СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ
Благодаря готовым учебным материалам для работы в классе и дистанционно
Скидки до 50 % на комплекты
только до
Готовые ключевые этапы урока всегда будут у вас под рукой
Организационный момент
Проверка знаний
Объяснение материала
Закрепление изученного
Итоги урока
Alma, palıd, şam ağacı hal ilə Eylədilər bəhs bu minval ilə: Başladı tərifə palıd qamətin, Öydü özün, zorbalığın, halətin; “Yetməz olur, - söylədi, - dağlar mənə, Layiq olur fəxr edə bağlar mənə; Az qala başım yetişir göylərə, Şax budağım kölgə Salıb hər yerə; Əssə külək, qopsa da tufan, yenə Əyməyə əsla gücü çatmaz mənə; Canlıcadır, zorbacadır baldırım, Sındıra bilməz məni heç ildırım!” Alma ağacı ona verdi cəvab: “Eyləmə tərif özünü, ey cənab! Zorbadı hərçənd ki, qəddin sənin, Yox mənə tay olmağa həddin sənin; Səndə bitər bir neçə vecsiz qoza, Ancaq o da qismət olar donquza. Məndə, vəli, yaxşı, gözəl alma var, Rəngini hər kim görə heyran qalar! Dadlı, lətafətli, məlahətlidir, Saplağı incə, özü ləzzətlidir!” Şam ağacı bildi bu keyfiyyəti, Söylədi:”Bəsdir, buraxın söhbəti! Boş danışıqdan nə çıxar, ay balam? Qış günü siz çılpaq olursuz tamam; Leyk mənim qışda dəxi yaz kimi, Yaşıl olur paltarım atlas kimi; Lazıməm ev tikdirən insanlara, Həm dirəyəm, həm qapı eyvanlara Qış sobada xəlq məni yandırar, Mənfəətim xəlqə mənim çox dəyər”.
© 2020, Mustafayeva Rəsmiyyə Əlimövsüm 187