СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

План уроков по изучении лирического произведения на уроках литературы

Категория: Литература

Нажмите, чтобы узнать подробности

Разработан план уроков литературы по изучению содержания и анализа лирического произведения. В разработке учтены  требования новой учебной программы (курикулума).

Просмотр содержимого документа
«План уроков по изучении лирического произведения на уроках литературы»



Mövzu: Bəxtiyar Vahabzadə. “Vətəndaş” – 3 saat

Birinci saat: Əsərin məzmunu üzrə iş


Standartlar

Təlim nəticələri

1.1.1. Heca vəznli şeirlərdə və süjetli bədii nümunələrdə (dastan, hekayə, mənzum hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə et­məklə aydınlaşdırır.

Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərin köməyi ilə aydınlaşdırır.


1.1.5. Heca vəznli şeirlərdə, süjetli bədii nümu­nələrdə bədii təsvir və ifadə vasi­tələrini (epitet, təşbeh, mübaliğə, bədii sual, təkrir, litota ) müəyyənləşdirir.

Şeirdə bədii təsvir vasitələrini müəyyənləşdirir.

2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini mətndən nümunələr gətirməklə şərh edir.

Fikirlərini şeirdən nümunələr göstərməklə şərh edir.

2.2.1. Müzakirələrdə ədalətlilik və obyektiv­lik nümayiş etdirir.

Fərqli fikirlərə ədalətli, obyektiv münasibət nümayiş etdirir.


Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi fərqli yollarla (yazılı cavabların seçmə yola müzakirəsi, təqdimatlar və s.) müəyyənləşdirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsə­də­uyğundur.

Motivasiya, problemin qoyuluşu. Bu, fərqli vasitələrdən istifadə ilə həyata keçirilə bilər. Bunun üçün dərslikdəki suallardan da istifadə faydalıdır.

Fikir mübadiləsi prosesində şagirdlər tədqiqat sualının mü­əy­yənləşdirilməsinə cəlb olu­nur.

Müəllim üçün məlumat. Motivasiyanın yaradıl­ması­nın digər bir yolu əsərin məz­mu­nun­dan çıxış edərək “Azər­bay­can Respublikasının Dövlət Him­­­­ni”nin səsləndirilməsi ola bilər. Himn­­dən bir parçanın şagirdlərin ifa etməsi də mümkündür.

Tədqiqat sualı. Sizcə, həqiqi vətəndaş hansı hiss və arzularla yaşa­malıdır?

Fərziyyələr dinlənilir və ümumiləşdirilərək lövhədə qeyd olunur.

Tədqiqatın aparılması. Şeirdən bir parçanı ifadəli oxusu (bədii oxu ustasının ifasını, yaxud müəllimin nümunəvi oxusunu dinləməklə) həyata keçirilir. Sonra şagirdlər əsəri səssiz oxuyur, cütlük şəklində dərslikdəki “Oxuda aydınlaşdırın“ başlıqlı tapşırığı yerinə yetirirlər.

Şagirdlər cütlük şəklində dərs­lik­dəki suallara (Şeir kimə mü­­ra­ciətlə yazılıb? Şair kimi vətəndaş adlandırır?) cavab ha­zır­layırlar. Cavablar müsahi­bə­nin tətbiqi ilə müza­kirə olu­nur. Müəllimin təklifi növ­bəti tap­şırıq (parta yolda­şınızla bir­lik­də şeirin məzmununa aid iki sual tərtib edin və onlara cavab ha­zırlayın) yerinə yeti­rilir və mü­­zakirə olunur. Son­ra şagird­lər kiçik qruplarda əsərin məz­munu ilə bağlı tapşırı­qları (3-cü və 4-cü bənd­ləri) yerinə yeti­rir­lər.

Tapşırıqların icrasına ayrılan vaxt başa çatdıqdan sonra mə­lumat mü­badiləsi və müza­ki­rəsi aparılır. Qaza­nılmış bi­liklər üzrə fikir müba­diləsi və mü­­zakirəsi zamanı qrupların öz mü­lahizələrini şeirdən və hə­yatdan nümu­nələr gətirməklə əsas­lan­dır­malarına, öz təəssüratlarını mə­­nasını yeni öyrəndiyi sözlərdən istifadə ilə çatdırmalarına diqqət yetirilir.

Şifahi təqdimatla bağlı tapşırıq fərdi olaraq yerinə yetirilir. Bir neçə təqdimat dinlənilir və onlara münasibət bildirilir.

Qiymətləndirmə. Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədəuyğundur.

Qiymətləndirmə meyarları:

Aydınlaşdırma

Müəyyənləşdirmə

Şərhetmə

Nümayişetdirmə

I səviyyə

II səviyyə

III səviyyə

IV səviyyə

Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə etməklə aydınlaş­dırmaqda çətinlik çəkir.

Şeirdə tanış olma­yan sözlərin mə­nasını lüğət­lər­dən müəl­limin kö­məyi ilə aydın­laşdırır.

Şeirdə tanış olmayan sözlərin mətnə uy­ğun mənasını lüğət­lərdən aydın­laş­dır­maqda bəzən çə­tinlik çəkir.

Şeirdə tanış olmayan sözlərin mənasını lü­ğət­lərdən istifadə etməklə dəqiq aydınlaşdırır.

Bədii təsvir vasitə­lərini müəyyənləş­dirməkdə çətinlik çəkir.

Bədii təsvir va­sitələrini suallar verməklə müəy­yənləşdirir.

Bədii təsvir vasitə­lərini müəy­yən­ləşdirməkdə bəzən çətinlik çəkir.

Bədii təsvir vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.

Şeirlə bağlı fikir­lərini mətndən nümu­nələr gətir­məklə şərh etməkdə çətinlik çəkir.

Şeirlə bağlı fikir­lərini müəllimin köməyi ilə mətn­dən nümu­nələr gətirməklə şərh edir.

Şeirlə bağlı fikir­lərini mətndən bəzi məqamlarda müva­fiq nümunələr gətir­məklə şərh edir.

Şeirlə bağlı fikirlərini mətndən ardıcıl olaraq müvafiq nümunələr gətirməklə şərh edir.

Fərqli fikirlərə mü­nasibətdə əda­lətlilik və obyek­tiv­lik nü­mayiş etdirməkdə çətinlik çəkir.

Fərqli fikirlərə münasibətdə bəzən ədalətlilik və obyektivlik nümayiş etdirir.

Fərqli fikirlərə münasibətdə əksər məqamlarda əda­lətlilik və ob­yek­tivlik nümayiş etdirir.

Fərqli fikirlərə münasibətdə ardıcıl olaraq ədalətlilik və obyektivlik nümayiş etdirir.


Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetirilməsini şagirdlərə xatırladır.



Mövzu: Bəxtiyar Vahabzadə. “Vətəndaş” – 3 saat

İkinci saat: Təhlil üzrə iş



Standartlar

Təlim nəticələri

1.2.3. Bədii nümunələrdə təsvir və ifa­də vasitələrinin (epitet, təşbeh, mü­ba­liğə, bədii sual, təkrir, litota) ro­lunu aydın­laş­dırır.

Əsərin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.

1.2.4. Bədii nümunələrin mövzusunu, ide­ya­sını və başlıca problemini şərh edir, əsas­landırılmış münasibət bil­di­rir.

Şeirin ideyasını şərh edir, əsaslandırılmış münasibət bildirir.

2.1.2. Bədii nümunələrlə bağlı fikir­lərini mətndən nümunələr gətirməklə şərh edir.

Fikirlərini şeirdən nümunələr gətirməklə şərh edir.

2.2.1. Müzakirələrdə ədalətlilik və obyek­tivlik nümayiş etdirir.


Fərqli fikirlərə ədalətli, obyektiv münasibət nümayiş etdirir.


Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdi­mat­lar, müzakirə əsasında müəyyən­ləş­dirilir.

Motivasiya, problemin qoyuluşu. Motiva­siyanın yaradılmasının bir variantı aşağıdakı məzmunda ola bilər. İnternetdən: YouTube (https://www.youtube.com/watch?v=kvcAHmAwsno) Ulu öndər H.Əli­yevin “Mən həmi­şə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azər­bay­canlıyam!” sözlərini söylədiyi süjet nümayiş etdirilir. Şəraitdən asılı olaraq səs yazısı da dinlənilə bilər. Sonra şagirdlərə mü­raciət edilir: Ulu öndərin bu sözləri sizdə hansı hislər, düşüncələr oyat­dı?

Müzakirə tədqiqat sualının formalaş­dırılmasına imkan yaradır.

Tədqiqat sualı. Sizcə, vətəndaş adlanmaq üçün insan hansı keyfiyyətlərə malik olma­lıdır?

Fərziyyələr dinlənilir və lövhədə qeyd olu­nur.

Tədqiqatın aparılması məqsədilə dərslikdəki “Əsərlə bağlı açıq­la­malar” mətninə mənbə kimi müraciət olunması, “Fikirləşin. Cavab verin” başlıqlı suallardan istifadə edilməsi məqsə­dəuyğundur.

Müəllim şagirdlərə müraciət edir: Əsərin məzmununu əhatəli öyrən­misiniz. Amma şeir­dəki başlıca fikri – ideyanı, eləcə də, digər mü­hüm məsələləri aydınlaşdırmaq və dəyər­ləndirmək üçün araş­dır­manızı da­vam etdirməlisiniz. İndi tanış olacağınız mətn tap­şırıqların icrasında bir mənbə kimi yardımçınız olacaqdır.

Şagirdlər “Əsərlə bağlı açıqla­malar” mətni ilə tanış olurlar.

Şagirdlərə kiçik qruplarda işləmək üçün “Araşdırın. Fi­kir­ləşin. Cavab verin” tapşırı­ğın­da­kı suallar əsasında tərtib edil­miş iş vərəqləri verilir.

Bu sualla əlaqədar şagirdlərin ədə­biyyat dərslərində öyrən­dik­ləri əsərlər (“Azərbaycan”, “Odlu qılınc”, “Azad”), eləcə də, əvvəl­ki siniflərdə oxuduqları, müs­təqil mütaliə etdikləri əsər­lərlə mü­­qa­­yisə aparmaq imkanı var­dır. Tap­­şırığın bir variantı da Venn diaqramı üzrə iş də ola bilər. Tapşırıq kiçik qrupların əsə­rin ideyasını – müəllif niy­yə­tini düzgün müəyyən­ləş­dirməsi ilə yanaşı, öz fikirlərini əsərdən nü­munələr gətirməklə əsaslan­dır­ma­larını nə­zərdə tutur.

Məlumat mübadiləsi və mü­za­kirəsi zamanı qrupların öz mü­lahizələrini əsərdən, eləcə də həyatdan nümunələr gətirməklə əsas­landırmalarına diqqət yetirilir. Sərbəst fikir mübadiləsi, fərqli fikir­lərin müzakirəsinə şərait yaradılır.

Söylənilən fikirlər şagirdlərin fəallıq və müstəqilliyi şəraitində ye­kun­laşdırılır, dərsin əvvəlində söylənilmiş fikirlər, fərziyyələrlə mü­qayisə əsasında tədqiqat sualı ilə bağlı nəticə çıxarılır.

Qiymətləndirmə. Formativ qiymətləndirməni müəyyənləşdirilmiş me­yarlar əsasında aparmaq məqsə­də­uyğundur.

Qiymətləndirmə meyarları:

Aydınlaşdırma

Münasibətbildirmə

Şərhetmə

Nümayişetdirmə

I səviyyə

II səviyyə

III səviyyə

IV səviyyə

Şeirdə bədii təsvir və ifadə vasitələri­nin rolunu aydınlaş­dırmaqda çətinlik çəkir.

Şeirdə bədii təsvir və ifadə vasi­tə­lə­ri­nin rolunu suallar ver­məklə, müəl­li­min, yoldaşlarının kö­məyi ilə ay­dın­laş­dırır.

Şeirdə bədii təsvir və ifadə vasitə­lərinin rolunu əsa­sən aydınlaş­dırır.

Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu əhatəli aydınlaşdırır.

Şeirin mövzusunu, ideyasını və başlıca problemini şərh et­məkdə, münasibət bil­dirməkdə çətinlik çəkir.

Şeirin mövzusunu, ideyasını və prob­lemini müəl­limin köməyi ilə şərh edir, münasibət bildirir.

Şeirin mövzusunu, ideyasını və prob­lemini şərh edir, qeyri-dəqiq müna­sibət bildirir.

Şeirin mövzu­sunu, ideyasını və problemini əha­təli şərh edir, əsaslandırılmış mü­na­sibət bil­dirir.

Şeirlə bağlı fikir­lərini mətndən nümunələr gətir­məklə şərh etməkdə çətinlik çəkir.

Şeirlə bağlı fikir­lərini müəllimin köməyi ilə mətndən nümunələr gətir­məklə şərh edir.

Şeirlə bağlı fikir­lərini mətn­dən bəzi məqamlarda müv­afiq nümunələr gətir­məklə şərh edir.

Şeirlə bağlı fikirlərini mətndən ardıcıl olaraq müvafiq nümunələr gətir­məklə şərh edir.

Fərqli fikirlərə münasibətdə ədalət­lilik və obyektivlik nümayiş etdir­mək­də çətinlik çəkir.

Fərqli fikirlərə münasibətdə bəzən ədalətlilik və ob­yek­tivlik nümayiş etdirir.

Fərqli fikirlərə münasibətdə əksər məqamlarda ədalətlilik və obyek­tivlik nümayiş etdirir.

Fərqli fikirlərə münasibətdə ardıcıl olaraq ədalətlilik və obyektivlik nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetirilməsini şagirdlərə xatırladır.




© 2021, 426 0