СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ
Благодаря готовым учебным материалам для работы в классе и дистанционно
Скидки до 50 % на комплекты
только до
Готовые ключевые этапы урока всегда будут у вас под рукой
Организационный момент
Проверка знаний
Объяснение материала
Закрепление изученного
Итоги урока
Su təbiətdə necə dövr edir? O bir haldan başqa hala necə keçir? Bilmək istəyirsənmi? Yağış damlasının başına gələnləri oxusan, bu suallara da cavab tapacaqsan.
Yağış damlası yerə doğru yol gəlirdi. Hava sakit, küləksiz idi. Onun kimi çoxlu sayda yağış damlası bir-bir yanından ötüb yerə yağırdı. Nəhayət, o, yamyaşıl otun üstünə düşdü. Otun saplağı ilə sürüşüb köklərinə çatdı. Torpağın içərilərinə doğru yeridi. Torpaq Yağış damlasını sevinclə qarşıladı. Onlar çoxdan tanış idilər. Yağış damlası torpağa ilk dəfə qonaq gəlmirdi.
Torpağa düşən kimi ona gil qarışdı, onu bulandırdı. Yağış damlası bundan heç də narahat olmurdu. Çünki sonra nə olacağını artıq bilirdi. Bulana- bulana yerin dərinliklərinə doğru gedirdi və birdən şırıltı eşitdi. Yaxınlıqda yeraltı sular vardı. Yağış damlası sevindi. Bu sular onun özü kimi damlaların bir yerə toplaşmasından yaranmışdı. O da sayı bilinməyən damlalara qarışıb axdı. Hara getdiyini düşünmürdü. Çünki bu yolu da çox getmişdi. O qədər çox ki, sayını xatırlamırdı. Dostları ilə söhbətləşə- söhbətləşə uzun məsafə qət etdilər. Birdən gözü işıqdan qamaşdı. Axa-axa yerin üstünə gəlib çıxmışdılar. Qarşıda ucsuz-bucaqsız dəniz vardı. Yağış damlası dənizin sularına qarışdı. Bir qədər dayanıb dənizin dibindəki yosunlara, yanından oyan-buyana şütüyən balıqlara, dənizə çimməyə gələn insanlara baxdı. Başı elə qarışdı ki, nə qədər vaxt keçdiyini bilmədi. Bir də onu gördü ki, Günəşin hərarətindən zərrəciklərə çevrilib səmaya qalxır. Yenə təəccüblənmədi. Bu yol da ona tanış idi. Yuxarı qalxdıqca hava soyuyurdu. Yağış damlasının zərrəcikləri üşüyüb yenidən bir yerə yığılmağa başladı.

Mətnə əsasən hazırlanmış oyunda sən də iştirak edə bilərsən.