun!

Mənim canım sənin canına qurban olsun !

Vəfalı Domrul isə halalının ölümünə razı olmayıb Allaha yalvararaq deyir:

Alırsan ikimizin canın belə alğıl!

Qoyursan ikimizin canın belə qoyqıl!

Oğuz ellərində heç kimi məcburən evləndirmirlər.Burada sevgi azaddır; evlənən igid qızı özü seçib bəyənir.Belə igidlərdən biri də Qanturalıdır.Özünə layiq qız seçməyin şərtlərini atasına belə bildirir: “Ata, məni evləndirmək istəyirsənsə, bilirsənmi mənə layiq qız necə olmalıdır?..Mən yerimdən durmadan o durmuş olsun! Mən Qaracıq atımı minmədən o minmiş olsun!Mən qanlı kafir elinə getməmiş o gedib mənə baş gətirmiş olsun!”...

Cavabında “ Oğul, sən qız istəmirsənmiş, bir cəsur pəhləvan istəyirsənmiş...” deyən Qanlı Qoca oğlu Qanturalıya deyir:

--Oğul,qız görmək səndən, mal-rizq vermək məndən!

Bu sözlərdən sonra özünə layiq qız axtarışına çıxan Qanturalı bütün etirazlara baxmayaraq, Selcan xatunun sorağı ilə Trabzona gəlir, qızın atası təkurun şərtlərini qəbul edərək mübarizəyə qoşulur və qalib gəlir.

Uğrunda buğaya,aslana və dəvəyə qalib gələn Qanturalını da Selcan xatun ilk baxışdan sevir: “Qanturalı niqabın sərpdi.Qız köşkdən baxırdı,daraqlığı boşaldı,kədisi mavladı,öysəl olmuş dana kimi ağzının suyu axdı,yanındakı qızlara dedi:

--Həqq-taala atamın könlünə rəhmət eləsə,kəbin kəsib mənə ol jigidə versə...”

Göründüyü kimi boyda Selcan xatunun Qanturalıya ilk baxışdan vurulması xalq təfəkküründən qaynaqlanan “daraqlığı boşalmaq”-ağlı başından çıxmaq, “kədisi movlamaq”-pişiyi miyoldamaq, yəni heyranlıqdan içini çəkib pişik səsi çıxarmaq, “öysəl olmuş dana kimi ağzının suyu axmaq”-dabaq xəstəliyi olan dana kimi ağ-zının suyu axmaq,yəni heyrətdən ağzı açılı qalmaq kimi bədii ifadələrlə verilmişdir.

Qanturalının arzuladığı bütün məziyyətlərə malik kişi qeyrətli,ər sədaqətli Selcan xatun :”Yigidim,bəy yigidim, bu aqının bir ucu mana,bir ucu sana!” –deyə,Qanturalı ilə birgə döyüşərək düşmənə qalib gəlir.Bundan pərt olan Qanturalı qəzəblənib deyir: ”Öldürərəm səni!” Selcan xatun isə sevgilisinin könlünü alaraq belə cavab verir:

Öyünərsə ər öyünsün—aslandır,

Öyünməklik övrətlərə böhtandır.

Öyünməklə övrət ər olmaz...

Qadir allah bilir mən sana

Munisəm,yaram,qıyma mana !

İrəli gəlib Selcan xatunu qucaqlayaraq barışan Qanturalı isə sevgilisini belə əzizləyib oxşayır:

Asalan uruğu,sultan qızı!

Öldürməyə mən səni qıyarmıdım?!

Öz canıma qıyam,

Mən sənə qıymaram,

Mən səni sınardım.

Dastandakı təknikahlılıq,məhəbbət azadlığı,vəfa,etibar,ailə hüququnun özünə-məxsus incəlikləri,ailə qütblərinin bir-birinə münasibətində yüksək həssaslıq və humanizm islamaqədərki təfəkkür tərzimizin paklığından, müqəddəsliyindən, ülviliyindən xəbər verir. “Kitabi-Dədə Qorqud”un məhəbbət dünyası,buradakı ailə münasibətlərinin etikası bu günümüzə nümunə,örnəkdir.

Rəfail Əliyev, Əməkdar müəllim